Son dəqiqə
31-01-2020, 12:59
470

“Vurulmuş kadrlar seçki sabotajı ilə məşğuldurlar” - FOTO

“Vurulmuş kadrlar seçki sabotajı ilə məşğuldurlar” - FOTO


Müsahibimiz Ədalət partiyasının Təşkilati məsələlər üzrə sədr müavini Mütəllim Rəhimlidir. Onunla ölkədə və dünyada baş verən hadisələr barədə danışmağı hədəfləsək də, söhbətimiz hərlənib-fırlanıb seçkilərə gəldir.

Xatırladaq ki, Mütəllim bəy həm də 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən deputatlığa namizəddir. M.Rəhimlinin Ovqat.com-a müsahibəsini təqdim edirik:

- Mütəllim bəy, müsəlman Şərqində başlayan və getdikcə əhatə dairəsini genişləndirərək dövlətləri sarsıdan və proseslərin ölkəmizə təsirləri ola bilərmi? Konkret desək, bizim ölkəni belə tale gözləyirmi?

- Dünya dəyişməkdədi. Bunun nəticəsinin yaxşı, yoxsa pismi olacağını söyləmək çətindi. Amma dünyanın zəka sahibləri deyirlər ki, nə baş verirsə yaxşlığa olur. Məsələ bundandır ki, biz baş verənləri dəyişdirmək və ya özümüzdən uzaqlaşdırmaq gücündə deyilik. Lakin bu cür mənfi tendensiyaların təsirini azalda bilərik. Bu da yeniləşmə, modern dünya şərtlərinə ayaqlaşmaqla mümkündür. Köhnə təfəkkür sahibləri enerjili, çevik, müstəqil fikri olan və tapşırıq gözləmədən iş görən ləyaqətli kadrlarla əvəz olunmalıdır. Əgər hamı bir nəfərdən göstəriş gözləyib sonra hərəkətə keçəcəksə, deməli, sonda məsuliyyət də o bir nəfərin üzərində qalır. Bizim ölkədəki məmurlar məsuliyyəti deyil, yalnız səlahiyyəti bölüşmək arzusundadırlar.

- Görünür, ölkədə bəzi dəyişikliklərə getmək zərurəti yaranıb. Bir çox köhnə kadrlar işdən uzaqlaşdırılır, dövlət mexanizmi sadələşdirilir. Bütün bunları islahat adlandırmaq mümkündürmü?

- “Dədə Qorqud” filmində belə bir epizod var: Uşaq anadan olan kimi ona ad vermirdilər. Böyüyüb, qəhrəmanlıqlar göstərdikdən sonra etdiyi əmələ görə ad qazanırdı. Yüzillərlə türk törəsinin ən gözəl xüsusiyyəti olan bu ənənənin dərin bir fəlsəfi tərəfi mövcuddur. Babalarımız bu ənənə ilə demək istəyirdilər ki, ən dəyərli varidatına belə öncədən ad qoyma. Onun ərsəyə gəlib kimə və ya nəyə çevrildiyini gözlə, mahiyyətinə uyğun olaraq da adlandır. Məncə, biz də ölkəmizdə gedən proseslərin də islahatmı, sadəcə adi bir kadr dəyişikliyimi olduğunu proses tamamlanandan sonra qiymətləndirməliyik. Əks halda sadəcə bir neçə əlamətinə görə ona tam qiymətini verəmək yanıldıcı ola bilər.

Buna baxmayaraq, Azərbaycanın ciddi bir dəyişikliyə ehtiyac duyduğu və bunun artıq zərurətə çevrildiyi də ortadadır. Çünki dəyişməyən ictimai neqativliklər sonda yığışıb dağıdıcı gücə çevrilir. Bu baxımdan onun daim yeniləşdirməliyik. Müasir cəmiyyətlər bunu təbii seçmə qanununa buraxır. Vətəndaşlar gedir, hər 4 ildən, 5 ildən bir namizədlər səs verir. Xalqın rəğbətini qazanan siyasi qruplar hakimiyyətə gəlir. Bizdə isə onillərlə dəyişilməyən iqtidar mövcuddur. Bəzi iri məmurlar gənc yaşda oturduqları kreslodan yalnız qəbr evinə gedəndə ayrılırlar. Sözsüz ki, belə cəmiyyətlər özünü yeniləyə bilməzlər. Bu cür cəmiyyətlərdə yuxarıdan başlayan dəyişiklik prosesi də asan getmir. Bunun ən bariz nümunəsini elə öz ətrafımızda görə bilərik. Məndə olan məlumatlara görə, bəzi şəxslər vəzifədən uzaqlaşdırlsa da, onların idarəetməyə təsirləri hələ də qalmaqdadır. Çünki onların dayaqları hələ də müxtəlif vəzifələrdə təmsil olunurlar. Bunlar xüsusilə kadr məsələlərinə, yuxarıdan verilən tapşırıqların aşağılara çatdırılmasına və yuxarıların qərarlarının qəbulu prosesinə təsir göstərməyə çalışırlar. Başqa sözlə desək, bu kiflənmiş məmurlar öz xislətlərindən əl çəkmək niyyətində deyillər.

