Son dəqiqə
10-02-2021, 10:48
1 887

“Rusiya Qarabağda özünü Abxaziya və Osetiyada olduğu kimi apara bilməz, çünki...” - Britaniyalı ekspert

“Rusiya Qarabağda özünü Abxaziya və Osetiyada olduğu kimi apara bilməz, çünki...” - Britaniyalı ekspert


Qarabağla bağlı bütün məsələlərə tam aydınlıq gəlməyib. Azərbaycanlıları nigaran salan nüanslar var. Qarabağ haqda kitab yazmış Tomas de Vaal hesab edir ki, sülhməramlı missiyanı üzərinə götürmüş Rusiya üçtərəfli razılaşmanı möhkəmləndirməyə çalışır.

Azadlıq Radiosunun Ermənistan bürosuna danışan Tomas de Vaal hadisələrə özünəməxsus münasibət bildirib. İngilis ekspertin fikrincə, Rusiya bölgədə yerini möhkəmləndirsə də, Azərbaycanla hesablaşmağı da unutmur: “Rusiya özünü Abxaziya və Cənubi Osetiyada olduğu kimi apara bilməz”.

Tomas de Vaal hadisələrin gedişində həm Azərbaycanı, həm də Ermənistanı narazı salan məqamların olduğunu bildirib: “Rusiya bu sülh müqaviləsinin işlək mexanizmə çevrilməsini istəyir. Amma hələ də həll olunmamış məsələlər qalır. Məsələn, Ermənistan əsirlərin taleyindən narahatdır. Düşünürəm ki, Azərbaycan Rusiya sülhməramlı missiyasının dəqiq mandatının olmamasından, Rusiyanın birtərəfli qaydada çox iş görməsindən bir qədər narazıdır”.

Tomas de Vaal deyib ki, Rusiya ümumi balans yaratmağa çalışır. Britaniyalı jurnalistin fikrincə, şimal ölkəsi mütləq sülhün tərəfdarı deyil, çünki bu halda 5 il tamam olan kimi bölgəni tərk etmək lazım gələcək.

“Digər tərəfdən Rusiyanın situasiyanı sabitləşdirməyə ehtiyacı var. Çox mürəkkəb oyundur. Məncə, Rusiyada bu siyasətlə bağlı müxtəlif fikirlər var. Əlbəttə, Rusiya məsuliyyəti Minsk qrupu çərçivəsində Fransa və ABŞ-la bölməyə çalışacaq. Bakı və İrəvan bu münaqişədə Rusiyanın inhisarının olmasını istəmir. Rusiya çox ağıllı davranmalıdır. Çünki həm Ermənistanın, həm də Azərbaycanın xətrinə dəyə bilər”.

Qafqaz üzrə ekspert diqqəti görüşlərin birbaşa Rusiyanın vasitəçiliyi ilə keçirilməsinə, Fransa və ABŞ-ın kənarda qalmasına yönəldib. Britaniyalı jurnalist ABŞ-dakı yeni hakimiyyətin Qarabağla bağlı müəyyən siyasəti olduğunu bildirir.

“ABŞ münaqişənin tənzimlənməsi müstəvisindən çox uzaqda qalıb. Rusiya Qarabağda yer alıb. Azərbaycan münaqişənin başa çatdığını düşünür. Buna görə də Bakı Qarabağın statusunu müzakirə etməyə tələsmir. İndi Ermənistan və Azərbaycan arasında qarşılıqlı iqtisadi bağlar qurmağın vaxtıdır. Bu işdə ABŞ və Avropa İttifaqı kömək edə bilər. Amma onlar da bir xeyli mərhələ keçməlidir”.

