Son dəqiqə
Ölkə
20-11-2020, 16:21
3 645
DOST İş Mərkəzinin direktoru da ön cəbhədə döyüşüb
Vətən müharibəsində şərəfli döyüş yolu keçən qəhrəmanlarımız sırasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İş Mərkəzinin direktoru Firudin Cəbrayılov da var.
Prezident, Ali Baş Komandan İlham Əliyevin 28 sentyabr 2020-ci il tarixli Sərəncamına uyğun olaraq, o da ehtiyatda olan zabit kimi səfərbərlik çərçivəsində ordu sıralarına qoşulub, uğurlu hərbi əməliyyatlarında iştirak edib.
Ümumilikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində müxtəlif vəzifələrdə çalışan 81 əməkdaş tarixi qələbəmizin əldə olunmasında fəal iştirak edib.
XeberTv.info