Son dəqiqə
16-08-2023, 16:46
275

Ələddinin SEHİRLİ YEYİNTİSİ...

Ələddinin SEHİRLİ YEYİNTİSİ...
Bu ilin mart ayında Dövlət Neft Şirkətinin (SOCAR) Nəqliyyat idarəsinin rəisi Elçin Zülfüqarov vəzifəsindən azad ediləndə işçilərdə ümid yarandı ki, aparılan kadr islahatları əliqabarlı neftçilərin marağına cavab verəcək. Amma aydın oldu ki, Elçin Zülfüqarovun yerinə gətirilən Ələddin Məmmədov da elə köhnə üsullarla işləməkdən savayı ayrı bir yol tanımır. Yenə də köhnə hamam, köhnə tas...
DİA.AZ qeyd edir ki, məhz bu səbəbdən sözügedən idarədəki özbaşınalıqlarla bağlı yerli KİV-dən gileylər səngimir.

Belə bir növbəti gileyi Neftçilərin Hüquqularının Müdafiəsi Təşkilatının sədri, tanınmıhüquq müdafiəçisi Mirvari Qəhrəmanlı təqdim edib. DİA.AZ olaraq xatırladaq ki, aşağıda toxunulan məsələ ilə bağlı bir dəfə material təqdim etmişdik...

YAZISI BURADA: İşçilərin ezamiyə pulunu kəsirlər... - AXI NİYƏ?!

O zaman SOCAR Kompleks Qazma İşləri Trestinin rəisi Pirim İsayevin işçilərin ezamiyə pulunu cibişdanına ötürməsi faktını işıqlandırmışdıq. Bu dəfə isə bir neçə ünvanda yeyinti faktı var...

Mirvari Qəhrəmanlı yazır: " "Ezamiyyə xərcləri" siyasəti şirkətin bir neçə strukturunda müşahidə olunur.Yoxlanılmasına ciddi ehtiyac duyulur.Bilmək istərdim, bu siyasətdən korrupsiya ,yaxud qeyri peşəkarlıq iyi gəlir?
Ezamiyyə xərclərini işçiyə cibinizdən ödəyirsiniz ki,cənab müdir?
SOCAR nəqliyyat idarəsinin Ələddin Məmmədov ezamiyyətə göndərdiyi işçilərin ezamiyyə xərclərini tam ödəməkdən imtina edir:
Xatırlatma! Məllim, cənab rəis və onun müavinləri!! Ezamiyyə xərci əmək haqqı deyil,elə ezamiyyə xərcidir. Neçə günlüyə göndərmisiniz,o qədər də günün pulunu ödəməlisiniz. Savadınıza sizi o vəzifəyə təyin edənlər quzu kəssin elə!
Cənab rəis qanun deyir ki:
-Ezamiyyə barədə əmri olan işçinin nəzərdə tutulan ezamiyyə yerinə gedib-qayıtması, bu barədə ezamiyyə vərəqində müvafiq qeydin edilməsi, möhürlə təsdiq edilməsi, xidməti tapşırığı yerinə yetirməsi, həmin İşçinin ezamiyyədə olmasını təsdiq edir, ona əmək haqqının və ezamiyyə xərclərinin AR Nazirlər Kabinetinin qərarında nəzərdə tutulan qaydada ezamiyyə pulu alma hüququ verir.
Şikayət:
- Deməli biz aylıq bölgələrə ezam olunuruq. Azəriqazin və ya digər təşkilatların sifarişi ilə. Bizim ezamiyyə xərclərimiz nəinki əvvəlcədən ödənilir, hətta növbəti ayın ortqlarına qədər uzadılır. Uzadılmaqla yanaşı ezamiyyə xərclərimizdən əsassız vəsait tutulur. Guya ezamiyyətdə həftə sonları işləmirik deyə. Amma Bizə verilən Ezamiyyə vərəqində 30 gün qeyd olunur odəniş isə 22-23 günün ödənişi olunur. Mühasibatlığdan da heç bir açıqlama vermirlər.
-SOCAR nəqliyyat idarəsinin 2 saylı texnoloji nəqliyyat Departamentinin yeni teyin olunmuş iqtisadiyyat uzre muavini bizlerin pulunu kesir. 31 günlük ezamiyyətə gedirik . Bazar gunlerini kesir vermir.Deyir men bele isteyirem kesirem. Aciz durumdayiq . Bu istide neqliyyat vasitelerinde hec bir soyutma sistemi olmadan yuk maşinlarini idare edirik gun erzinde 10 -15 man suya pul veririk neticede bizim ezamiyye xercini kesirler . Ezamiyyete Azeriqaz IB butun rayonlarda qaz ceklishlerini heyata keciririk. ezamiyyet muddeti ayin teqvimininine gore 1 ay muddetine nəzərdə tutulur.
Cənab rəis, və qaraj müdirləri! Qanun onu da xatırladır ki:
-Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinə əsasən İşçinin: ezamiyyə xərclərinin, məzuniyyət və əmək haqlarının-qanunvericiliklə nəzərdə qaydada ödənilməsində tutulmuş müavinət və digər ödənişlərin ödənilməsində qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər 700 manatdan - 1500 manatadək məbləğdə cərimə edilir.
Sonda: Cənab vəzifə sahibləri!İşçinin ezamiyyə pulundan qeyri qanuni tutduöunuz vəsaitlərin sonrakı taleyi necə olur..."

