Son dəqiqə
16-08-2021, 10:33
2465

Sakinlər “Olympus Park” tikinti şirkəti üzündən yolu bağladılar, obyekti yandırmağa cəhd etdilər – VİDEO

Sakinlər “Olympus Park” tikinti şirkəti üzündən yolu bağladılar, obyekti yandırmağa cəhd etdilər – VİDEO

Bakıda “Olympus Park” tikinti şirkətindən narazı sakinlər aksiya keçiriblər.

Onlar şirkətin ofisini yandırmağa cəhd ediblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, bir neçə nəfər saxlanılıb.

Narazı sakinlər Ceyhun Hacıbəyli küçəsində mənzillərinin məcburi söküldüyünü, ödənilən kompensasiya ilə razılaşmadıqlarını bildiriblər.

Onlar şirkətin Milli Məclisin sədr müavini Adil Əliyevə məxsus olduğunu iddia edirlər. A.Əliyev isə bir müddət əvvəl narazı sakinlərlə görüşərək bildirmişdi ki, deyilənlər həqiqətəuyğun deyil: “İddia edirlər ki, Nərimanov rayonundakı obyektlərin hamısı Adil Əliyevindir. Hər kəs öz əməlinə görə cavabdehdir. Mənə aid olmayan məsələyə görə adım niyə hallanmalıdır ki? Deyirsiniz ki, şirkət Adil Əliyevə məxsusdur, sosial şəbəkələrdə də məni təhqir edirlər. Niyə təhqir olunmalıyam? Fakta əsaslanmayan məlumatları yaymaq düzgün deyil. Amerikada, İngiltərədə hadisə olur, mənim adımı hallandırırlar. Özünüzü günaha batırmayın. Şirkətin sahiblərindən birinin adı Adil, qardaşının da adı Məhərrəmdir. Mənim Azərbaycanda və ölkədən kənarda tikinti işləri ilə əlaqəm yoxdur. Dayımoğlunun çayxanası varsa, onu mənim adıma çıxırlarsa, nə etməliyəm? Bu, Allahsızlıqdır. Qohumlarıma deyim ki, obyekt işlətməyin? Dostumun tikinti şirkəti varsa, mənim də ortaq olduğumu iddia edirlərsə… Yalan deyənin Allah bəlasını versin. Siz mənə-ərazinin deputatına müraciət edə bilərsiniz, aidiyyatı qurumlar qarşısında məsələ qaldıraram”.

Aprelin 24-də Nərimanov Rayon İcra Hakimiyyəti də məsələ ilə bağlı məlumat yaymışdı. İcra hakimiyyətinin şöbə müdiri Rüfət Əhmədzadə demişdi ki, uzun müddət öncə inşa edilən, istismar müddəti bitən, dörd mərtəbəli qeyd edilən həmin binaların qəzalı və texniki vəziyyətinin məhdud işlək olması barədə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə Konstruktor Texnoloji İnstitutu tərəfindən 2018-ci ildə rəy verilib. Həmin ünvanda pilot layihə çərçivəsində “N-TURAN” MMC tərəfindən 130 ailənin köçürülməsi planlaşdırılıb, hazırki tarixə şirkət tərəfindən qarşılıqlı razılaşma əsasında müqavilə bağlanaraq aylıq kirayə haqları ödənilməklə 129 ailə köçürülüb. Reallığa uyğun olmayan, astronomik şərtlər tələb edərək köçməyən yeganə sakin Alim Məmmədovdur. Ona məxsus mənzilin mövcud sahəsi 140 kv.m. təşkil edir. Pilot layihə çərçivəsində bir qayda olaraq sakinlərə əvvəlki mənzillərinin ölçüsündən 20-25 faiz artıq ölçüsü olan yeni mənzillərin ayrılması nəzərdə tutulduğu halda “N-Turan” şirkəti tərəfindən vətəndaşa 240 kv.m. ölçüdə, yəni 70 faizdən artıq sahəsi olan, tam təmirli yeni mənzil və aylıq 700 manat kirayə haqqı təklif olunub, lakin onun tərəfindən əsassız olaraq heç bir ölçü meyarına uyğun olmadan 185 kv.m.-lik və 95 kv.m.-lik 2 ədəd təmirsiz mənzil, 2 ədəd qaraj, kirayə haqqı və təmir pulu olaraq əvvəlcədən 100.000 azn məbləğdə pul vəsaitinin verilməsi və bununla yanaşı fors-major hadisələrindən sığortalanması üçün Bakı şəhərinin mərkəzində girov olaraq dəyəri 600.000 azn olan obyektin onun adına müvəqqəti notarial qaydada sənədləşdirilməsi iddiası irəli sürülüb. Vətəndaş Alim Məmmədovun absurd tələbləri səbəbindən köçürülməməsi məqsədli şəkildə tikinti işlərinin uzun müddətə gecikdirilməsinə səbəb olub. Belə ki, müqavilə şərtləri ilə kirayə haqları ödənilərək artıq 2 ildən artıqdır ki, kirayədə yaşayan köçürülən sakinlər köçmək istəməyən bir nəfərə görə tikinti işlərinin gecikməsinə, həmin ailələrin mənzil hüquqlarının pozulmasına etiraz olaraq dəfələrlə RİH-ə, şirkətə və digər dövlət qurumlarına müraciət ediblər. Buna baxmayaraq tikinti şirkətinə RİH tərəfindən sakinlərin köçürməsi tam bitmədən söküntü işlərinin aparılmasının mümkünsüzlüyü barədə dəfələrlə xəbərdarlıq edilib. Yaranmış mübahisəli məsələ tam həll olunanadək söküntü işləri, o cümlədən tikinti işləri artıq dayandırılıb, vətəndaşla arasında yaranan mübahisəli məsələ həll edildikdən sonra tikinti işlərinə başlamağın mümkün olduğu “N-TURAN” MMC-yə bildirilib.(azinforum.az)




