Son dəqiqə
21-05-2021, 10:05
1362

Anar Kərimov: “Erməni vandalizmi ilə bağlı 150 ölkəyə müraciət edilib”



“Ermənilər 30 ilə yaxın işğal altında saxladıqları tarixi yurd yerlərimizdə bütün infrastrukturu, o cümlədən tarixi mədəni irsimizi məhv ediblər”.

Bu barədə Mədəniyyət naziri Anar Kərimov “Xalq” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Qarabağda ermənilərin törətdiyi vandalizm artıq dünya ictimaiyyətinə çatdırılır:
“Yeri gəlmişkən qeyd edim ki, mədəni irsimizə qarşı törədilən vandalizm aktları ilə əlaqədar Mədəniyyət Nazirliyi tərəfindən UNESCO və ICESCO-ya, BMT-nin Sivilizasiyalar Alyansına və 150 ölkənin mədəniyyət nazirliyinə müraciət edilib. İndiyədək dövlət qeydiyyatında olan 313 tarix-mədəniyyət abidəsinin monitorinqi həyata keçirilib.

Həmin ərazilərdə yerləşən dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji əlamət daşıyan 113 obyekt aşkar edilib. Baxış keçirilən tarix-mədəniyyət nümunələrinin əksəriyyəti işğalçılar tərəfindən tamamilə məhv edilib. Həmçinin 846 mədəniyyət müəssisəsi monitorinq edilib ki, onlardan 451-i kitabxana, 342-si mədəniyyət evi və klub müəssisəsi, 20-si muzey, 25-i uşaq musiqi məktəbi, 1-i kinoteatr, 2-si teatr, 2-si qalereya, 3-ü kinoklubdur. Bu müəssisələrdən 14-ü ilkin monitorinq nəticəsində aşkar edilsə də, nazirliyin şəbəkəsində yoxdur.

Müəssisələrin, demək olar ki, hamısı tamamilə dağıdılmış vəziyyətdədir. Monitorinqlər Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan, Xocavənd, Qubadlı, Ağdam və Kəlbəcər rayonları üzrə aparılıb. Monitorinq davam edir və bu proses yekunlaşandan sonra erməni işğalı dövründə mədəniyyətimizə vurulmuş ziyanın tam mənzərəsini həm ölkə ictimaiyyətinin, həm də beynəlxalq ictimaiyyətin diqqətinə çatdıracağıq”.

Nazir qeyd edib ki, İşğal altında olan torpaqlarımızı azad edəndən sonra erməni diasporunun və onların havadarlarının təsiri ilə UNESCO regiona missiya göndərilməsi məsələsində ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirib:

“Bu, bizi məyus etdi. Halbuki tərəfimizdən ilkin mərhələdə missiyanın həyata keçirilməsi üçün işğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik məsələlərinin həll edilməsinin vacibliyi, xüsusilə ərazilərin minalardan təmizlənməsi prosesinin və iqlim vəziyyətinin əlverişli olmadığı bizim tərəfimizdən diqqətə çatdırılsa da, qərəzli yanaşma davam etdi.

Artıq işğaldan azad olunmuş ərazilərdə müəyyən təhlükəsizlik tədbirləri həyata keçirilib və ölkəmiz UNESCO missiyasını qəbul etməyə hazırdır. Həmin missiyanı qəbul etməyə hazır olduğumuz haqqında müraciət göndərilib və texniki missiya zamanı işğaldan azad edilmiş ərazilərdə baxış keçiriləcək abidə və mədəniyyət müəssisələrinin siyahısı da təqdim olunub.

Onu da qeyd edim ki, Vətən müharibəsindən əvvəlki dövrlərdə də Azərbaycan bölgəyə – işğal edilmiş torpaqlarımıza missiyanın göndərilməsi ilə bağlı UNESCO-ya dəfələrlə müraciət etsə də, müsbət cavab ala bilməmişdir. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan dövləti ölkəmizin maraqları çərçivəsində öz həqiqətlərini dünyaya çatdırmaq məqsədilə UNESCO ilə əlaqələrin inkişafı üçün əməkdaşlığı davam etdirəcək”.

XəbərTv.info

Digər xəbərlər

Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Rafiq Aslanovun oğlu İngiltərədək şirkətini bağlaya bilmədi...
Ərdoğan İraqa səfər edəcək Xarici 29 Aprel, 2019 13:34
Rövşən Əkbərov məhkəmə qarşısında... BƏS NƏCMƏDDİN SADIQOV?
Adını dəyişdi və “Prezident Rusiya” oldu
Millimizin heyəti açıqlandı
İlin ilk Ay tutulması hadisəsi başa çatıb -
II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçiriləcək
Prezident: "Onlar üçün yeganə yol Azərbaycan xalqı ilə yanbayan yaşamaqdır"
Paşinyanın arvadı Qarabağdan qaçdı
Coli Pitt tərəfindən zorakılıq gördüyünü etiraf etdi
Sumqayıtda sevgilisi ilə mübahisə edən kişi özünü ağzından güllələyib
74 yaşlı anasını döyərək öldürən oğulun şikayəti təmin edilmədi — MƏHKƏMƏ
Orxan Sultanova general-polkovnik rütbəsi verilib
Koronavirusdan qorunmaq üçün ticarət obyektlərində necə davranmaq lazımdır? - VİDEO
Ermənistan hərbi birləşməsinin komandanlığına təslim olmaq barədə təklif edilib
Erməni əsgər və könüllülərə təslim olmaq çağırışı edildi
12 yaşlı Elmira şəhid qızı statusu ala bilmir - FOTO
Günün qoroskopu - 06.12.2019
Namiqin qadına zor tətbiq etdiyi səs yazısı yayıldı - VİDEO
“Neftçi” Çempionlar Liqası matçında “Olimpiakos”a məğlub oldu - VİDEO
Rusiyada universitetdə atışmada 8 nəfər ölüb, 19 nəfər yaralanıb
DİN küçədə siqaret çəkməklə bağlı qadağaya aydınlıq gətirdi
“Azərenerji” Suqovuşandakı su elektrik stansiyalarının təmirinə başladı - VİDEO
Azərbaycanda ən varlı bələdiyyələr (SİYAHI)
Prezident İlham Əliyevin “Euronews”a müsahibəsi - CANLI YAYIM
Yoluxanlarla bağlı bu günə olan statistika
Lalə Məmmədova keçmiş əri haqqında: "Qanun qarşısında cavab verəcək"
Bölgə klubu Portuqaliyadan futbolçu transfer etdi
Avro-2020-nin tarixi dəyişdirildi
{sape_links}{sape_article}