Son dəqiqə
20-12-2021, 18:37
898

"Sonra dedi ki, pulu tezləşdir, pul baş həkimə çatmalıdır" - MƏHKƏMƏ

"Sonra dedi ki, pulu tezləşdir, pul baş həkimə çatmalıdır" -


Bakı Ağır Cinayətlər Məhkəməsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin Modul Tipli Hospitalının həbsdə olan sabiq baş həkimi İmran Ağayev, müəssisənin vəzifəli şəxsləri olan Rüfət Vəlizadə, Taleh İmanlı və Qulu Orucovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən Günel Abbasova bildirib ki, Taleh İmanlı vasitəsilə 2 xəstənin Zığ hospitalında yerləşdirilməsində vasitəçilik edib.

"Mən "Medikal" klinikasında həkim işləyirdim. Talehə zəng vurub dedim ki, 2 nəfər xəstə var, onu yerləşdirmək lazımdır. Dedi ki, problem deyil. Əvvəlcə Azər Həsənov adlı xəstəni gecə ora yerləşdirdik. Taleh məndən 3500 manat istədi. Pul çox olduğuna görə vaxt istədim. 500 verdim. Sonra dedi ki, pulu tezləşdir, çünki məni də burada incidirlər, pul baş həkimə çatmalıdır. İkinci pasiyent Rasim İsmayılovu yerləşdirmək istəyəndə dedi ki, 1-cinin pulunu mütləq gətir, yoxsa alınmayacaq. Bir gün qabaq 3 min manat verdim. Açığı, sonradan xəbər tutdum ki, Azər Həsənov dünyasını dəyişib. İkinci pasiyentə görə Talehlə danışdım. Bu adam tanışımın tanışı olduğuna görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə zəng edib onları məlumatlandırdım. 3 min manatı vermək istəyəndə idarə əməkdaşları əməliyyat keçirdi," - deyə şahid bildirib.

Proses yanvarın 17-nə təyin edilib.

Qeyd edək ki, istintaq zamanı İmran Ağayevin həmin vəzifədə işləyərkən müəssisənin vəzifəli şəxsləri olan Rüfət Vəlizadə, Taleh İmanlı və Qulu Orucov ilə qabaqcadan əlbir olaraq hospitalın “VİP korpus”larına yerləşdirilərək daha yüksək səviyyəli tibbi və sair təminatla təchiz edilməsi müqabilində 6 nəfər şəxsdən ümumilikdə 10 min 500 manat pul vəsaitini almasına, həmçinin yenidən əmək müqaviləsinin bağlanması yolu ilə həmin müəssisədə fəaliyyətlərini davam etdirmələrinə görə hospitalın ayrı-ayrı əməkdaşlarından cəmi 5 min manat məbləğində pul vəsaitini rüşvət qismində istəməsinə əsaslı şübhələr müəyyən edilib.

İmran Ağayevin fasiləsiz şəkildə müəssisəyə qəbul olunmalarına dair görüntü yaratmaqla COVID-19 pandemiyasından əziyyət çəkən 140 nəfər xəstənin özünün təsisçisi və direktoru olduğu “Medi Style” MMC-nə məxsus Təcili Tibbi Yardım avtomobilləri vasitəsi ilə Modul Tipli Hospitala aparılması müqabilində həmin şəxslərdən xidmət haqqı qismində ümumilikdə cəmi 51 min 600 manat məbləğdə pul vəsaitini almasına əsaslı şübhələr müəyyən edilib.

Həmçinin, İmran Ağayevin müxtəlif tarixlərdə verdiyi COVID-19 test nəticəsi pozitiv çıxmış Rüfət Vəlizadənin (müəssisənin vəzifəli şəxsi) mütəmadi olaraq sərbəst şəkildə tibb müəssisəsinin inzibati binasını tərk edərək sərbəst şəraitdə hərəkət etməsinə şərait yaratmasına, həmin hərəkətləri ilə epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimi qaydalarını pozaraq xəstəliyin yayılması ilə bağlı ağır nəticələrə səbəb olan real təhlükə yaratmasına əsaslı şübhələr müəyyən edilib.İş üzrə toplanan sübutlar əsasında

İmran Ağayev və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 139-1.2 (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması ağır nəticələrə səbəb olduqda), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 311.3.1, 311.3.2 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar törədildikdə) maddələri ilə yekun ittiham elan edilib.//dia.az

XəbərTv.info

Digər xəbərlər

Tanınmış psixiatr koronavirusdan öldü
Yollar açıldı, hotellərdə isə yer yoxdur
Bakıda taksilərdə koronavirusun yayılmasının qarşısı belə alınacaq
Azərbaycan və Qırğızıstan prezidentlərinin təkbətək görüşü başladı
Karantinə görə bağlanmış bu məktəb açılır
DİN-dən açıqlama
Bu gündən bütün ölkə icbari tibbi sığortaya keçir
Azərbaycan ordusu mülki əhalini atəşə tutmur
Mirdaməd Sadıqov “Şöhrət” ordeni ilə təltif edilib
Gəncədə son hadisələr zamanı ölənlərin sayı artıb
Ferma sahibi çobanı armud gətirməyə göndərdi, arvadını... - AZƏRBAYCANDA ŞOK OLAY
Məzənnə açıqlandı
Prezident: “İldə 7 mindən 10 minədək ailəni köçürə biləcəyik”
Bülbülün anadan olmasının 125-ci ilidir
Suriyanın Xarici İşlər naziri vəfat etdi
Ermənilər əsirlikdə olan Aminin FOTOSUNU yaydılar
FHN Xaçmazdakı yanğınla bağlı məlumat yayıb -
Psixoloq: Valideynlər uşaqların mobil cihazlardan istifadəsinə məhdudiyyət qoymalıdır
Azərbaycan vətəndaşları neçə ölkəyə vizasız gedə bilər?
Məşhur klubun adı və loqosu dəyişdirilir
Azərbaycanın dünyada internetin sürətinə görə reytinqi açıqlandı
Xəbəri olmadan evinə 17 nəfər qeydiyyata düşüb
Prezidentdən qurumlara “şəffaf işləyin” xəbərdarlığı - ŞƏRH
Milli Məclisin iclası başlayıb
Komandan: "Düşməni Xankəndidən Şuşa istiqamətində “zapravka” deyilən ərazidə darmadağın etdik"
Konfrans Liqası: Musa Qurbanlı İsveç klubunun start heyətində
Azərbaycanın Rusiyadakı səfirliyindən açıqlama
Leyla Abdullayeva: "Paşinyan getsə belə razılaşma dəyişməyəcək”
İlham Əliyev və Vladimir Putin Bəyannamə imzalayacaq
Bakı metrosu 15 fevralda açıqlacaq?
{sape_links}{sape_article}