Tomas de Vaal bildirir ki, Ankara Ermənistan qüvvələrinin 7 rayondan çıxarılmasından sonra İrəvanla münasibətlərin normallaşdırılmasında əngəl görmür. Britaniyalı jurnalist düşünür ki, ölkələr arasında əsas problem məhz bu amil idi: “Amma indi münasibətlər həm də ona görə pisdir ki, Türkiyə Azərbaycana kömək edib. Rəcəb Tayyib Ərdoğan Bakı paradında iştirak edib, Ənvər paşanı xatırlayıb. Məncə, sərhədlərin açılması, ticarət əlaqələrinin bərpası istiqamətində müəyyən hərəkətlilik müşahidə edəcəyik. Amma nə qədər ki, hakimiyyətdə Ərdoğandır, ermənilər tələsməməyə çalışacaq. Bizi uzun proses gözləyir”. (Bizimyolinfo)

XeberTv.info

Digər xəbərlər

Coğrafiya İnstitutunun baş direktoru Zakir Eminov bəzi rayonların ləğv edilməsini təklif edib
Alman jurnalistlər ermənilərin Bərdə ilə bağlı yalanlarını ifşa etdi
Bakıda sürüşməyə meyilli ərazilərin SİYAHISI
Zeynəb Xanlarova ilə oxumaqdan imtina etdi, yoldaşı ilə 55 il nikahsız yaşadı, qızının dəfninə getmədi – Xalq artistindən maraqlı faktlar
Ermənilərin saxta səhifələrini müəyyən etmək üçün fake.az saytı yaradıldı
İki dəfə eyni yerə çıxaraq intihar etmək istədi: Səbəbi şok etdi - FOTOLAR
Prezident onu Şuşaya xüsusi nümayəndə təyin etdi
Bazar gününə olan hava proqnozu açıqlandı
Çindən təxliyyə edilən azərbaycanlılarda koronavirus aşkarlanmadı
"Sevgi nədir deyirlər? Aldı, saldı, daldı..." - Elza Seyidcahan yeni şeir yazdı
Ölkə üzrə neçə nəfər COVID-19 əleyhinə peyvənd olunub?
Pulsuz verilməli olan dərman paketi 53 manata satılır? - AÇIQLAMA
Vətən müharibəsinin başlanğıcı hesab olunan Tovuz döyüşləri - VİDEO
Məktəblərdəki tətil günləri açıqlandı
DTX yaralı qazilərə yardım vəsaitlərini ələ keçirəni saxladı
TƏBİB-dən qurumun paketləri ilə satışa çıxarılan koronavirus dərmanları ilə bağlı RƏSMİ AÇIQLAMA - FOTO
Yol kənarındakı binaların sakinlərinə şad xəbər - Pulsuz parklanma icazəsi
Ermənistanın keçmiş baş naziri Azərbaycan ordusunun Köhnə Tağlar və Çaylaqqala kəndlərinə daxil olduğunu bildirir
İbad Hüseynov: "Bu adı alacağım günü həmişə gözləmişəm”
Bakıda iki qadın evə basqın edib - VİDEO
"Toppuş bacı"dan ÜZÜCÜ XƏBƏR: "xəstəlik aktrisanın orqanlarına yayıldı"
Eldəniz Quliyev Milli Şuradan istefa verdi
İki şəhər AVRO-2020-nin keçirməyə təminat verməyib
“Ermənistana silah göndərən bütün ölkələri…” – Əliyevdən sərt xəbərdarlıq
İran rejiminin müxalif ruhanini susdurmaq cəhdi -
Ölmüş insanlar geri qayıdacaq - Gələcəkdən xəbər verən serial gerçək olur
Azərbaycan Prezidenti: "Biz xalq üçün yaşayırıq, dövlət xalqı qorumalıdır"
Bakıdakı dəhşətli qətlin təfərrüatı: Valideynləri qızlarının Türkiyədə yaşadığını düşünüblər
Gədəbəydə yeni körpülərin tikintisinin başa çatdırılmasına 2,7 milyon manat ayrıldı - SƏRƏNCAM
Pakistan Azərbaycana humanitar yardım göndərib
{sape_links}{sape_article}