Son dəqiqə
Dünya
19-01-2021, 16:34
5 602
Ermənistan FHN-in işçiləri minaya düşüb, 2 nəfər yaralanıb
Ermənistanın cənubundakı Sünik (Zəngəzur) vilayətinin Mehri rayonunda mina partlayıb.
XeberTv.info “Sputnik Armeniya”ya istinadən məlumat verir ki, hadisə nəticəsində Ermənistan Fövqəladə Hallar Nazirliyinin kapitanı Artyom Şahnazaryan və baş yanğınsöndürən, gizir Aram Navasardyan xəsarət alıb.
Bildirilib ki, partlayış Qarabağdakı döyüşlər nəticəsində ölmüş hərbçinin meyitinin axtarışı zamanı baş verib.
Yaralılar Qafandakı hospitala yerləşdirilib.