Son dəqiqə
17-09-2021, 15:34
2297

Milli Məclisin Gənclər və idman komitəsinin iclası keçirilib

Milli Məclisin Gənclər və idman komitəsinin iclası keçirilib


Bu gün Milli Məclisin Gənclər və idman komitəsinin payız sessiyasında onlayn formatda ilk iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən XəbərTv.info-ya verilən məlumata görə, Milli Məclis sədrinin müavini, komitənin sədri Adil Əliyev bildirib ki, gündəliyə ötən müddət ərzində komitənin fəaliyyəti ilə bağlı hesabat və qarşıdakı sessiyanın iş planı daxil edilib.

Sonra Adil Əliyev komitənin 2021-ci il payız sessiyası üçün iş planı barədə məlumat verib. Bildirilib ki, qarşıdakı sessiyada qanunvericilik təşəbbüsü qaydasında, habelə bəzi qanunlarda dəyişikliklərin edilməsi ilə bağlı təqdim edilən layihələrə baxılacaq, “Bədən tərbiyəsi və idman haqqında”, “Gənclər siyasəti haqqında” və bir sıra digər qanun layihələri müzakirə olunacaq.

Qeyd edilib ki, bu sessiyada müxtəlif tədbirlərin keçirilməsi də nəzərdə tutulub. Belə ki, cari ilin “Nizami Gəncəvi ili” elan edilməsi ilə bağlı maarifləndirmə işinin təşkilində, “Yaşatmaq yaşamaq kimi gözəldir” aksiyasının, “Vətənpərvər məktəblilər” layihəsinin həyata keçirilməsində komitə üzvləri fəal iştirak edəcəklər.

Çıxış edən komitə sədrinin müavini Şahin İsmayılov, deputatlardan Cavid Osmanov, Ülvi Quliyev, Könül Nurullayeva, Sevinc Hüseynova, Mahir Abbaszadə komitənin ötən sessiyalarda fəaliyyəti barədə fikirlərini bildiriblər. Millət vəkilləri ölkəmizdə gənclər siyasəti istiqamətində atılan mühüm addımlardan, reallaşan dövlət proqramlarından bəhs ediblər, gənclərin sağlam, savadlı, vətənpərvər yetişməsi üçün onlara yaradılmış şəraitdən söhbət açıblar və bir sıra təkliflər səsləndiriblər.

Onlayn iclasda komitə üzvləri Elnur Allahverdiyev, Müşfiq Cəfərov, Jalə Əhmədova, Etibar Əliyev, Ramil Həsən, Vüqar İskəndərov, Cəbi Quliyev iştirak ediblər.


Digər xəbərlər

Növbəti "Əhməd" olayı: 24 yaşlı oğul ailə üzvlərini öldürdü
Bakıda intensiv yağış yağacaq
SON DƏQİQƏ: Rusiyanın döyüş gəmiləri İstanbul boğazına girdi
Nazilə Səfərli oğlunun toyuna gəlməyən sənətçiləri hədələdi - VİDEO
Banklar bu səbəbdən dollar satışını dayandırdı - “Elman Rüstəmovun isə heç vecinə də deyil...”
Gürcüstanda komendant saatı elan olundu
Hansı hallarda kirayəyə ev verənləri ağır cəza gözləyir? – VİDEO
50 gün idi itkin düşən gənc şəhid kimi qayıtdı
Qarabağda döyüşən livanlı muzdlu terrorçunun məhkəməsi keçirilir
Nazir Ceyhun Bayramov Azərbaycanın xaricdəki diplomatik nümayəndəlik və konsulluqlarının rəhbərləri ilə görüşüb
Cəlilabadın sabiq icra başçısının ittihamları məlum oldu
Ən güclü orduları olan ölkələr açıqlandı
Bolqarıstan mətbuatı İlham Əliyevin “CNN Türk” telekanalına müsahibəsini geniş işıqlandırıb
Hüseynbala Mirələmovun vəzifəsi xanıma həvalə olundu
Deputatın qardaşı oğlu HƏDƏFƏ ÇEVRİLİR... - ÇÜNKİ...
FHN metroda təlim keçirib - Video
İbrahimoviç "Milan"a qayıtdı
Millimiz İspaniyaya qarşı
Naməlum biznesmenlər Türkiyə-Ermənistan sərhədində torpaqları beşqat baha qiymətə alır
Üç yaşlı uşağı oğurlayan qadına hökm oxundu
Rusiya Qarabağ müharibəsindən nəticə çıxarıb PUA-larla silahlanacaq
İFLİC DURUMUNA DÜŞƏN SƏHİYYƏMİZ... - Bu dəfə baş redaktor NARAZILIQ EDİR
Azərbaycanda bahalaşmanı kim yaradır? – Gömrük Komitəsi buraxılmalıdır...
Narkotik üçün maşın oğurlayan şəxs Fizuli İcra Hakimiyyətinin tenderində qalib oldu
Vilayət Eyvazov Gəncənin rəis müavinini Bakıya gətirdi
Prezident Binəli Yıldırımı qəbul etdi - Fotolar
Xocavənd istiqamətində düşmənin mövqelərinə artilleriya zərbələri endirilir - VİDEO
Azərbaycanda neçə şagird koronavirusa yoluxub?
Prezident: "Naxçıvana gedən dəmir yolunun bərpası ilə əlaqədar göstərişlər verilib"
Həftənin ilk gününün hava proqnozu
{sape_links}{sape_article}