-İstərdim ki, ümumi sözlərlə kifayətlənməyək, konkret faktlardan danışaq.

- Konkret faktlardan danışmaq istəsək, onda gərək şəxsən qarşılaşdığımız hadisələri gündəmə gətirək. “Onda da insanlar öz problemindən danışır”, deyərlər. Amma o da var ki, bu gün hamımızın qarşılaşdığı problemlər təxminən eynidir. Deməli, bizim problem təkcə şəxsi deyil, həm də milli problemdir. Ona görə də seçki prosesində qarşılaşdığım bəzi çatışmazlıqları dilə gətirmək istəyirəm. Bilirsiniz ki, cənab İlham Əliyevin siyasi islahatlar vədindən sonra cəmiyyətimizdə çox insanda parlament seçkilərinin demokratik keçiriləcəyinə əminlik yarandı və iddialı bir çox insanlar namizədliklərini irəli sürdülər. Azərbaycanın gələcəyinə ümidlə baxanlardan biri də mənəm və mən də 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən namizəd kimi seçkilərə qatıldım. İndisə əldə etdiyim dəqiq məlumatlara görə, bu dairədə icra strukturları seçkiləri saxtalaşdırmağa qəraq veriblər. Seçki dairəsində yerli məmurlar ikibaşlı oyun oynayır, özünü buraxan Milli Məclisin deputatı Ülviyyə Ağayevanın xeyirinə bəzi məmurlar qanunsuz olaraq lobbiçilik edirlər. Halbuki Prezident bəyan edib ki, bu dəfəki seçkilər azad və demokratik keçirilməli və xalqın iradəsini ifadə etməlidir.

- Konkret olaraq nə baş verdiyini deyə bilərsinizmi?

- Biz bilirik ki, Ülviyyə Ağayeva 2015-ci ildə o vaxt Prezident Administarsiyasının rəhbəri olan Ramiz Mehdiyev tərəfindən göndərilmişdi. Hətta DSK-da qeydiyyat üçün onu sonradan AMEA-nın Ədəbiyyat İnstitutuna işə “düzəltdilər”. Halbiki bu adam Ramiz Mehdiyevin yanında işləyirdi. Bölgədə tanınmayan bu şəxsi qol gücünə deputat etdilər. İndi Ülviyyə Ağayeva yenidən ortaya çıxıb ki, bu dəfə də deputat olsun. Seçicilər də ondan soruşurlar ki, axı sən 5 ildə bir dəfə də gəlməyibsən, səni görməmişik, indi xeyir ola!? Bu da görün, hansı eyforiya vəziyyətindədi, deyir ki, siz səs versəniz də, verməsəniz də, mən deputat olacam. Seçicilərin üsyanından sonra himayəçisi olan icra başçısının yanına şikayətə qaçır. İndi tapşırıq veriblər ki, görüşə gələn adamlar sual verməsin. Yaxud da görüş qapalı məkanlarda keçirilsin.
“Vurulmuş kadrlar seçki sabotajı ilə məşğuldurlar” - FOTO

Şəkildə: Qazaxın Xanlıqlar İƏD üzrə nümayəndəsi Xasay Balayev Ülviyyə Ağayevaya lobbiçilik edir

- Yeri gəlmişkən seçicilər tətəfindən Ülviyyə Ağayevanın qovulması barədə məlumatlar yayılır. Bu nə dərəcədə doğrudur?

