Son dəqiqə
17-02-2021, 12:46
4 332

Ermənistan müharibə dövründə Azərbaycana “İsgəndər” atmaqdan qorxub – TƏHLİL

Ermənistan müharibə dövründə Azərbaycana “İsgəndər” atmaqdan qorxub – TƏHLİL


Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan ölkəsinin 44 günlük müharibədə biabırçı məğlubiyyətindən sonra “hərbi reseptləri” ilə gündəmə gəlir.

Azərbaycanın ikinci Qarabağ müharibəsi dövründə də, atəşkəs bəyanatından sonra da gücün və sülhün simvoluna çevrilməsi Ermənistan üçün hərtərfli zərbədir. Çünki bu zamana qədər Ermənistan özünün miskin və yazıq obrazını yaradırdı, sülh təşəbbüskarı kimi çıxış edirdi, amma bunlar hərbi qürrələnmənin yedəyində gedirdi.

Müharibəyə qədər Ermənistan özünün hərbi arsenalı barədə böyük fəxarətlə danışır, “İsgəndər” raketlərinin onlarda olmasının yaratdığı başgicəllənmənin təsirindən çıxa bilmirdi.

Ermənistan ard-arda “İsgəndər” raketləri ilə Azərbaycanı hədələyirdi.

Serj Sarqsyan acı məğlubiyyətdən sonra da yenə “İsgəndər”in qanadından yapışıb deyir ki, “İsgəndər”dən vaxtında və təyinatı üzrə istifadə guya onlara strateji üstünlük qazandıracaqdı.

“Məndə olan mötəbər məlumatlara əsasən, Ermənistan Qarabağda müharibə zamanı “İsgəndər” raketindən istifadə edib və raket müharibənin sonuna yaxın Şuşa istiqamətinə atılıb”, - bunu Sarqsyan “Armnyus” telekanalına müsahibəsində deyib.

Onun fikrincə, Ermənistan müharibənin əvvəlində “İsgəndər”dən istifadə etməli idi, amma cavab atəşi riskini nəzərə alaraq bundan çəkinib. Səbəb isə budur ki, Azərbaycan Ermənistandan “İsgəndər” raketinin atıldığı əraziyə dəqiq cavab zərbəsi endirəcəkdi.

Sarqsyanın “reseptinə” əsasən, Ermənistan müharibənin dördüncü günündə Azərbaycanın canlı qüvvə və texnika cəmlədiyi Horadizə həmin raketi atmalı idi.

O, Gəncənin dinc əhalisinin yaşadığı əraziyə raket atılmasının anlaşılmaz olduğunu deyib və bunu “böyük axmaqlıq” adlandırıb.

İkinci Qarabağ Müharibəsində Ermənistanın ümumiyyətlə “İsgəndər”dən istifadə etməsi barədə heç bir yerdə məlumat yoxdur. Yalnız Sarqsyanın məlumatına (bəlkə də versiyasına) əsasən “İsgəndər” Şuşaya atılıb, amma bunu sübut edən bir dənə də dəlil təqdim etməyib.

Sarqsyan niyyətlərini pərdələyə bilmir

Əslində Sarqsyan müsahibəsində dinc əhalinin ölümünə heyfslənmir, yalnız bunu taktiki yanlışlıq kimi qiymətləndirir.

Sarqsyan Ermənistanın mülki əhalini hədəfə almasını Gəncədəki hərbi aerodromu vurmaq planı ilə əlaqələndirir – yəni səhvən mülki əhali bombardmana məruz qalıb kimi bir görüntü yaratmaq istəyir.

“Axmağın biri Gəncədə hərbi aerodromu havaya uçurduqlarını söylədi. Sonradan isə məlum oldu ki, bu, yalandır. Onlar başqa raketlərlə dinc əhalinin yaşadığı əraziləri vurdular. Bu isə beynəlxalq etirazlara səbəb oldu. Böyük ağılsızlıq nəticəsində Azərbaycan daha amansızlıqla Xankənidini, Xocavəndi bombaladı”, - deyən Sarqsyan az keçmir ki, özünün mülki əhalinin canına yanan obrazını darmadağın edir.

Sarqsyan deyir ki, gərək “İsgəndər” raketləri neft və qaz kəmərlərinə atılaydı – bununla da mülki infrastruktura və mülki əhaliyə qarşı qəzəbini dilə gətirir.

Onun dinc sakinlərə qarşı nifrətinin digər göstəricisi isə cəbhədən kənarda yerləşən Bərdəyə raket zərbəsi endirilməsindən danışmamasıdır.

Görünür, Sarqsyan bunu strateji addım kimi dəyərləndirir, elə Gəncəni də. Sadəcə mətnaltı olsa da, Gəncədə əhalinin atəşə tutulmasındə tələskənliyə yol verildiyini bəyan edir.

Mülki əhali hədəfə alınsa da, Gəncə və Bərdə raket atəşlərinə məruz qalsa da, Azərbaycan mübarizəsindən dönmədi və mülki obyektləri vurmadan müharibədə qələbə qazandı.

Sarqsyan özü də etiraf edir ki, Azərbaycan yalnız hərbi obyektlərə və elektrik stansiyalarına zərbələr endirib.

