Son dəqiqə
27-09-2021, 14:25
2479

“İran Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlik edir. Buna son qoyulmalıdır...”

“İran Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlik edir. Buna son qoyulmalıdır...”


Prezident İlham Əliyev 44 günlük müharibənin başlamasının ildönümündə Türkiyənin rəsmi “Anadolu” agentliyinə müsahibə verib. Dövlət başçısı müsahibədə İran TIR-larının və yanacaq tankerlərinin Qarabağa qanunsuz yükdaşımaları ilə bağlı ilk dəfə danışıb, Tehrana xəbərdarlıq edib.

“İran TIR-larının qanunsuz olaraq Qarabağ bölgəsinə getməsi birinci dəfə baş vermir. Bu, işğal dövründə də dəfələrlə olan hadisələrdir. Bu TIR-lar müntəzəm olaraq ora gedirdi. Bizim məlumatımız var idi. Ancaq indiki qədər dəqiq məlumat əlbəttə ki, yox idi”,-İlham Əliyev deyib.

Dövlət başçısı qeyd edib ki, bununla bağlı İran tərəfinə diplomatik kanallarla narazılıq bildirilsə də proses davam edirdi.İlham Əliyev baş verənləri İran tərəfinin Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizliyi adlandırıb.

Sitat:

-Bunu nəzərə alaraq biz müxtəlif kanallarla İran tərəfinə narazılığımızı ifadə edirdik. Amma bu proses davam edirdi. Müharibə başa çatandan sonra artıq Laçın dəhlizi bizim gözümüzün önündədir. Bizim hərbi mövqelərimizdən Xankəndinə gedən yola məsafə bəlkə də 5-6 metrdir. Biz Laçın dəhlizi boyunca, o cümlədən, Şuşa ətrafında və digər yerlərdə kifayət qədər texniki imkanlara malikik. Kameralar var. Peykdən istifadə edirik, dronlardan istifadə edirik.

Biz yenə gördük ki, bu TIR-lar müharibədən sonra da ora getməyə davam edir. Belə olan halda mən Prezident Administrasiyasının əməkdaşlarına göstəriş verdim ki, İranın Azərbaycandakı səfiri ilə danışsınlar. Biz bunu rəsmiyyətə salmaq istəmirik. Dostcasına danışsınlar və desinlər ki, buna son qoyulmalıdır. Bu bizə qarşı hörmətsizlikdir. Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlikdir, buna son qoyulmalıdır.




Bu söhbət, səhv etmirəmsə, iyul ayında oldu. Ondan sonra biz təbii ki, bunu izləməyə başladıq, hər ayın sonunda bizdə məlumat toplanır, neçə TIR girdi, neçəsi çıxdı, nə gətirdi, nə apardı. Onların nömrə nişanlarına qədər bütün məlumatlar bizdə var. Bunlar mətbuatda dərc olundu. Amma sonra nə etdilər? İran TIR-larına Ermənistan nömrələri yapışdırmağa başladılar. Bu cür saxtakarlığa əl atdılar, bizi aldatmağa çalışdılar. Elə bacarıqsız iş gördülər ki, maşının üstündəki tankerdə farsca yazılar var, aşağısında erməni nömrə nişanları. Onu da bildirim ki, eyni nömrə nişanlarını bir neçə maşının üstünə də yapışdırırdılar. Bu iş o qədər nizamsız görüldü ki. Bu da onu göstərir ki, bu işi davam etdirmək, amma pərdələmək istəyirlər. Belə vəziyyətdə, bir ay keçdikdən sonra biz artıq rəsmi qaydada diplomatik nota verdik, İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət edildi. Şikayətlər ona bildirildi və bu vəziyyətə son qoyulması xahiş edildi. Bu, avqustun ortalarında baş verən hadisədir. Ümid edirdik ki, buna son qoyulacaq. Amma 11 avqust-11 sentyabr arası tarixlərdə təxminən 60-a yaxın İran TIR-ı yenə qanunsuz şəkildə Qarabağa hərəkət etdi. Bunu önləmək üçün biz artıq praktiki addımlara keçdik. Bizim davranış və addımlarımızı məsuliyyətlidir, dostluq münasibətlərinə əsaslanır. İlk dəfə şifahi xəbərdarlıq, ikinci dəfə nota, üçüncü dəfə nəzarət məntəqələri, gömrük, sərhəd postu, polis. Beləliklə, biz Azərbaycan ərazisindən keçən yola nəzarət etməyə başladıq və nəticədə Qarabağa hərəkət edən İran TIR-larının sayı sıfra endi.

