Son dəqiqə
20-08-2021, 10:58
2489

Çölü bəzək, içi təzək nəşriyyatımız - VİDEO

Çölü bəzək, içi təzək nəşriyyatımız - VİDEO

Söhbət Azərbaycan Nəşriyyatından gedəndə istər-istəməz “çölü bəzək, içi təzək” deyimi yada düşür. Bəli, bu gün məhz mətbuat tariximizdə özünəməxsus yeri olan bu məkan barədə danışacağıq.

Əslində adından da bəlli olduğu kimi, buradan qəzet, çap iyi gəlməlidir. Amma inzibati binanın daxilində bərbad vəziyyətdə olan kanalizasiya sistemi qoxusunu divarlara, tavana elə hopdurub ki, burada beş dəqiqədən artıq qalmaq qeyri-mümkündür.

Qalanlar isə nə etsinlər, axı icarə haqqı ödəyirlər. Kimisi qəzet işini, kimisi də nəşriyyatdan uzaq fəaliyyətini qurub bu uçuq binada. Elə bütün bu özbaşınalıqlar, cibəişləmələrin ucbatından nəşriyyatın halı bu vəziyyətə düşüb.

Çap nəşriyyatı bir faiz də olsun ötən əsrdəki fəaliyyətindən fərqlənmir. İnkişaf, rəngli çap əvəzinə ağ-qara, pozulmuş səhifəli qəzetlər oxucuya sırınır. Bəs kimdir günahkar, nədir problem?!

Ayna.Az saytının baş redaktoru Elçin Şıxlının sözlərinə görə, təxminən 10-11 il öncə Azərbaycan Nəşriyyatı üçün Almaniyadan bir neçə milyon manat dəyəri olan yeni çap avadanlıqları gətirilib.

“Avadanlıqları bizə satan şirkətin nümayəndələri guya ki, bizim çapçılardan bir neçə nəfərini təcrübə məqsədilə Almaniyaya apardılar. Bizimkilər də orada altı ay yeyib, içib, gəzib qayıtdılar Azərbaycana, hərəsi öz işi ilə məşğul olmağa. Yəni bu dəzgahları işlətməyi bacarmalı olan adamlar əslində Almaniyada heç bir təcrübə keçmədilər”, - deyə E.Şıxlı bildirib.

“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev isə nəşriyyat binasında elementar məişət şəraitinin olmamasından şikayətlənib.

“Biz nəşriyyatı təpədən-dırnağadək dəyişməliyik. Texnoloji imkanlarından tutmuş, idarəetmə məsələlərinə, daxildəki səliqə-sahmanadək. Bunun vaxtı çoxdan çatıb. Uzun müddətdir ki, bu barədə danışılır”, - deyə o bildirib. Baş redaktor yaxın zamanlarda bununla bağlı konkret addımların atılacağına ümid etdiyini də vurğulayıb.

Əslində bu deyilənlərdə böyük həqiqət var. Bu gün Ağabəy Əsgərovun rəhbərlik etdiyi bu uçuq daxma Azərbaycan nəşriyyatının belini qırıb. Kommersiya məqsədilə istifadə olunan inzibati bina nə vaxtsa bu icarələrdən yığılan pula təmir edilib, təyinatına uyğun istifadə ediləcəkmi?

Yeri gəlmişkən, Azərbaycan nəşriyyatına 2018-ci ildə dövlət sifarişini yerinə yetirməsi üçün 1 504 160 manat vəsait ayrılsa da, bu gün bu binada olan şərait, daha doğrusu şəraitsizlik həmin pulun hara və necə xərclədiyi haqda yaranan şübhələri bir az da artırır.

“Turan” agentliyinin baş direktoru Mehman Əliyevin sözlərinə görə, nəşriyyatın hazırkı fəaliyyəti yalnız otaqlarını icarəyə vermək və bu yolla pul qazanmaqdır.

