Son dəqiqə
19-05-2021, 17:51
2767

Başçının sabiq müavini şəhid bacısına: - “Qardaşın hərbidə nə iş gördü ki, sən də gedib neyləyəsən”

Başçının sabiq müavini şəhid bacısına: - “Qardaşın hərbidə nə iş gördü ki, sən də gedib neyləyəsən”


Şəhid anası icra başçısının müavini tərəfindən təhqirə məruz qalıb.

Bu barədə şəhid Zaur Nəbiyevin anası Lamiyə Nəbiyeva redaksiyamıza müraciətində bildirib.

Şəmkirin Ələsgərli kənd sakini Lamiyə Nəbiyeva iddia edir ki, rayonun hazırda həbsdə olan sabiq icra başçısı Alimpaşa Məmmədovun müavini Qüdrət Əliyev onu və qızını təhqir edərək xoşagəlməz fikirlər səsləndirib. Vətəndaşın dediyinə görə, yaşadığı ev qəzalı vəziyyətdə olduğu üçün icra hakimiyyətinin nümayəndələri onun mənzilinə baxış keçiriblər və bundan sonra 3 gün müddətində evi tərk etməsini istəyiblər. Lakin vətəndaşın “hara gedim” sualı qarşısında aciz qalan icra hakimiyyətinin əməkdaşları onu başçı ilə görüşdürmək üçün icra hakimiyyətinə dəvət ediblər.

Şəhid anası deyir ki, icra hakimiyyətində onu artıq rayon təhsil şöbəsinin müdiri təyin olunan başçının sabiq müavini Qüdrət Əliyevlə görüşdürüblər: “Qüdrət Əliyev mənə yüksək səslə qışqıraraq “Mən pis adamam ki” ifadəsi ilə səsləndi. “Sizi tanımıram ki, yaxşı, yaxud pis olduğunuzu bilim” cavabını verdim. Mənə dedi ki, başçı hər an gedə bilər, mən isə burdayam. Sizin probleminizi həll edəcəm. Mənə dedi ki. evinizin vəziyyəti çox acınacaqlıdır və istəyirəm deyim ki, gəlin bizdə yaşayın. Bu, mənim üçün təhqirdir. Qızımdan soruşdu ki, siz işləyirsiniz? Cavab verdi ki, hərbiyə düzəlmək istəyirəm. Bu an Qüdrət Əliyev “qardaşın hərbidə nə iş görə bildi ki, sən də gedib neyləyəsən” cavabını verərək bizi yenidən təhqir etdi. Sonra qayıtdı ki, “ərə gedin, bütün problemləriniz həll olunsun”. Bilmək istəyirəm ki, bizi icra hakimiyyətinə təhqir etmək üçün çağırmışdı?”.

Şəhid anasının iddiaları ilə bağlı Qüdrət Əliyevə ayrı-ayrı vaxtlarda etdiyimiz zənglər cavabsız qaldı. Lakin məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazır olduğumuzu bildiririk.
Xatırladaq ki, bir müddət öncə Şəmkirin icra başçısı Alimpaşa Məmmədov hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində həbs edilib. Onun müavini olmuş Qüdrət Əliyev isə təhsil şöbəsinin müdiri təyin edilib. Lakin görünür, o, özünü hələ də rayonun rəhbəri kimi görür və aparır. Əks halda şəhid anası ilə bu cür rəftar etməzdi.//KONKRET.az

XəbərTv.info

Digər xəbərlər

Ermənilərin sıradan çıxarılan texnikası
Vaqif Xaçatryanın ilkin dindirilməsi keçirilib
Fatih Terimin Bakıda keçirəcəyi mətbuat konfransının vaxtı açıqlandı
Paşinyan: “Azərbaycan tərəfindən təsdiqlənmiş əsirləri geri qaytaracağıq”
Vüqar İskəndərov: “Füzuli Limanı Qarabağın HAVA QAPISIDIR, vətəndaşlarımız ZƏFƏR SƏFƏRİ edəcək”
İtaliya Prezidenti Azərbaycan dövlət başçısını təbrik edib
Tbilisidə parlament binası qarşısında aksiya bərpa edildi
Xəzərdə dalğanın hündürlüyü 7.5 metrə çata bilər
Bakıda itkin düşən 4 nəfər tapıldı
Yəməndə jurnalistin maşını partladıldı - Özü öldü, əri yaralandı
Nazirin kadrının adı 1,5 milyonluq mənimsəmədə: Aynur Sabitova ilə şirkət arasında skandal –
Sahibə Qafarova Pakistan prezidenti ilə görüşdü - FOTO
Naxçıvanda yenidən zəlzələ oldu
İlham Əliyev Oljas Süleymenovu qəbul etdi - FOTO
Azərbaycanda film kimi OLAY: Qadın evini təmir etdirdiyi ustası tərəfindən aldadıldı - VİDEO
Azərbaycan polisi yeni avtomobillərlə xidmətə başlayıb
Uşaq bağçasının ərzağını belə oğurladılar - FOTOFAKT
5 nəfərə general rütbəsi verildi — SİYAHI
Əliyar Ağayev UEFA Millətlər Liqasının oyununa təyinat alıb
Gömrük Hospitalı: Bəhram Bağırzadə evə buraxılıb
Kamran Əliyev Naxçıvanda hərbi qulluqçularla görüşüb -
Krım körpüsündə hərəkət dayandırıldı
Leyla Abdullayeva: "Paşinyan getsə belə razılaşma dəyişməyəcək”
Sabirabadın baş həkimi COVİD-ə yoluxanlardan pul tələb edir? İDDİA
Paşinyan Hərbi Sənaye Komitəsinin sədrini işdən çıxardı
Tanınmış seysmoloq: "Böyük zəlzələ fəlakəti ilə qarşılaşa bilərik"
MN “Düşmən yalan məlumatlar yaymaqla öz xalqını sakitləşdirir”
Təcili yardım maşını piyadanı vuraraq öldürdü
İntim videosu yayılan direktorla bağlı yeni detallar -
Cəlil Nəzərovla Eşqin Əliyevi kim(lər) və niyə tutdurub? -
{sape_links}{sape_article}