Son dəqiqə
Siyasət / Manset
20-01-2021, 21:39
5 265
ABŞ-ın yeni Prezidenti və ilk qadın Vitse-prezidenti and içdi
ABŞ-da yeni seçilmiş prezident Co Baydenin inuaqurasiya mərasimi keçirilib.
Beləliklə, keçmiş prezident müavini, 36 illik konqresmen Co Bayden ABŞ-ın 46-cı prezidenti adını qazanmış olub.
O, 78 yaşında Ağ Evin Oval Ofisini təhvil alaraq ABŞ tarixə ən yaşlı dövlət başçısı kimi düşüb.
Bundan əlavə, ABŞ-ın yeni seçilmiş vitse-prezidenti Kamala Harris də təntənəli şəkildə and içərək yeni işinə start verib.
Bununla da Kamala Harris bu vəzifəyə təyin olunan ilk qadın vitse-prezident kimi adını Amerika tarixinə yazdırıb.
XeberTv.info