Son dəqiqə
27-02-2021, 16:27
6 402

Ferma sahibi çobanı armud gətirməyə göndərdi, arvadını... - AZƏRBAYCANDA ŞOK OLAY

Ferma sahibi çobanı armud gətirməyə göndərdi, arvadını... - AZƏRBAYCANDA ŞOK OLAY


Ağstafa rayonunda arvadını və onunla yataqda olan ferma sahibini güllələməkdə təqsirləndirilən 1961-ci il təvəllüdlü Misir İbrahimovun məhkəməsi başa çatıb.

Bildirilir ki, Misir İbrahimov çoban işlədiyi Ağstafa rayonu Qarayazı qəsəbəsində Sakit Nəsibova məxsus fermada onunla birlikdə yemək yeyib, spirtli içki qəbul edib.

Daha sonra Sakit Nəsibov onu armud gətirmək üçün kəndə göndərib. Misir İbrahimov fermada arvadı Şərifə Həməşayevanın Sakit Nəsibovla tək qalaraq yaxın münasibətdə olmasından şübhələnib. Bu səbəbdən yolun yarısından geriyə qayıdıb, fermadakı üstü örtülü, kənarlarının bir tərəfi bağlı, digər tərəfi açıq olan çardağa baxıb. Çarpayıda arvadının yarıçılpaq şəkildə Sakit Nəsibovla uzandığını görüb.

O, fermada yaşadığı otağa gedib və otaqdan tüfəngi götürüb. Sonra Şərifə Həməşayeva və Sakit Nəsibovun olduğu yerə gəlib. Çarpayıda uzanıqlı vəziyyətdə olan Sakit Nəsibova bir neçə metr məsafədən tüfəngin lüləsini tuşlayaraq ona namusuna sataşdığını bildirib və atəş açıb. Sakit Nəsibov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Misir İbrahimov daha sonra həmin çardaqda stolun kənarında dayanan arvadı Şərifə Həməşayevanın qarın nahiyəsinə atəş açıb. Arvadının qan axmasından öləcəyini düşünüb və onu yaralı vəziyyətdə qoyaraq gedib.

Şərifə Həməşayeva Ağstafa rayon mərkəzi xəstəxanasına çatdırılıb. İxtisaslı tibbi yardım göstərilməsi nəticəsində onun həyatı xilas edilib.

İstintaq orqanı tərəfindən Misir İbrahimovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Misir İbrahimov 14 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan zərərçəkmiş Sakit Nəsibovun hüquqi varisi tərəfindən apelyasiya şikayəti verilib. Hüquqi varis cinayət işinin yenidən araşdırılması ilə ibtidai istintaqa göndərilməsini xahiş edib.

Apelyasiya şikayəti onunla əsaslandırıb ki, Misir İbrahimovun cinayəti ittihamda göstərilən niyyətlə deyil, gizlədilən alçaq niyyətlə əlaqədardır.

Onun sözlərinə görə, zərərçəkmiş şəxs Şərifə Həməşəyevanın ifadəsində göstərildiyi kimi Misir İbrahimovun Sakit Nəsibovu vurması hadisə gününədək olan davamlı mübahisələrdən irəli gəlib: "Məhkəmə zərərçəkmiş şəxsin deyil, təqsirləndirilən şəxsin fərqli ifadələrinə istinad edərək cinayətin motivini ibtidai istintaq tərəfindən verildiyi kimi təsdiq edib. Əslində isə zərərçəkmiş şəxs doğru danışıb, əvvəldən sona kimi ifadəsini eyni cür, dəyişdirmədən verib".

Hüquqi varis şikayətinin sonunda təqsirləndirilən şəxsə ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilməsini istəyib.

Bu şikayətə Gəncə Apelyasiya Məhkəməsində baxılıb və sonda qərar elan edilib. Zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilən şikayət təmin olunmayıb.

Bu qərardan narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisi kasasiya şikayəti verib. Onun kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

Şikayət araşdırılması üçün hakim İlqar Qılıcovun icraatına verilib.

Yaxın günlərdə kasasiya şikayəti üzrə məhkəmə prosesi başlanacaq.

XeberTv.info

Digər xəbərlər

BNA: Metrostansiyalar boyunca xüsusi ekspress marşrutlar fəaliyyət göstərəcək
Azərbaycanda koronavirusun "Britaniya ştammı" aşkarlanıb - RƏSMİ
Məşhur məmur qudaların “aprel gedişi” - Rüstəmov və Əhmədzadə haqda maraqlı faktlar
Azərbaycanda kəskin bahalaşma baş verə bilər - AÇIQLAMA
"Unibank"dan ölkə rəhbərliyinə şikayət olundu - "...başqa yolum qalmayıb"
Gürcüstanda fövqəladə vəziyyət mayın 22-dək uzadılıb
Özünə başdaşı düzəltdirən kişi həmin daşla küçəni gəzdi - FOTO
Gəmi yanğınında yaralananlardan biri dünyasını dəyişdi
Elmar Vəliyev bu yolla canını qurtarmağa çalışır — Guya anlaqsızdır, heç kimi tanımır…
Bitkiləri məhv edən kimlərdir? VİDEONU SİZLƏRƏ TƏQDİM EDİRİK
Ət məhsullarını alarkən bunlara diqqət yetirmək lazımdır - TÖVSİYƏ
Düşmən Tərtər və Ağdamdakı yaşayış məntəqələrini atəşə tutur
Özünü vəzifəli şəxs kimi təqdim edən dələduz həbs edildi
Vətəndaşlarımız ötən ay ən çox hansı ölkələrə gedib?
Sakinlər “Olympus Park” tikinti şirkəti üzündən yolu bağladılar, obyekti yandırmağa cəhd etdilər – VİDEO
Bilmədən oğruya kömək etdilər -
İlham Əliyev: Bu gün bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır
Prezident: "44 gün ərzində bir gün də olmadı ki, biz haradasa geriyə çəkilək"
Tovuzun iki kəndində erməni hərbçilərinin atdığı top mərmilərinin qalıqları aşkarlanıb
Bakıda aptek müdirinin asılmış meyiti tapıldı
İlham Əliyev Binəli Yıldırımı qəbul edib
Qonşusunun 12 yaşlı qızına əxlaqsızlıq edəni doğulduğuna peşman etdilər - VİDEO
Deputat: “Baxaq görək ki, Prezident məmurları hansı formada cəzalandıracaq”
Metronun açılması ilə bağlı məlumatlara - Rəsmi münasibət
Bu rayonlara yeni polis rəisləri TƏYİN EDİLDİ
ABŞ alimlərindən ŞOK: İnsan öləndən sonra…
Pompeo Rusiyanı ABŞ-ın düşməni adlandırdı
“Azərişıq”dan inanılmaz tender maxinasiyası
Son çempion "Liverpul"dan biabırçı məğlubiyyət: 7 top buraxdı
İlham Əliyev Xalq artistinə mənzil hədiyyə etdi
{sape_links}{sape_article}