Son dəqiqə
1-07-2021, 18:27
2421

Qənirə Paşayeva Türkiyə səfiri ilə görüşüb

Qənirə Paşayeva Türkiyə səfiri  ilə görüşüb


Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva iyunun 30-da Türkiyə Respublikasının Azərbaycanda yeni fəaliyyətə başlayan Fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən XəbərTv.info-ya verilən məlumata görə, komitə sədri bildirib ki, dahi rəhbərlər - Mustafa Kamal Atatürkün və Heydər Əliyevin “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, “Biz bir millət, iki dövlətik” kəlamlarının ruhuna, fəlsəfəsinə uyğun olaraq, Türkiyə ilə Azərbaycan arasında strateji münasibətlər mövcuddur. “Dövlət başçıları Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev cənablarının imzaladığı “Şuşa Bəyannaməsi” bu dostluq və qardaşlığı yeni səviyyəyə qaldırıb.

Qənirə Paşayeva diqqətə çatdırıb ki, qardaş ölkələrimizin parlamentləri səviyyəsində də işbirliyi öz yüksək səviyyəsi ilə seçilir. Parlament sədrlərinin dəstəyi ilə qarşılıqlı maraq doğuran məsələlər mütəmadi olaraq müzakirə edilir, o cümlədən mədəni əlaqələrin daha güclü davamı və inkişafı ilə bağlı ardıcıl işlər görülür. Srarteji müttəfiqliyimizi təsbit edən Bəyannamənin də məhz Azərbaycanın Mədəniyyət Paytaxtı Şuşa şəhərində imzalanması özünəməxsus rəmzi məna daşıyır.

Hər iki ölkənin parlamentlərində qarşılıqlı əlaqələr üzrə geniş tərkibli işçi qruplarının fəaliyyət göstərdiyinin məmnuniyyətlə vurğulandığı görüşdə, o da bildirilib ki, deputatlarımız müxtəlif nüfuzlu beynəlxalq qurumlarda bir-birini daim dəstəkləyir, ortaq mövqedən çıxış edirlər.

Türkiyə ilə Azərbaycan arasında strateji münasibətlərin möhkəm tarixi köklərə malik olduğunu vurğulayan səfir Cahit Bağçı, səmimi görüşə görə komitə sədrinə təşəkkür edib. Səfir Azərbaycanda çox tarixi bir dövrdə diplomatik fəaliyyətə başlamasından böyük şərəf duyduğunu diqqətə çatdırıb.
Görüşün sonunda Qənirə Paşayeva Cahit Bağçıya dekorativ sənət nümunəsi olan “Xarı bülbül” xatirə hədiyyəsi təqdim edib, ona səfirlik fəaliyyətində uğurlar arzulayıb.

Digər xəbərlər

Həbsdən çıxan prodüser Təranədən ŞOK SÖZLƏR: "Məni axtarmayın, çünki..." - FOTO
Rayon sakinləri Bakıya nə vaxt buraxılacaq? (AÇIQLAMA)
ABŞ-da ümumi seçkilər başa çatdı
Mirsaleh Seyidovla Behbudovların arasında nələr baş verib?
Tanınmış vəkil koronavirusdan vəfat edib
Sabahın hava proqnozu açıqlanıb
XİN Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü ilə bağlı bəyanat yayıb
Prezident Ələt Azad İqtisadi Zonasının təməlini qoydu
Bir ünvanda yüzlərlə şirkət açıb tenderlərin qalibi olurlar
TƏBİB-dən bütün şagirdlərin vaksinasiyası ilə bağlı - XƏBƏRDARLIQ - VİDEO
Qondarma rejim muzduların döyüşlərdə iştirak etməsini qanuniləşdirdi
Ermənilər daha bir mülki vətəndaşımızın ölümünə səbəb oldu
Nazir bağçalarla bağlı məsələyə aydınlıq gətirdi
Tahir İmanov arzusuna çatdı: Mərkəzi küçəyə babasının adı verildi
Ilk addımı o atdi.
Səfirlik: “İranın məlumatları Ermənistana ötürməsi iddiaları yalandır”
Düşmənin atəş nöqtəsi və şəxsi heyəti məhv edildi - VİDEO
Paşinyan parlamentə güllə keçirməyən jiletdə gəlib - FOTO
“ASG Helicopter Services”in helikopteri vasitəsilə ilk dəfə “Formula-1”in çəkilişi aparılıb -
Daha 21 erməni hərbçi MƏHV EDİLDİ
Bakıda qadın sürücülərin ŞOK DAVASI - VİDEO
Prezident: “Ermənistanın cəsarəti çatacaq ki, Rusiya prezidentinin imzasına bu cür yanaşsın?!”
"Radiolarda məqsədi və məramı məlum olmayan, əyalət səviyyəli proqramlar kifayət qədərdir"-DJ Teymur
Türkiyə hərbçiləri Bakıda Qələbə paradında iştirak edəcək
Prezident: Ermənistana silah ötürülməsində erməni mənşəli rusiyalı məşhur silah alverçilərinin əli var
Səmimi olun, Ləman xanım!...
“Digər ölkələrlə müqayisədə Azərbaycanda vəziyyət yaxşıdır” - Baş Nazir
“Eurovision” mahnı müsabiqəsi ləğv edilir
Hərbi vəzifəli əsgər intihar etdi
Prezident 30 yaşlı gənci başçı təyin etdi – Tərcümeyi-hal
{sape_links}{sape_article}