Son dəqiqə
6-09-2021, 21:01
2392

Milli Məclisin sədri Sahibə Qafarova Latviya parlamentinin sədri İnara Murniyetse ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Latviya parlamentinin sədri İnara Murniyetse ilə görüşüb


Sentyabrın 6-da Milli Məclisin sədri Sahibə Qafarova Avstriyaya işgüzar səfəri çərçivəsində Vyanada Latviya parlamentinin sədri İnara Murniyetse ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən XəbərTv.info-ya verilən məlumata görə, həmkarını səmimiyyətlə salamlayan spiker Sahibə Qafarova bildirib ki, Azərbaycan dost və strateji tərəfdaş Latviya Respublikası ilə həyatın müxtəlif sahələrində əlaqələrin inkişafına böyük əhəmiyyət verir. Milli Məclisin sədri qeyd edib ki, hər iki ölkə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ikitərəfli münasibətlərimizin inkişafında yeni mərhələ başlayıb və ötən dövrdə siyasi, iqtisadi və humanitar sahələrdə uğurlu əməkdaşlıq həyata keçirilib. Sahibə Qafarova ikitərəfli əlaqələrin inkişafında dövlət başçılarının xüsusi rolunu vurğulayaraq, ölkə liderlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətini vurğulayıb.

Görüşdə qeyd olunub ki, Azərbaycan və Latviya arasında Avropa strukturları, Şərq tərəfdaşlığı və digər beynəlxalq platformalarda da sıx əməkdaşlıq mövcuddur. İkitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində qurulan əlaqələr qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə söykənir.

Spiker S.Qafarova Azərbaycan və Latviyanın qanunverici orqanları arasında əməkdaşlıqdan danışaraq hər iki ölkənin parlamentlərində dostluq qruplarının fəaliyyət göstərməsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə Milli Məclisin Sədri latviyalı həmkarına Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığı Zəfər haqqında məlumat verərək deyib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun şücaəti sayəsində Ermənistanın 30 illik işğalına son qoyulub. Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini özü yerinə yetirərək ərazi bütövlüyünü bərpa edib. Spiker Sahibə Qafarova Qarabağ münaqişəsinin artıq tarixə qovuşduğunu vurğulayaraq, hazırda işğaldan azad olunan ərazilərimizdə bərpa və quruculuq işlərinə başlandığını bildirib. O, həmçinin qeyd edib ki, Ermənistan 30 il işğal altında saxladığı şəhər və kəndlərimizi, tariximizə və mədəniyyətimizə aid abidələri dağıdıb, milli sərvətlərimizi talan edib, dini abidələrimizi, məscidlərimizi təhqir edib, həmin ərazilərin infrastrukturu tamamilə məhv edilib. Sahibə Qafarova Ermənistanın regionda davamlı sülhün təmin olunmasına mane olan təxribatçı hərəkətləri barədə də məlumat verib.

Latviya parlamentinin sədri İnara Murniyetse də öz növbəsində Azərbaycan Milli Məclisinin sədrini səmimiyyətlə salamlayaraq, ölkələrimiz arasında münasibətlərin inkişafından məmnunluğunu ifadə edib. O, Latviyanın Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini qeyd edib. Bildirilib ki, yüksək səviyyəli siyasi əlaqələrimiz iqtisadi, mədəni, humanitar sahələrə də öz müsbət təsirini göstərir.



İnara Murniyetse beynəlxalq münasibətlər sistemində parlament diplomatiyasının əhəmiyyətini vurğulayaraq, ölkələrimizin qanunverici orqanları arasında münasibətlərdən bəhs edib, parlamentlərarası əlaqələrin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri, ikitərəfli və beynəlxalq platformalarda əməkdaşlığın müxtəlif aspektləri barədə danışıb. O, bu əlaqələrin yüksələn dinamika üzrə inkişaf etdiyini və qarşılıqlı səfərlərin əlaqələrimizin inkişafına xidmət etdiyini deyib.




Digər xəbərlər

Ermənilərin sıradan çıxarılan texnikası
Vaqif Xaçatryanın ilkin dindirilməsi keçirilib
Fatih Terimin Bakıda keçirəcəyi mətbuat konfransının vaxtı açıqlandı
Paşinyan: “Azərbaycan tərəfindən təsdiqlənmiş əsirləri geri qaytaracağıq”
Vüqar İskəndərov: “Füzuli Limanı Qarabağın HAVA QAPISIDIR, vətəndaşlarımız ZƏFƏR SƏFƏRİ edəcək”
İtaliya Prezidenti Azərbaycan dövlət başçısını təbrik edib
Tbilisidə parlament binası qarşısında aksiya bərpa edildi
Xəzərdə dalğanın hündürlüyü 7.5 metrə çata bilər
Bakıda itkin düşən 4 nəfər tapıldı
Yəməndə jurnalistin maşını partladıldı - Özü öldü, əri yaralandı
Nazirin kadrının adı 1,5 milyonluq mənimsəmədə: Aynur Sabitova ilə şirkət arasında skandal –
Sahibə Qafarova Pakistan prezidenti ilə görüşdü - FOTO
Naxçıvanda yenidən zəlzələ oldu
İlham Əliyev Oljas Süleymenovu qəbul etdi - FOTO
Azərbaycanda film kimi OLAY: Qadın evini təmir etdirdiyi ustası tərəfindən aldadıldı - VİDEO
Azərbaycan polisi yeni avtomobillərlə xidmətə başlayıb
Uşaq bağçasının ərzağını belə oğurladılar - FOTOFAKT
5 nəfərə general rütbəsi verildi — SİYAHI
Əliyar Ağayev UEFA Millətlər Liqasının oyununa təyinat alıb
Gömrük Hospitalı: Bəhram Bağırzadə evə buraxılıb
Kamran Əliyev Naxçıvanda hərbi qulluqçularla görüşüb -
Krım körpüsündə hərəkət dayandırıldı
Leyla Abdullayeva: "Paşinyan getsə belə razılaşma dəyişməyəcək”
Sabirabadın baş həkimi COVİD-ə yoluxanlardan pul tələb edir? İDDİA
Paşinyan Hərbi Sənaye Komitəsinin sədrini işdən çıxardı
Tanınmış seysmoloq: "Böyük zəlzələ fəlakəti ilə qarşılaşa bilərik"
MN “Düşmən yalan məlumatlar yaymaqla öz xalqını sakitləşdirir”
Təcili yardım maşını piyadanı vuraraq öldürdü
İntim videosu yayılan direktorla bağlı yeni detallar -
Cəlil Nəzərovla Eşqin Əliyevi kim(lər) və niyə tutdurub? -
{sape_links}{sape_article}