Xəbərtv.info

Digər xəbərlər

ADA Universitetində Diplomatiya həftəsi keçirilir -
Gürcüstanda vətəndaşların kommunal xərclərini hökumət ödəyəcək
Quş qripi ilə bağlı vətəndaşlara xəbərdarlıq edildi
"Kürd Elnur"un həbs müddəti uzadıldı
Türkiyəli general koronavirusdan öldü
Azərbaycanda son sutkada 2206 nəfər COVID-19-a yoluxub, 35 nəfər vəfat edib
Sosial şəbəkədə virus təxribatçıları peyda olub - onları cəza gözləyir
Nazirlər Kabineti Aparatının rəhbəri təyin edilib
Yaşar Əliyev TŞ-nın iclasında Ermənistan tərəfinin əsassız ittihamlarına cavab verib – TAM MƏTN
"Hoffenhaym"ın futbolçusu millimizdə
Prezident: Bu gün mənfəət neftinin 75-80 faizi Azərbaycana çatır
Əhaliyə TƏCİLİ XƏBƏRDARLIQ! – Bazar günü günortaya qədər...
Cavid Qurbanovun “sağ əli” Qubadlıda nə axtarır?
Siniflərdə şagirdlərin sayına limit qoyulacaqmı?
“MƏRCAN” toyuq fabrikində ağlagəlməz fırıldaqlar...
Ermənistanda dövlət qurumlarını və vəzifəli şəxsləri tənqid etmək qadağan edildi
Azərbaycanda qeydiyyatda olan QİÇS xəsətələrinin sayı AÇIQLANDI
Azərbaycan vətəndaşları Gürcüstana bu tarixdən gedə biləcəklər
Xüsusi təyinatlıların döyüş təlimi davam edir
Düşmənin sıradan çıxarılan texnikaları - SİYAHI
“Microsoft” vəfat etmiş şəxslərlə ünsiyyətə imkan verən cihaz yaradacaq
Rusiyada "Twitter" də bloklandı
Lavrov: “Dağlıq Qarabağda atəş 10 oktyabr 12:00-dan dayandırılacaq”
Mağazadan qovulan qadınla bağlı QORXUNC AÇIQLAMA: “Onu zorla...”
Cəbhənin Xocavənd istiqamətində düşmən topları məhv edilib - VİDEO
AzTV-nin binasında bədbəxt hadisə: Bir nəfər öldü - FOTO
Bu gün neçə şagirddə koronavirus aşkarlanıb?
Yüksək peşə təhsili alanların universitetə daxil olmaq hüququ olacaq
Prezident: "44 gün ərzində bir gün də olmadı ki, biz haradasa geriyə çəkilək"
Ömər aşırımında hərbi maşın qəzaya düşdü - 2 hərbçimiz həlak oldu