Son dəqiqə
20-04-2021, 12:35
4 566

Uzadılmış ali təhsil proqramları üzrə tələbələr üçün tələblər məlum olub

Uzadılmış ali təhsil proqramları üzrə tələbələr üçün tələblər məlum olub


Uzadılmış və ya inteqrasiya edilmiş ali təhsil proqramları Ali Təhsil Kvalifikasiyalarının Təsnifat Standartının (ATKTS) maksimum 2 səviyyəsi üzrə təhsil proqramlarının inteqrasiya edilmiş tədrisini təmin edəcək.

Bu, “Ali təhsil haqqında” qanun layihəsinin ilkin versiyasında əksini tapıb.

Layihəyə əsasən, inteqrasiya edilmiş təhsil proqramlarının formalaşması hər iki səviyyə üzrə əsas təlim nəticələrinin qazanılmasını təmin etməlidir. İntqerasiya edilmiş təhsil proqramları çərçivəsində təhsilin tam başa vurulmaması, ancaq birinci səviyyə üzrə təlim nəticələrinin qazanılması şəraitində təhsilalana müvafiq proqramın birinci səviyyəsi üzrə kvalifikasiya verilə bilər. Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsinin (AzMKÇ) 5-ci və 6-cı səviyyələri üzrə inteqrasiya edilmiş təhsil proqramları müvafiq olaraq 4-6-8 tədris semestri və 120-240 krediti nəzərdə tutur.

Layihədə qeyd edilir ki, təhsil prosesindən yarımçıq uzaqlaşmağa qərar vermiş və ya bakalavr kvalifikasiyası üçün əlavə 60 kredit toplamaqda çətinlik çəkən və subbakalavr səviyyəsi üçün tələb olunan 180 krediti toplamış təhsilalanlar subbakalavr kvalifikasiyası əldə edirlər. Subbakalavr kvalifikasiyvsı ilə təhsilini başa vurmuş təhsilalanlar eyni təhsil proqramı üzrə növbəti illərdə əlavə 60 kredit qazanaraq bakalavr dərəcəsi almaq imkanını saxlayırlar.

Uzadılmış və ya inteqrasiya edilmiş proqramlar üzrə təhsilini uğurla başa vurmuş təhsilalanlara yuxarı səviyyənin kvalifikasiyası təqdim edilir. Uzdılmış və ya inteqrasiya edilmiş proqramlar üzrə təhsilalma forması əyani və qiyabi ola bilər.

XəbərTv.info

Digər xəbərlər

Məzahir Pənahov: “Kişi namizədlərin hamısı haqqında bunu demək olmaz”
"Baku Medical Plaza”da tüstülənmə olub - VİDEO
Beşqat dünya çempionu Bakıda zəhərlənib -
Ərdoğan: “Makron siyasəti öyrənə bilməyib”
Ermənistanın keçmiş müdafiə naziri döyüşlərdə ağır yaralandı
Cəbhəyanı ərazilərdə partlamamış hərbi sursat, minalar aşkarlandı - FOTOLAR
Təhsil Nazirliyi: "Virtual məktəb" layihəsinə qoşulmayan müəllimlərə maaş verilməyəcəyinə dair məlumatlar yanlışdır
"İTV-nin fantastik qiymətləri namizədlərin əksəriyyəti üçün əlçatan deyil" - ETİRAZ
Çay həvəskarları üçün faydalı məsləhətlər
Ermənilər mövqelərimizi atəşə tutdu
Ötən gün general rütbəsi verilən erməni hərbçi məhv edildi
Putin Serbiya prezidentindən üzr istədi - SƏBƏB
Cəbrayılın daha bir kəndindən görüntülər - VİDEO
Bakıda avtomobil evakuatorla toqquşdu
İlham Əliyev: “Peyvəndi gözləyirik, ondan sonra normal həyat bərpa ediləcək”
Zakir Həsənovla Rusiyanın Müdafiə naziri arasında telefon danışığı olub
Ekvador həbsxanalarında qiyam: 50-dən çox məhkum öldü
Qonşuların davası qanla bitdi
“Yüz min manatdan çox olan pullar vergiyə cəlb edilməlidir” – Millət vəkili
Daha bir Qazimiz ədalətsizliyin QURBANIDIR... - VIDEO
Müharibə Ukraynaya nə qədər zərər vurub?
Paşinyan xarici işlər naziri Ara Ayvazyanı vəzifəsindən azad etmək istəyir
Fateh Terim Bakıda mətbuat konfransı keçirdi - Video
Nobel mükafatçısı dünyasını dəyişdi
Azərbaycan yığmasının Rusiya ilə oyunlarının nəticələri ləğv olunub
Metro stansiyalarının sayı 25-dən 51-ə çatdırılacaq
ATV Şuşa, Laçın və Kəlbəcərdə yayım üçün MTRŞ-yə müraciət etdi
ADU Gülnarə Cəfərovanın vergi borcu olan şirkətini tenderində qalib elan etdi
Dünyanı mat qoyan kadrlar – VİDEO
“Bayraktar” niyə rus HHM sistemləri tərəfindən yaxalana bilmir? - Bir uğurun iki sirri
{sape_links}{sape_article}