“Mən bilmirəm orada hansı məhsullar çap olunur. Amma dəqiq bilirəm ki, çox az sayda çap olunur. Nəşriyyat öz əsas funksiyasını çoxdan itirib. Hesab edirəm ki, onun durumuna və fəaliyyətinə yenidən baxış keçirilməlidir”, - deyə agentlik rəhbəri qeyd edib.

Bir sözlə Azərbaycan Nəşriyyatı ölkədə gedən inkişafdan kənarda qalıb. Yəni inkişafın işıltısını nəşriyyatın binasında az da olsa görmək mümkün deyil.




Xəbərtv.info

Digər xəbərlər

Coğrafiya İnstitutunun baş direktoru Zakir Eminov bəzi rayonların ləğv edilməsini təklif edib
Alman jurnalistlər ermənilərin Bərdə ilə bağlı yalanlarını ifşa etdi
Bakıda sürüşməyə meyilli ərazilərin SİYAHISI
Zeynəb Xanlarova ilə oxumaqdan imtina etdi, yoldaşı ilə 55 il nikahsız yaşadı, qızının dəfninə getmədi – Xalq artistindən maraqlı faktlar
Ermənilərin saxta səhifələrini müəyyən etmək üçün fake.az saytı yaradıldı
İki dəfə eyni yerə çıxaraq intihar etmək istədi: Səbəbi şok etdi - FOTOLAR
Prezident onu Şuşaya xüsusi nümayəndə təyin etdi
Bazar gününə olan hava proqnozu açıqlandı
Çindən təxliyyə edilən azərbaycanlılarda koronavirus aşkarlanmadı
"Sevgi nədir deyirlər? Aldı, saldı, daldı..." - Elza Seyidcahan yeni şeir yazdı
Ölkə üzrə neçə nəfər COVID-19 əleyhinə peyvənd olunub?
Pulsuz verilməli olan dərman paketi 53 manata satılır? - AÇIQLAMA
Vətən müharibəsinin başlanğıcı hesab olunan Tovuz döyüşləri - VİDEO
Məktəblərdəki tətil günləri açıqlandı
DTX yaralı qazilərə yardım vəsaitlərini ələ keçirəni saxladı
TƏBİB-dən qurumun paketləri ilə satışa çıxarılan koronavirus dərmanları ilə bağlı RƏSMİ AÇIQLAMA - FOTO
Yol kənarındakı binaların sakinlərinə şad xəbər - Pulsuz parklanma icazəsi
Ermənistanın keçmiş baş naziri Azərbaycan ordusunun Köhnə Tağlar və Çaylaqqala kəndlərinə daxil olduğunu bildirir
İbad Hüseynov: "Bu adı alacağım günü həmişə gözləmişəm”
Bakıda iki qadın evə basqın edib - VİDEO
"Toppuş bacı"dan ÜZÜCÜ XƏBƏR: "xəstəlik aktrisanın orqanlarına yayıldı"
Eldəniz Quliyev Milli Şuradan istefa verdi
İki şəhər AVRO-2020-nin keçirməyə təminat verməyib
“Ermənistana silah göndərən bütün ölkələri…” – Əliyevdən sərt xəbərdarlıq
İran rejiminin müxalif ruhanini susdurmaq cəhdi -
Ölmüş insanlar geri qayıdacaq - Gələcəkdən xəbər verən serial gerçək olur
Azərbaycan Prezidenti: "Biz xalq üçün yaşayırıq, dövlət xalqı qorumalıdır"
Bakıdakı dəhşətli qətlin təfərrüatı: Valideynləri qızlarının Türkiyədə yaşadığını düşünüblər
Gədəbəydə yeni körpülərin tikintisinin başa çatdırılmasına 2,7 milyon manat ayrıldı - SƏRƏNCAM
Pakistan Azərbaycana humanitar yardım göndərib
{sape_links}{sape_article}