Son dəqiqə
19-02-2021, 18:14
6 225

“Azərsu” ASC-nin idarə rəisi 4 min manat cərimələndi

“Azərsu” ASC-nin idarə rəisi 4 min manat cərimələndi


Sabunçu rayonu Pirşağı qəsəbəsi ərazisindəki çirkab suların boru vasitəsilə Xəzər dənizinə axıdılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırma aparılıb.

Bunu Xidmətin rəisi Hikmət Əlizadə bildirib.

“Araşdırma zamanı Zabrat, Məhəmmədi və Kürdəxanı qəsəbələri ərazisindəki fərdi yaşayış evlərinin çoxunda şambo quyularının olmaması səbəbindən evlərdə formalaşan çirkab suların mərkəzi kanalizasiya şəbəkəsinə birləşmədiyi, birbaşa Zabrat gölünə və oradan da Pirşağı qəsəbəsi ərazisindəki boru vasitəsilə Xəzər dənizinə axıdıldığı müəyyən olunub”.

Xidmət rəisi qeyd edib ki, mütəxəssislər tərəfindən boru xəttindən axan sudan nümunələr götürülərək bioloji, kimyəvi analizlər aparılıb və suda ammonium ionlarının 2,2, sintetik səthi aktiv maddələrin isə 2,6 dəfə normadan artıq olduğu müəyyən olunub. Suyun tərkibində istehsalat mənşəli çirkləndiricilər aşkar edilməyib.

H.Əlizadənin sözlərinə görə bununla bağlı dəfələrlə müvafiq qurumlara və “Azərsu” ASC-yə edilən xəbərdarlıqlara baxmayaraq, işlər sürətlənməyib və heç bir dəyişiklik olmayıb.

“Faktla bağlı akt, protokol tərtib edilib və “Azərsu” ASC-nin Bağlar su-kanal idarəsinin rəisi Fərmayil Vəliyev vəzifəli şəxs qismində 4000 manat məbləğində cərimə olunub”.

H.Əlizadə bildirib ki, Pirşağı qəsəbəsində formalaşan tullantı sularının dənizə axıdılmasının qarşısını almaq məqsədilə qəsəbə yaxınlığında inşa edilən gücü 60 min m3/sutka olan Pirşağı Çirkab Sutəmizləyici qurğularına yönəldilməsi üçün “Azərsu” ASC-yə məktub ünvanlanıb.

XeberTv.info

Digər xəbərlər

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanda Elbası Nursultan Nazarbayevlə görüşüb
İlham Əliyev və Mehriban Əliyeva Kəlbəcərdə çay süfrəsində - VİDEO
Ağstafanın gənc başçısı 300 minlik maşın sürür... vətəndaş isə BU HALDADIR... - VİDEO
Bakıda 9 və 7 yaşlı qardaşları maşın vurdu, biri öldü
`BİZ ON`U SEÇMƏMİŞİK... BƏS NİYƏ O BİZİ ZƏHƏRLƏYİR?!!
Prezident xalqa müraciət edəcək
Dodaq oxuyan Ronaldunun sirrini üzə çıxartdı: "Bu, qol olacaq"
Torpaq yolla Bakıya sərnişin daşıyan sürücülər ələ keçdi
Laçın rayonunun işğaldan azad olunan Güləbürd kəndi - VİDEO
Millət vəkili Elman Məmmədov: Əbülfəs Qarayev hər şeyi yaxşı bilirdi
Arutyunyandan sonra “müavini” də məhv edildi
“Lotu Quli” bu şəxsin qulağını kəsdiyinə görə öldürülüb - FOTO
Nazilə Səfərli: "Nədir axı Cavanşir Məmmədovun ölümünə sevinmək?" - FOTO
“Sahil - S İnşaat” MTK-nın vergi dələduzluğu
Bakıda anaya lesbi adı qoyub uşaqlarından ayırdılar - FOTO
Ermənilər Qarabağın qisasını belə almağa hazırlaşırlar
Eldar Həsənovun cinayət işi üzrə zərərçəkmiş qismində tanınan qurumlar məlum olub
Koronavirus Antarktidaya da çatdı
Ermənistanın dini rəhbəri öz xalqını ölümə göndərir
İki yarıtmaz qurumun yaratdığı problemlər... - GİLEY
Sabah 37 dərəcə isti olacaq
Türkiyədə karantin rejimi gücləndirildi
Klublarımızın yay transfer siyahısı
Əli Həsənovun həbsxanadan çıxan nəvəsi hansı ölkəyə qaçıb?
Nizami Xudiyevin oğlu işdən çıxarılıb?
Bakıda məktəblərdən biri koronavirusa görə bağlanıb
Süveyş kanalını bağlayan gəmi nefti 5 faiz bahalaşdırdı, hər saatda 400 milyon dollar ziyan dəyir
Bərdə terrorunda həlak olanların adları açıqlanıb - Siyahı
XƏTAİDƏ ÖZBAŞINALIQ: 24 mərtəbəli binanın zirzəmisində “moyka“ açdılar - FOTO
Erməni keşiş Paşinyanla əl sıxmaqdan imtina etdi - VİDEO
{sape_links}{sape_article}