Son dəqiqə
26-02-2021, 15:16
5 514

Prezident: “Ermənistanın cəsarəti çatacaq ki, Rusiya prezidentinin imzasına bu cür yanaşsın?!”

Prezident: “Ermənistanın cəsarəti çatacaq ki, Rusiya prezidentinin imzasına bu cür yanaşsın?!”


“Ermənistandakı vəziyyətlə bağlı dərinə getmək istəmirəm. Dediklərim Ermənistanda müəyyən qruplar tərəfindən sui-istifadə edilə bilər. Məsələni özləri həll etsələr, yaxşıdır”.

Bu sözləri Prezident İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib:

“Əlbəttə qonşu ölkə olaraq, müharibənin başa çatmasını nəzərə alsaq, biz Ermənistandakı vəziyyətlə bağlı biganə ola bilmərik. Biz məsələni diqqətlə izləyirik. Hesab edirəm ki, Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, 10 noyabr bəyanatının icrasına mane olmaq cəhdləri bu ölkə üçün çox zərərverici olacaqdır. Onlar üçün bu, sui-qəsd olacaqdır.

Vəziyyət bundan da qat-qat pis olacaqdır. Bu gün Ermənistanda onlar anlamalıdırlar ki, bu vəziyyət Azərbaycana qarşı işğalçılıq siyasətinin bilavasitə nəticəsidir. Bu, son iki ildə və ya bir neçə ayda baş verənlərin nəticəsi deyil. Bunun birbaşa səbəbi işğaldır. Onlar bütün ideoloji dayaqlarını itiriblər. Çünki onların ideoloji dayaqları Azərbaycana fobia üzərində qurulmuş miflərdən ibarətdir. Özlərini qalib ölkə kimi təqdim edirdilər, Azərbaycan isə məğlub tərəf idi. Üz-üzə gəldikdə biz sübut etdik ki, qalib kimdir.

Narahat deyiləm ki, Ermənistanda baş verə biləcək hər hansı dəyişiklik 10 noyabr bəyanatının icrasına təsir etsin. İlk olaraq, ona görə ki, bu, artıq rəsmi imzalanmış sənəddir. İkincisi isə, ona görə ki, burada Rusiya prezidentinin imzası var. Yəni bu gün Ermənistanın Rusiyadan asılılığı müharibədən öncəki dövrlə müqayisədə 10 dəfə artıb. Müharibədən əvvəl də Ermənistan Rusiyadan ən çox asılı olan ölkə idi. Mən Ermənistanı ittiham etmirəm, bu, reallıqdır.

Ermənistanın cürəti, cəsarəti çatacaq ki, Rusiya prezidentinin imzasına bu cür yanaşsın?! Yəni burada sadəcə o bəyanatdan söhbət getmir. Söhbətin mahiyyəti ondan ibarətdir ki, orada Rusiya prezidentinin imzası var və o, bu sənədin qarantı kimi çıxış edir”.

XeberTv.info

Digər xəbərlər

Ağdamda “Park Forest Otel Ağdam” otelinin təməl qoyma mərasimi
Sosial şəbəkələrdə Azərbaycan vətəndaşlarını aldadan nigeriyalılar ələ keçdilər -
BMT Azərbaycana 2 milyon dollar ayırdı
May ayının müavinət, təqaüd və ünvanlı yardımları ödənilib
Rusiya ordusu ABŞ silahlarının olduğu hərbi bazanı bombaladı
Baş həkim işdən çıxarılır – Xəstəxanada təhvil-təslim işləri aparılır
Babasını və nənəsini öldürdü, qardaşının evini yandırdı
Rusiya MN: “Üçtərəfli bəyanatdan sonra ilk dəfə Qarabağda atəşkəs pozulub”
Vahid Ələkbərovun pulları “Yelo Bank”da necə talan edilir?
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Prezidentin köməkçisi karantin rejiminin yumşaldılmasının səbəbini açıqlayıb
Sahibə Qafarova Pakistan prezidenti ilə görüşdü - FOTO
Rəsmi iş yeri olmayanlar ömürlük kirayədə qalacaq? -
Tarix İnstitunun direktoru vəzifəsindən azad edildi
Vətəndaşlarımız Dağlıq Qarabağın işğaldan azad olunacağına inanırmı?
Füzulinin Aşağı Aybasanlı kəndindən görüntülər - VİDEO
Bakıda karantinlə bağlı reydlər davam etdirilir
DİN-dən valideynlərə VACİB XƏBƏRDARLIQ
Sabiq nazirin həbs müddəti üç ay uzadılıb
Azərbaycanda polkovnik-leytenant minaya düşdü - FOTO
2 fevral - Azərbaycan Gəncləri Günüdür
Erməni xüsusi təyinatlılarının hərbi hissəsi darmadağın edildi
Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayır
Ermənilər Türkiyəni tərk edir: 30 faiz azalma
Nazirlik müharibədə itkin düşmüş hərbçilərin fotolarını yaydı - YENİ SİYAHI
Distant təhsilin müddəti uzadıldı
Gecəki döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsi və texnikası məhv edilib
KİVDF-ə yeni rəhbər təyin olundu
İlham Əliyev Azərbaycanda pambıqçılığın əleyhinə olan nazirlər haqda
Məmur sakinləri polislə hədələyib? – VİDEO
{sape_links}{sape_article}