Baxın, işi bu yerə gətirib çatdırmaq lazım idimi? Orada, Rusiya sülhməramlı qüvvələrinin nəzarətindəki bölgədə cəmi 25 min adam yaşayır. Bu bazar bəyəm o qədər önəmlidir? Bu ticarət dost və qardaş olaraq gördüyün ölkəyə aşkar hörmətsizlik edəcək qədər önəmlidir? Əlbəttə, biz beynəlxalq konvensiyalarla və hüquqla təsbit edilən bütün imkanlardan istifadə etdik. Bəziləri deyirlər ki, sadəcə İran maşınlarından gömrük vergisi alırsınız. Biz indi xarici ölkəyə getdiyimizdə gömrük vergisi ödəyirikmi, ödəyirik. Onlar da Azərbaycan torpaqlarından istifadə edirsə vergi verməlidir.

XəbərTv.info

Digər xəbərlər

BNA: Metrostansiyalar boyunca xüsusi ekspress marşrutlar fəaliyyət göstərəcək
Azərbaycanda koronavirusun "Britaniya ştammı" aşkarlanıb - RƏSMİ
Məşhur məmur qudaların “aprel gedişi” - Rüstəmov və Əhmədzadə haqda maraqlı faktlar
Azərbaycanda kəskin bahalaşma baş verə bilər - AÇIQLAMA
"Unibank"dan ölkə rəhbərliyinə şikayət olundu - "...başqa yolum qalmayıb"
Gürcüstanda fövqəladə vəziyyət mayın 22-dək uzadılıb
Özünə başdaşı düzəltdirən kişi həmin daşla küçəni gəzdi - FOTO
Gəmi yanğınında yaralananlardan biri dünyasını dəyişdi
Elmar Vəliyev bu yolla canını qurtarmağa çalışır — Guya anlaqsızdır, heç kimi tanımır…
Bitkiləri məhv edən kimlərdir? VİDEONU SİZLƏRƏ TƏQDİM EDİRİK
Ət məhsullarını alarkən bunlara diqqət yetirmək lazımdır - TÖVSİYƏ
Düşmən Tərtər və Ağdamdakı yaşayış məntəqələrini atəşə tutur
Özünü vəzifəli şəxs kimi təqdim edən dələduz həbs edildi
Vətəndaşlarımız ötən ay ən çox hansı ölkələrə gedib?
Sakinlər “Olympus Park” tikinti şirkəti üzündən yolu bağladılar, obyekti yandırmağa cəhd etdilər – VİDEO
Bilmədən oğruya kömək etdilər -
İlham Əliyev: Bu gün bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır
Prezident: "44 gün ərzində bir gün də olmadı ki, biz haradasa geriyə çəkilək"
Tovuzun iki kəndində erməni hərbçilərinin atdığı top mərmilərinin qalıqları aşkarlanıb
Bakıda aptek müdirinin asılmış meyiti tapıldı
İlham Əliyev Binəli Yıldırımı qəbul edib
Qonşusunun 12 yaşlı qızına əxlaqsızlıq edəni doğulduğuna peşman etdilər - VİDEO
Deputat: “Baxaq görək ki, Prezident məmurları hansı formada cəzalandıracaq”
Metronun açılması ilə bağlı məlumatlara - Rəsmi münasibət
Bu rayonlara yeni polis rəisləri TƏYİN EDİLDİ
ABŞ alimlərindən ŞOK: İnsan öləndən sonra…
Pompeo Rusiyanı ABŞ-ın düşməni adlandırdı
“Azərişıq”dan inanılmaz tender maxinasiyası
Son çempion "Liverpul"dan biabırçı məğlubiyyət: 7 top buraxdı
İlham Əliyev Xalq artistinə mənzil hədiyyə etdi
{sape_links}{sape_article}