Son dəqiqə
26-08-2021, 18:29
2327

Fəzail İbrahimli Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri ilə görüşüb

Fəzail İbrahimli Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri ilə görüşüb


Avqustun 26-da Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli ölkəmizdə səfərdə olan Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşaxmadzenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən XəbərTv.info-ya verilən məlumata görə, görüşdə Milli Məclis sədrinin müavini Fəzail İbrahimli ölkələrimiz arasında tarixən mövcud olan dostluq və əməkdaşlıq münasibətlərindən söz açıb. Hazırda müstəqil dövlətlər kimi fəaliyyət göstərən Azərbaycanla Gürcüstanın qonşuluq əlaqələrinin bir sıra ölkələr üçün nümunə olduğunu qeyd edib. Xalqlarımız arasında dostluq və mehribanlığın möhkəmlənməsində dini dözümlülüyün və tolerantlığın mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Bakıya səfərdən şərəf duyduğunu, Azərbaycanın dini qurumlarla və diasporla iş üzrə dövlət komitələrində səmərəli görüşlər keçirdiklərini bildirən Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşaxmadze Gürcüstanın ərazi bütövlüyünü daim dəstəklədiyinə görə Azərbaycana minnətdarlıqlarını çatdırıb, eyni zamanda ölkəsinin də həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.



Qonaq xalqlarımızın əsrlər boyu sülh və əmin-amanlıq şəraitində yaşadığını, hazırda bu iki qonşu dövlətin bir sıra sahələrdə strateji tərəfdaş olduğunu qeyd edib. Gürcüstanda yaşayan azərbaycanlıların hüquqlarının konstitusiya ilə qorunduğunu, soydaşlarımızın bu ölkədə dövlət və hökumət strukturlarında, qanunverici orqanda, yerli icra qurumlarında təmsil olunduqlarını bildirib. Məlumat verib ki, Gürcüstanda olan 300-ə yaxın məscidin 200-ü artıq müsəlmanların ixtiyarına verilib, proses davam edir. Dövlət əhalinin dini etiqadına hörmətlə yanaşır. Müsəlmanların dini bayramlarında ölkənin ali rəhbərliyi iştirak edərək təbriklərini çatdırır. Gürcüstan dövləti ölkədəki bütün icmaların daha sıx inteqrasiyasına çalışır.

Söhbət zamanı Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri mühüm bir məsələyə də toxunaraq bildirib ki, Azərbaycanda hələ 1992-ci ildə din haqqında qanun qəbul edilməsinə baxmayaraq, Gürcüstanda indiyədək din haqqında qanun qəbul edilməyib. O, Azərbaycan parlamentindən bu sahədə kömək istədiklərini, din haqqında qanunun hazırlanması üçün təcrübə mübadiləsinin çox əhəmiyyətli olacağını bildirib.
Vitse-spiker Fəzail İbrahimli sözü gedən qanun barədə məlumat verib və “Dini etiqad azadlığı haqqında” qanuna bu ilin yaz sessiyasında günün tələbindən irəli gələn bir sıra dəyişikliklər edildiyini də diqqətə çatdırıb.

Ölkələrimiz arasında ikitərəfli əlaqələrin, çoxşaxəli əməkdaşlığın və strateji tərəfdaşlığın yüksək səviyyədə olduğunu vurğulayan Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze koronavirus xəstələri üçün oksigen təchizatında təmənnasız yardım etdiyinə, Gürcüstana böyük miqdarda tibbi maye oksigen göndərdiyinə görə Azərbaycan hakimiyyətinə təşəkkürünü bildirib.

Digər xəbərlər

Coğrafiya İnstitutunun baş direktoru Zakir Eminov bəzi rayonların ləğv edilməsini təklif edib
Alman jurnalistlər ermənilərin Bərdə ilə bağlı yalanlarını ifşa etdi
Bakıda sürüşməyə meyilli ərazilərin SİYAHISI
Zeynəb Xanlarova ilə oxumaqdan imtina etdi, yoldaşı ilə 55 il nikahsız yaşadı, qızının dəfninə getmədi – Xalq artistindən maraqlı faktlar
Ermənilərin saxta səhifələrini müəyyən etmək üçün fake.az saytı yaradıldı
İki dəfə eyni yerə çıxaraq intihar etmək istədi: Səbəbi şok etdi - FOTOLAR
Prezident onu Şuşaya xüsusi nümayəndə təyin etdi
Bazar gününə olan hava proqnozu açıqlandı
Çindən təxliyyə edilən azərbaycanlılarda koronavirus aşkarlanmadı
"Sevgi nədir deyirlər? Aldı, saldı, daldı..." - Elza Seyidcahan yeni şeir yazdı
Ölkə üzrə neçə nəfər COVID-19 əleyhinə peyvənd olunub?
Pulsuz verilməli olan dərman paketi 53 manata satılır? - AÇIQLAMA
Vətən müharibəsinin başlanğıcı hesab olunan Tovuz döyüşləri - VİDEO
Məktəblərdəki tətil günləri açıqlandı
DTX yaralı qazilərə yardım vəsaitlərini ələ keçirəni saxladı
TƏBİB-dən qurumun paketləri ilə satışa çıxarılan koronavirus dərmanları ilə bağlı RƏSMİ AÇIQLAMA - FOTO
Yol kənarındakı binaların sakinlərinə şad xəbər - Pulsuz parklanma icazəsi
Ermənistanın keçmiş baş naziri Azərbaycan ordusunun Köhnə Tağlar və Çaylaqqala kəndlərinə daxil olduğunu bildirir
İbad Hüseynov: "Bu adı alacağım günü həmişə gözləmişəm”
Bakıda iki qadın evə basqın edib - VİDEO
"Toppuş bacı"dan ÜZÜCÜ XƏBƏR: "xəstəlik aktrisanın orqanlarına yayıldı"
Eldəniz Quliyev Milli Şuradan istefa verdi
İki şəhər AVRO-2020-nin keçirməyə təminat verməyib
“Ermənistana silah göndərən bütün ölkələri…” – Əliyevdən sərt xəbərdarlıq
İran rejiminin müxalif ruhanini susdurmaq cəhdi -
Ölmüş insanlar geri qayıdacaq - Gələcəkdən xəbər verən serial gerçək olur
Azərbaycan Prezidenti: "Biz xalq üçün yaşayırıq, dövlət xalqı qorumalıdır"
Bakıdakı dəhşətli qətlin təfərrüatı: Valideynləri qızlarının Türkiyədə yaşadığını düşünüblər
Gədəbəydə yeni körpülərin tikintisinin başa çatdırılmasına 2,7 milyon manat ayrıldı - SƏRƏNCAM
Pakistan Azərbaycana humanitar yardım göndərib
{sape_links}{sape_article}