Son dəqiqə
20-02-2021, 12:13
5 009

General NATO-nun medalını şəhid zabitin oğluna təqdim etdi - Video

General NATO-nun medalını şəhid zabitin oğluna təqdim etdi - Video


Azərbaycan Ordusunun şəhid zabiti mayor Rəhim Qədir oğlu Hüseynov 2020-ci ilin yekunları üzrə NATO-nun “Ləyaqətli xidmət” medalı ilə təltif olunub.

XeberTv.info Müdafiə Nazirliyinə istinadən məlumatverir ki, medal Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev tərəfindən şəhid qəhrəmanın böyük oğlu Hikmətə təqdim edilib.

Kərim Vəliyev onu qorxmaz, cəsur bir döyüşçü, yüksək əxlaqi və mənəvi keyfiyyətlərə malik intellektual səviyyəli zabit, tabeliyində olan şəxsi heyətin qayğıları ilə yaşayan, hər bir əsgər və zabitin sevgisini qazanan komandir kimi xarakterizə edib. Şəhidin valideynlərinə Vətənə belə bir məğrur oğul tərbiyə etdikləri üçün dərin minnətdarlığını bildirib.

Qeyd edək ki, mayor R. Hüseynov Əfqanıstanda həyata keçirilən “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasında 2020-ci il yanvarın 21-dən 2020-ci il avqustun 12-dək Azərbaycanın Sülhməramlı Kontingentinin, eyni zamanda, Hamid Karzai beynəlxalq hava limanında “NKIA” Qüvvə Mühafizəsi Qrupu Taborunun komandir müavini və komandiri vəzifələrini icra edib.

NATO-nun Baş katibi Yens Stoltenberqin imzaladığı sənəddə göstərilir ki, mayor Rəhim Hüseynov NATO-da təyin olunduğu vəzifəsinin icrası ərzində müstəsna xidmətinə görə NATO-nun "Ləyaqətli xidmət" medalı ilə təltif olunub. O, özünə böyük şərəf gətirən və Alyans tərəfindən təmsil olunan hər kəsin ehtiram və minnətdarlığını qazandıran mükəmməl liderliyini nümayiş etdirməklə, Alyansın ən gözəl ənənələrini qoruyub saxlayıb.

Mayor Rəhim Hüseynov sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına qarşı başlanan Vətən müharibəsi zamanı mayor komandiri olduğu Sülhməramlı qüvvələr taborunun şəxsi heyəti ilə birlikdə işğal altında olan ərazilərin azad edilməsi uğrunda döyüşlərdə şəxsi qəhrəmanlıq və şücaət nümunələri göstərib. Cəbrayıl, Füzuli və Qubadlı rayonları uğrunda hərbi əməliyyatlarda düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarını uğurla yerinə yetirib. Oktyabrın 20-də Qubadlının azad olunması uğrunda döyüşlərdə qəhrəmancasına həlak olub. Prezidentin sərəncamıyla “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edib.


Digər xəbərlər

Azərbaycanın XİN rəhbəri Moskvaya getdi
Vüqar Səfərli daha haraları VİRAN QOYUB?
" GƏNCLİYİ MƏHVƏ SÜRÜKLƏYƏN KAZİNO SAHİBLƏRİNİ KİM HİMAYƏ EDİR"???
Bakıda DƏHŞƏT: Sürücü avtomobili piyadalara çırpdı - ÖLƏN VAR (VİDEO)
Prezidentdən bir qrup incəsənət xadimi ilə bağlı SƏRƏNCAM - SİYAHI
Azərbaycan və Moldova prezidentləri arasında videokonfrans formatında görüş keçirilib
Şagirdlərin maskadan istifadəsi məcburi olmayacaq
"Belə korrupsiya faktları çoxlu saydadır..." - GİLEY
Şair İsmayıl Dadaşov vəfat etdi
Tanınmış otellər şəbəkəsinin başçısı vəfat edib
Ölkədə son sutkada vaksinasiya olunanların sayı açıqlandı
Azərbaycanda son sutkada 4211 nəfər COVID-19-dan sağalıb, 2372 nəfər yoluxub
Azərbaycanda bu məhsul bahalaşacaq - Rusiya qadağa qoydu
Birinci vitse-prezident Mehriban Əliyeva TASS agentliyinə, “Rossiya 24” telekanalına və “Rossiyskaya qazeta”ya müsahibə verib (FOTO)
Cənab İnam Kərimov, sən nazir qoyansan ?- Çindən alınan 1.5 milyon tut tinginin sonu nə oldu ?
Bakıda sərnişin avtobusu yük maşını ilə toqquşdu - YARALILAR VAR  VİDEO FOTO
Sumqayıtın icra başçısının müavini vəfat etdi
Avropa Liqasında II-ci tura yekun vuruldu - NƏTİCƏLƏR
Sabahdan ATU-nun klinikası normal fəaliyyətini bərpa edir
İzmirdə 4,8 bal gücündə daha bir zəlzələ olub
Təhsil Nazirliyi şagirdlərin qiymətləndirilməsi qaydalarını AÇIQLADI
Elcan Rəsulov xəstəxanaya yerləşdirildi
Hikmət Hacıyev: “Tonayan cinayət əməllərinə görə cavab verməlidir”
Daha 7 kəndimizi işğaldan azad etdik - RƏSMİ
3 nəfərdə mobil telefon aşkarlandığı üçün qəbul imtahanından xaric olunub
Ermənistan iki istiqamətdə geri çəkildiyini açıqladı
Biləsuvarda qadının qızıllarını dua oxumaq adı ilə əlindən aldılar
Metro açılsa da, həftəsonları işləməyəcək
70-ə yaxın insanı qətlə yetirən terrorçu azadlığa çıxmaq üçün məhkəməyə müraciət etdi
Daha hansı icra başçısı üçün həbs qərarı verilə bilər?.. - İLGİNC
{sape_links}{sape_article}