Son dəqiqə
14-02-2021, 12:31
5 117

“O, AZƏRBAYCANIN BANK SİSTEMİ TARİXİNDƏ ƏN BÖYÜK TALANIN MÜƏLLİFİDİR...” - Sabiq nazirdən bankirə qarşı şok ittihamlar + VİDEO

“O, AZƏRBAYCANIN BANK SİSTEMİ TARİXİNDƏ ƏN BÖYÜK TALANIN MÜƏLLİFİDİR...” - Sabiq nazirdən bankirə qarşı şok ittihamlar + VİDEO


Azərbaycanın sabiq Maliyyə naziri Fikrət Yusifov sosial şəbəkələrdə böyük rezonans yaradan paylaşım edib. F.Yusifov nazir postunu tutduğu dövrdə(1994-1999-cu illər) Respublika Əmanət Bankının sədri vəzifəsində çalışmış Hüseyn Səfərovun külli miqdarda - həmin vaxtın pulu ilə 150 milyard manat vəsaiti mənimsədiyini yazıb.

Maraqlıdır ki, sabiq nazir həmin şəxsin özbaşınalıqlarına baxmayaraq, hakimiyyətdəki himayədarlarının sayəsində cəzalandırılmadığını və bu gün də həmin vaxtlarda “qazandığı” pullarla biznes qurduğunu bildirir.

Sözügedən Hüseyn Səfərov bankdakı işi ilə vidalaşandan sonra Vergilər Nazirliyində yüksək vəzifələr tutub, Bakıdakı bir neçə rayonun vergi idarələrinə rəhbərlik edib.

Sabiq nazirin Hüseyn Səfərov haqqında yazdıqlarını nəzərinizə çatdırırıq: “Dostlar, şəkildə gördüyünüz bu adam 1990-cı illərin ortalarında, cəmi 1 il, o vaxtkı Respublika Əmanət Bankının sədri vəzifəsində çalışmış Hüseyn Səfərovdur. Azərbaycanın bank sistemi tarixində ən böyük talanın müəllifidir. Bankın sədri vəzifəsində işlədiyi 1 il müddətində o vaxtın pulu ilə 150 milyard manat krediti bankın yerli filialları və ilk növbədə Səbayil rayonunun Bayıl ərazisində yerləşən və onun özünə şəxsən aid olan filialda mal-qara tədarükü adı altında nağdlaşdıraraq mənimsəmişdir. O dövrdə Əmanət Bankının nəzarət zərfi dövlətə məxsus idi. Dövlət adından isə Maliyyə Nazirliyi çıxış edirdi.

Dövlətə aid bu payı idarə edən Respublika Maliyyə Naziriliyi və bir nazir kimi mən, Əmanət Bankında baş verən bu talana qarşı biganə qala bilməzdik. Mən bankda baş verən bu talanı araşdırmaq üçün Maliyyə Nazirliyinin mütəxəssislərindən ibarət təftiş qrupu ayırdım. Qısa zaman içərisində bütün bu oğurluqların üstü açıldı.

Təsəvvür edin, mütəxəssislər o zaman hesblamışdılar ki, bankın filiallarından Hüseyin Səfərovun bilavasitə tapşırıqları ilə mal-qara tədarükü adı altında ayrı-ayrı adamların adına kredit kimi verilib, nağdlaşdırılaraq oğurlanan bu pullara əgər həqiqətən mal-qara alınsaydı, onda bu mal-qaranın yerləşə biləcəyi ərazi Abşeron yarımadasının ərazisindən 3 dəfə böyük olmalı idi.

Pulların daha çox nağdlaşdırıldığı Əmanət Bankının Bayıl ərazisində yerləşən və Hüseyin Səfərova bilavasitə aid olan filialda Maliyyə Nazirliyinin mütəxəssisləri yoxlama apararkən, Hüseyn Səfərovun silahlı adamları Maliyyə Nazirliyinin 3 müfəttişini oğurlayıb naməlum istiqamətdə aparmışdılar.

Müfəttlişlərdən biri (o, hal hazırda da Respublika Maliyyə Nazirliyində çalışır) "Azneft" meydanından qalxaraq onları naməlum istiqamətdə aparan maşın hərəkətdə olarkən, onun qapısını açaraq Azərbaycan Dövlət Akademik Filarmoniyasının yanında özünü yerə atmış və qaçıb Prezident Aparatına daxil olaraq xilas olmuşdu. Təbii ki, bundan sonra ölkə rəhbərliyi və Baş Prokurorluq bu məsələyə qarışdı və Maliyyə Nazirliyinin Hüseyn Səfərov tərəfindən oğurlanmış iki müfəttişi də tapıldı.

Son müsahibəmdə bəzi məmurları rüşvət və korrupsiya hallarına görə tənqid etməyim Azərbaycanın bank tarixində ən böyük talanı həyata keçirmiş bu adamcığın xoşuna gəlməyib və hesab edib ki, o, bu məsələyə münasibət bildirməlidir. El gözü tərəzidir. Qoy mənə dövlət bankını talan etdiyinə görə işdən qovdurduğum biri yox, yaxından tanıyanlar və fəaliyyətimə bələd olanlar qiymət versinlər.”(“AzPolitika.info”)



XeberTv.info

Digər xəbərlər

REAL bu dairələrdə mübarizə aparacaq - Siyahı
Nazir prorektor olan qayınatanı işdən çıxarıb, yerinə kürəkənini TƏYİN ETDİ
Ölümə səbəb olan mikroavtobus sürücüsü tutuldu
Ağdamda su hövzəsindən qadın meyiti çıxarıldı
Prezident İlham Əliyev: “Ermənistan Azərbaycana qarşı soyqırımı törədib”
Sabiq nazirin həbs müddəti üç ay uzadılıb
Samuxun icra başçısı YOLA SALINIR...
Gəncədə 24 yaşlı gənc çinar ağacından özünü asıb
İşğaldan azad olunan Cəbrayıl şəhəri - VİDEO
Prezident: “Onların dərsini verməsək, Moskvaya danışıqlara qaçardımı?”
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Saleh Məmmədovun işçisindən ŞOK AÇIQLAMA
Sumqayıt sakinini avtomobil vurub öldürüb
Moskvada DƏHŞƏT yaşanacaqdı - Son anda qarşısı alındı
Ermənilər Gəncəyə məhz bu səbəbdən “Skad” atdı
Sabahın hava proqnozu AÇIQLANDI
Baş Prokurorluqda yeni təyinatlar
Sevda Yahyayeva Haqqında Şok ittiham,,
Metro fevralın 15-dən fəaliyyətə başlayacaq? - AÇIQLAMA
Binəqədi İcra başçısı göz görə görə qos qoca bağı məhv edir... -
Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin artdı: 15 nəfər vəfat edib - FOTO
“Lukoil” müştəri ilə “zakon” söhbəti edir: “Sən nepravsan”
Gömrük Komitəsinin milyonçu sədri Səfər Mehdiyevin QARANLIQ ƏMƏLLƏRİ  -
Vətən müharibəsində itən 2 generalın sirri...
Gəncədə ticarət mərkəzi yanıb -
İran nüvə silahını sınaqdan keçirməyə hazırlaşır? -
Ermənistan itki sayını açıqladı
Bu gün 12 minə yaxın şəxs imtahan verəcək
DİN-dən “Nida”çı gəncin saxlanılması ilə bağlı açıqlama
Bu şəhərə hansı adla qayıdacaqsan