Son dəqiqə
6-02-2022, 09:12
209

Müharibə fevralın ortalarında başlayacaq?

Müharibə fevralın ortalarında başlayacaq?

Kreml Ukraynaya gözlənilən müdaxilə ərəfəsində Qərbə xəbərdarlıq etmək üçün “nüvə dəyənəyini” də istifadə etmək niyyətindədir. Bu barədə “The Financial Times” qəzetinin məqaləsində deyilir.

Belə ki, Rusiya özünün strateji nüvə qüvvələrinin hər il keçirilən təlimlərinin vaxtını bu il dəyişdiib və həmin təlimləri fevral ayına təyin edib. Nüvə qüvvələrinin manevrləri NATO və ABŞ-a Moskvanın Ukraynaya hücum edəcəyi təqdirsə situasiyaya qarışmamaq barədə xəbərdarlıq qismində istifadə ediləcək.

ABŞ Silahlı Qüvvələrinin Birləşmiş qərargah rəisləri komitəsinin sədri, general Mark Milli və ABŞ kəşfiyyatının rəhbəri Evril Heyns bildirirlər ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi fevralın ortalarında başlaya bilər. Bir qayda olaraq Rusiya qitələrarası ballistik nüvə raketlərini tətbiq etməklə nüvə qüvvələrinin təlimlərini payızda keçirir. Amma bu il təlimlər fevral ayına keçirilib. ABŞ hesab edir ki, Rusiya prezidenti Vladimir Putin bu yolla “əzələ oynadır”, ABŞ-ı və Şimali Atlantika alyansını xəbərdar edir ki, Ukrayna ətrafındakı situasiyaya qarışmaq niyyətinə düşməsinlər.

Qəzetin yazdığına görə, bu arada Rusiya Ukayna sərhədləri boyu qoşun cəmləşdirməyi də davam etdirir. Bir neçə gün əvvəl sərhədə 1200-2100 arası Rusiya xüsusi təyinatlıları yerləşdirilib.


Hazırda Ukrayna boyu cəmləşdirilmiş qoşunların ümumi sayı 100 min nəfərdən çoxdur. Amerikalı analitiklərin fikrincə, bu qruplaşma tammiqyaslı hücum əməliyyatları üçün zəruri olan qoşunların ümumi sayının 70 faizini təşkil edir. Lakin fevralın ortalarında Rusiya qoşunların konsentrasiyasını sürətlə artıra və hücum üçün zəruri qüvvələrin hamısını cəmləşmə rayonlarına yerləşdirə bilər.

Rusiya isə Ukraynaya hücum niyyətinin olduğunu təkzib edir. Məsələn, Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bildirib ki, Moskvanın belə niyyəti yoxdur. “Rusiya heç kimə hücum etməyə hazırlaşmır, bu bizim maraqlarımıza cavab vermir və sərfəli deyil”,-səfir bildirib. O, Ukraynaya qarşı gözlənilən Rusiya təcavüzü barədə deyilənləri “boş söhbət” və “illüziya” adlandırıb/virtualaz.org/

Digər xəbərlər

“Space”nin yeni rəhbəri kim olacaq?
Bakı meriyasının yeni Aparat rəhbəri kimdir? -
Xudavəng monastrına gəlmək istəyən ermənilər geri qaytarıldı - Artıq ruslar Qarabağda istədiklərini edə bilmirlər
Cəbrayıl sakini minaya düşdü
DOST İş Mərkəzinin direktoru da ön cəbhədə döyüşüb
Rafael Dadaşov dəfn edildi
Azərbaycanda siqaretlərin yeni qiymətləri - SİYAHI
Vüsalın şəkli vurulan “Topçu” arağı müzakirə yaratdı - FOTO
İlham Əliyev Təhlükəsizlik Şurasının iclasını çağırdı
Deputat Jalə Əliyevaya güvənib örüş sahəmizi zəbt ediblər... - VİDEO
Bu gün AÇ-də ilk finalçının adına aydınlıq gətiriləcək
Uzadılmış ali təhsil proqramları üzrə tələbələr üçün tələblər məlum olub
İranda dul qadına təcavüz etmək istəyən Bəsic komandirinə yüksək vəzifə verilib
Erməni rəsmilərin Qarabağa səfərlərinə Rusiyadan münasibət
Azərbaycanda daha 2610 nəfər COVID-19-dan sağalıb, 39 nəfər vəfat edib
"Qapı-qapı salıb SÜRÜNDÜRÜRLƏR QAZİLƏRİ, SAYMIRLAR" - VİDEO
Xəstəxana direktoru ÖZBAŞINA QALIB...
Bərdə sakini tank əleyhinə minaya düşdü
Həyət evlərinin satışında yaranan durğunluğun səbəbi nədir? (VİDEO)
"AAAF Park"da intihar hadisəsi olub
İsmayıllıda Qarabağ Qazisinə BİABIRÇI MÜNASİBƏT... - VİDEO
Xırdalanda avtomobil yollarının təmirinə 3,9 milyon manat ayrıldı
Anar Eyvazov: “Düşmənin 30 il ərzində qurduğu istehkamlar dağıdılıb”
Çingiz Əsədullayev niyə həbs olunmur?
Teymur Rəcəbov “Opera Euro Rapid” turnirinin ikinci günündə də məğlub olmayıb
Kürdəmirdə 2 il əvvəl qətl törədən şəxs həbs edildi
Bu tarixdən hava yenidən dəyişir
Ermənistan rəhbərliyi Xankəndi və Şuşa sakinlərini şəhərləri tərk etməyə çağırıb
“Ərimə yaxın dostu ilə xəyanətimi dedim” - Sofiyevanın ziddiyətli ifadələri
Respublikanski”də həkimlər və tibb bacıları şərlənərək işdən uzaqlaşdırılırlar
{sape_links}{sape_article}