“İsgəndər” Azərbaycan üçün qırmızı xəttdir

Ermənistan müharibə dövründə mülki əhaliyə qarşı planı həyata keçirməklə iki məqsəd güdürdü: Azərbaycan əhalisi müharibədən qorxsun və etiraz etsin, ikincisi isə Azərbaycan Ermənistan ərazisinə zərbə endirsin, bununla da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı münaqişəyə ortaq olsun.

Ancaq Azərbaycanın böyük strateji səbri, üstəgəl xalqın dirənişi sayəsində Ermənistan istəyinə nail olmadı.

Lakin göstəricilərindəki üstünlük və böyük dağıdıcı gücə malik “İsgəndər” Azərbaycan üçün qırmızı xətt idi.

Sarqsyan bu mənada haqlıdır ki, Ermənistan “İsgəndər”dən istifadə etməyə özündə cəsarət tapmayıb.

Gəlin, bunu oktyabrın 6-da Müdafiə naziri Zakir Həsənovun keçirdiyi xidməti müşavirə ilə əlaqələndirək.

Həmin müşavirədə Zakir Həsənov düşmən tərəfindən “İsgəndər” əməliyyat-taktiki raket komplekslərinin tətbiq olunacağı halda adekvat tədbir görüləcəyini bildirmişdi. Nazir Azərbaycan Ordusuna arsenalındakı yüksək dəqiqlikli və böyük dağıdıcı qüvvəyə malik silah növlərini tətbiq etməklə düşmən tərəfinin hərbi-strateji infrastrukturuna böyük zərbələr endirməyi planlaşdırmağı əmr etmişdi.

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın Qarabağdakı raket sistemlərini sıradan çıxarılmasını əks etdirən videokadrları mütəmadi olaraq yayımlayırdı.

2020-ci ilin sentyabrın 27-dən etibarən başlanan və noyabrın 10-dək davam edən müharibədə Azərbaycanı heç bir addım geri çəkilməyə vadar etməzdi - "İsgəndər" raketləri atılsaydı belə. (oxu.az)

XeberTv.info

Digər xəbərlər

Coğrafiya İnstitutunun baş direktoru Zakir Eminov bəzi rayonların ləğv edilməsini təklif edib
Alman jurnalistlər ermənilərin Bərdə ilə bağlı yalanlarını ifşa etdi
Bakıda sürüşməyə meyilli ərazilərin SİYAHISI
Zeynəb Xanlarova ilə oxumaqdan imtina etdi, yoldaşı ilə 55 il nikahsız yaşadı, qızının dəfninə getmədi – Xalq artistindən maraqlı faktlar
Ermənilərin saxta səhifələrini müəyyən etmək üçün fake.az saytı yaradıldı
İki dəfə eyni yerə çıxaraq intihar etmək istədi: Səbəbi şok etdi - FOTOLAR
Prezident onu Şuşaya xüsusi nümayəndə təyin etdi
Bazar gününə olan hava proqnozu açıqlandı
Çindən təxliyyə edilən azərbaycanlılarda koronavirus aşkarlanmadı
"Sevgi nədir deyirlər? Aldı, saldı, daldı..." - Elza Seyidcahan yeni şeir yazdı
Ölkə üzrə neçə nəfər COVID-19 əleyhinə peyvənd olunub?
Pulsuz verilməli olan dərman paketi 53 manata satılır? - AÇIQLAMA
Vətən müharibəsinin başlanğıcı hesab olunan Tovuz döyüşləri - VİDEO
Məktəblərdəki tətil günləri açıqlandı
DTX yaralı qazilərə yardım vəsaitlərini ələ keçirəni saxladı
TƏBİB-dən qurumun paketləri ilə satışa çıxarılan koronavirus dərmanları ilə bağlı RƏSMİ AÇIQLAMA - FOTO
Yol kənarındakı binaların sakinlərinə şad xəbər - Pulsuz parklanma icazəsi
Ermənistanın keçmiş baş naziri Azərbaycan ordusunun Köhnə Tağlar və Çaylaqqala kəndlərinə daxil olduğunu bildirir
İbad Hüseynov: "Bu adı alacağım günü həmişə gözləmişəm”
Bakıda iki qadın evə basqın edib - VİDEO
"Toppuş bacı"dan ÜZÜCÜ XƏBƏR: "xəstəlik aktrisanın orqanlarına yayıldı"
Eldəniz Quliyev Milli Şuradan istefa verdi
İki şəhər AVRO-2020-nin keçirməyə təminat verməyib
“Ermənistana silah göndərən bütün ölkələri…” – Əliyevdən sərt xəbərdarlıq
İran rejiminin müxalif ruhanini susdurmaq cəhdi -
Ölmüş insanlar geri qayıdacaq - Gələcəkdən xəbər verən serial gerçək olur
Azərbaycan Prezidenti: "Biz xalq üçün yaşayırıq, dövlət xalqı qorumalıdır"
Bakıdakı dəhşətli qətlin təfərrüatı: Valideynləri qızlarının Türkiyədə yaşadığını düşünüblər
Gədəbəydə yeni körpülərin tikintisinin başa çatdırılmasına 2,7 milyon manat ayrıldı - SƏRƏNCAM
Pakistan Azərbaycana humanitar yardım göndərib
{sape_links}{sape_article}