Məsələ ilə bağlı olaraq bütün əlaqədar qurum və şəxslərin mövqelərini işıqlandırmağa hazırıq...

XəbərTv.info

Digər xəbərlər

Ərdoğan: “Baydenlə bizimki alınmır, gedişat heç xeyrə əlamət deyil...”
İlham Əliyev yol tikintisinə beş milyon manat ayırdı - SƏRƏNCAM
İcra başçısından açıqlama: “Üç gün sonra yenə yanğın oldu”
Kabil hava limanında silahlı toqquşma
ADIF ləğv prosesində olan banklara borcu olanlara müraciət edib
Kolbasa buraxan sexin sahibinin oğlu: -
Mövlud Çavuşoğlu: “Ermənistanı ağlını başına yığmağa çağırıram” - FOTO
Bakıda hovuza düşən iki azyaşlının meyiti tapılaraq təhvil verilib
İlham Əliyev 15 İyun münasibətilə paylaşım edib – FOTO
Laçın Məmmədovu güllələyən "Lotu Quli"nin adamı saxlanıldı — VİDEO
Qəzaya düşən Milli Qəhrəmanımızın vəziyyəti ağırdır
Azərbaycanda mətbuata yardım ayrıldı - SƏRƏNCAM
Ceyhun Bayramov Pakistana getdi
Paytaxt dükanlarında xarıbülbül peyda olub – AMMA NECƏ?!
Bakıda "Nəqliyyat B2B Forumu" keçirilib
Əlil övladı olan analara ŞAD XƏBƏR
Prezident naziri küçənin ortasında döydü - VİDEO
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 23 dəfə pozub
“Əsas ərzaqlarla bağlı yaxın dövrdə Azərbaycanda problem olmayacaq”
Xırdalan şəhərinin bir hissəsində su kəsilib
Kaktus adlı it altı gün ərzində marafon qaçışında iştirak edib
Azərbaycanda gənc oğlan maska taxıb qadınların yaşadığı evlərə basqın etdi - FOTO
Elman Rüstəmovun BANK MONOPOLİYASI...
Millimiz İspaniyaya qarşı
Harvarda qəbul olunan Nigar tanınmış komandirin qızıdır
MN: Azərbaycan Ordusunun erməni kəndlərini toplardan atəşə tutması barədə məlumatlar yalandır
Muxtar Babayevdən xəbərdarlıq: Su resurslarımız 15 faiz azalıb
Keçən il ölkədə baş vermiş yanğınları sayı açıqlandı
Şoyqu Azərbaycana nəbz yoxlamağa gəlir? - Politoloq
DYP-dən sürücülərə XƏBƏRDARLIQ
{sape_links}{sape_article}