Son dəqiqə
Dünya
25-01-2021, 16:06
4 877
Hindistan-Çin hərbçiləri arasında atışma: Çox sayda yaralı var
Hindistan və Çin sərhəd qüvvələrinin əsgərləri arasında toqquşmalar baş verib.
XeberTv.info “Latestly”yə istinadən məlumat verir ki, Naku-La keçidində Çin hərbçiləri Hindistan ərazisini ələ keçirməyə cəhd ediblər və Hindistan hərbçiləri onları dayandırıb.
Qarşıdurmalarda 20 çinli və 4 hindistanlı əsgər yaralanıb.
Ərazidəki vəziyyətin artıq nəzarət altında olduğu qeyd edilir.
Digər təfərrüatlar barədə məlumat verilmir.