Son dəqiqə
20-01-2021, 16:33
5 393

Mikayıl Cabbarov: “Ermənistanla da əməkdaşlıq edilə bilər”

Mikayıl Cabbarov: “Ermənistanla da əməkdaşlıq edilə bilər”


“Azərbaycanı bu il COVID-19-un səbəb olduğu iqtisadi geriləmədən və işğal altındakı ərazilərinə nəzarəti yenidən bərpa etdikdən sonra iqtisadi artım gözləyir”.

Bu barədə Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov “Bloomberg”ə müsahibəsində deyib.

O bildirib ki, 2021-ci ildə ölkədə ümumi daxili məhsul həcmində 3,4 faiz artım proqnozlaşdırılır. Nazirin sözlərinə görə, Azərbaycanın 2021-ci ilə dair proqnozları Beynəlxalq Valyuta Fondu və Dünya Bankının proqnozlarından daha nikbindir. M.Cabbarov qeyd edib ki, bu il Dünya Bankı Azərbaycan iqtisadiyyatının 1,9 faiz, Beynəlxalq Valyuta Fondu isə 2 faiz böyüyəcəyini proqnozlaşdırıb.

Nazir Azərbaycanda vaksinasiya prosesinin də iqtisadi rifah üçün əhəmiyyətli olduğunu deyib:

“Müharibədən sonra yeni geosiyasi reallıqlar, geri qaytarılan ərazilərdə böyük yenidənqurma işləri, sərhədlərin yenidən açılması və regiondakı nəqliyyat əlaqələri Azərbaycanda böyüməyə və məşğulluğa əhəmiyyətli dərəcədə töhfə verəcək. İşğaldan azad edilmiş ərazilərin bərpasına 2,2 milyard manat (1,3 milyard dollar) sərf olunacaq”.

Onun fikrincə, istənilən halda orta illik 7 faiz həcmdə iqtisadi artımı tələb edən 10 illik inkişaf planına əsasən 2030-cu ilə qədər Azərbaycanda ÜDM-nin ikiqat artırılması bir qədər çətin hədəfdir. İqtisadi böyüməni artırmaq üçün həyata keçirilən işlərə nümunə gətirən nazir bildirib ki, 21 dövlət şirkətinin səmərəliliyini və korporativ idarəetməni artırmaq, onları özəlləşdirməyə hazırlamaq üçün dövlət holdinqinə tapşırıq verilib.

O qeyd edib ki, bu il Azərbaycanda dövlət şirkətlərinin, o cümlədən, SOCAR-ın hissələrinin satışa çıxarılması ilə bağlı planlar mövcud deyil. Lakin Azərbaycan bu günə qədər təklif edilməmiş yeni əmlakların daxil olduğu özəlləşdirmə proqramını qəbul etməyi planlaşdırır.

Mikayıl Cabbarov vurğulayıb ki, Azərbaycan sırf özəlləşdirmə aparma naminə qısa müddətdə dövlət şirkətlərinin özəlləşdirilməsinin həyata keçirilməsini doğru saymır. Buna görə də hazırda əsas məqsəd bu proses üzərində işləmək və səhmdar dəyərini artırmağa imkan verən investisiya holdinqi qurmaqdır.

İşğal edilmiş ərazilərdə qarşıdurmanın sona çatması ilə Qafqazda sabitliyin yaranmasının daha çox ticarət və tranzit imkanı yaratmaqla Azərbaycanın insanların sosial rifahına töhfə verən regional mərkəz kimi rolunu daha da artıracaq. Onun sözlərinə görə, Ermənistanla əməkdaşlıq da edilə bilər.

Nazirin sözlərinə görə, Rusiya, Ermənistan və Azərbaycanın birgə komissiyası regional nəqliyyat əlaqələrinin bərpası planları üstündə bu ay işə başlayacaq. O qeyd edib ki, qarşılıqlı əməkdaşlıq bölgədə iştirak edən bütün ölkələrə fayda gətirəcək.

XeberTv.info

Digər xəbərlər

Saatlıya İcra başçısı təyin olunan Elmir Bağırov kimdir? - DOSYE
Bu şəxslər də güzəştli ipoteka krediti ala biləcəklər
Musa Qurbanlıya Avropadan sürpriz təklif
QOŞQAR TƏHMƏZLİ ƏHALİYƏ ZAY MƏHSUL YEDİRİR, OBYEKTLƏRƏ İSƏ…
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Biləsuvarın icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM
Şoyqu və Lavrov İrəvana gəldi
Gəncədə koronavirusdan ölmüş 12 nəfərin meyitinin dəyişik düşməsi ilə bağlı AÇIQLAMA
Nazir bağçalarla bağlı məsələyə aydınlıq gətirdi
Prezident 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib –
Vüqar Biləcəri vəfat etdi
Bakıda məhkumun ayağına taxılmış bilərziyi oğurlayıb pul tələb edənlər saxlanıldı
Ölkədə rəsmi çalışan işçilərin sayı açıqlanıb
Əhaliyə vacib xəbərdarlıq
Nazir Ramiz Mehdiyevin qardaşı oğluna yeni vəzifə verdi
Mingəçevirdə “Kalaşnikov”la gəzən şəxs tutuldu
Müdafiə Nazirliyindən deputatın Paşinyanın arvadının əsir götürülməsi ilə bağlı fikirinə CAVAB
Azərbaycanlıların soyqırımı qurbanları Şuşada anılıb - VİDEO
Çində "Arşın mal alan” operettası təqdim olunub -
"BakuBus"da dezinfeksiya kabinası quraşdırılıb
Şahbaz Quliyevin anası vəfat etdi
ADY zəlzələdən sonra yoxlamaya başladı, qatarların qrafikində kənaraçıxmalar ola bilər
Özünü polis kimi təqdim edib rüşvət alan şəxs ələ keçdi
Bərdədə bir subartezian quyusunun yenidən qazılmasına 28 000 xərclənəcək
Neftçalada ŞÜBHƏLİ ANLAŞMA...
Rövşən Əkbərovdan general rütbəsi niyə alınmadı? - Baş prokuror açıqladı
Ramiz Mehdiyevdən cavab...
Pakistanda atışma zamanı azı 11 nəfər həlak olub, yaralılar var
“Sədərək” yanğından sonra - VİDEO
Türkiyə ilk uçan avtomobilini təqdim etdi - VİDEO
{sape_links}{sape_article}