- Ülviyyə Ağayeva 106 saylı dairənin ərazisində hansı kəndə gedirsə onu ittihamla qarşılayırlar. Ona görə də indi icra nümayəndələrinə və bələdiyyələrə göstəriş veriblər ki, onun görüşləri qapalı şəraitdə keçirilsin. DSK-nın namizədlərə təqdim etdiyi rəsmi sənəddə göstərilir ki, dairə ərazisinə daxil olan rayonların hər birində qapalı və açıq görüşlərin keçirilməsi üçün 1 yer ayırılır. Amma bu adam necə olur ki, kəndlərə gedir və orada qapalı məkanlarda görüş keçirir? Ülviyyə Ağayevanın son görüşləri seçki məntəqələrinin binalarında olub. Bunu da özü facebbok səhifəsində yayır. Yəni tapşırıqla qanunsuz məkanda görüş keçirdiyini özü təsdiq edir.

Köçəsgər kəndində seçici ona sual veirir ki, ötən 5 ildə nə iş görübsən. O da cavabında “Avropanın bütün ölkələrini gəzmişəm” deyir. Bunun səviyyəsini görürsünüzmü. O, deputatlığı kef çəkməkdə görür. Belə bir adamı yerli icra hakimiyyəti kimin göstərişi ilə müdafiə edir. Bax, həmin sifarişin arxasında duran şəxs dövlətçiliyimizə ən böyük zərbəni vurur. O ya bilərəkdən, ya da avamlığından xalqı hakimiyyətə qarşı qaldırır. Axı deputatın onsuz da elə böüyk bir səlahiyyəti yoxdu, imkan verin, heç olmasa nüfuzlu adam seçilsin.

- Bəs Ülviyyə Ağayeva kimi birinin bu cür müdafiə olunmasında məqsəd nə ola bilər?

- Görünür, vəzifədən çıxarılan məmurlar hələ də hakimiyyətdə təmsil olunan dostlarının köməyi ilə seçkilərə müdaxilə etməklə Prezidenti gözdən salmağa, istədikləri adamı deputat etməklə meydan oxumağa çalışırlar.

Mən inanmıram ki, Prezident İlham Əliyev belə bir şəxsi müdafiə etsin. Axı o çıxışında dəfələrlə deyib ki, deputatlar xalqın içinə getməlidirlər, onlarla görüşməlidirlər, dərd-sərini öyrənməlidirlər. Amma bu adam 5 ildə bir dəfə də seçicilərinin yanına getməyib, parlamentdə çıxış etməyib, çünki danışa bilmir.

Mən özümə borc bilirəm ki, mediadan Prezidentə 106 saylı dairənin seçicilərinin fikrini çatdırım. Bu onların xahişidi. Çünki Prezident medianı izlədiyini və qaldırılan problemləri həll etdiyini bəyan etmişdi. Cənab Prezident, seçicilər deyir ki, Ülviyyə Ağayevanı deputat görmək istəmirlər. Bunu hər bir kənddə onun üzünə də deyiblər.
“Vurulmuş kadrlar seçki sabotajı ilə məşğuldurlar” - FOTO

- Bəs konkret olaraq Ülviyyə Ağayevaya kimlər dəstək verir.

- Mənim araşdırmalarıma görə Ülviyyə Ağayevanı “vurulmuş” qrupla yaxın zamanlarda vəzifədən uzaqlaşdırılacaq ailəsinə və dövlətinə xəyanətkar məmurlar himayə edir. Dediyim kimi, xalq arasında nifrət doğuran bir adamı müdafiə etməklə hakimiyyətə qarşı böyük bir regionda narazılıq yaratmağa çalışırlar.

Onu müdafiə edənlər barəsində informasiyaları toplamaqda davam edirəm. Mənə xeyli məlumatlar çatdırıblar. Heyrətdoğurucu bir sxem alınır. Belə görünür ki, etibar edilən adamlar da kimlərinsə tapşırıqlarını yerinə yetirirlər və dövlətə zərər vururlar.

Həmin şəxslərə xəbərdarlıq edirəm: seçkilərdən əlinizi çəkin! Bilin ki, verdiyiniz tapşırıqlar, oynadığınız oyunların mahiyyəti sonda dövlətimizə zərbə vurur. Onları açıqlasam, aqibətiniz Ağstafanın icra başçısının sonundan yaxşı olmayacaq.

Digər xəbərlər

REAL bu dairələrdə mübarizə aparacaq - Siyahı
Nazir prorektor olan qayınatanı işdən çıxarıb, yerinə kürəkənini TƏYİN ETDİ
Ölümə səbəb olan mikroavtobus sürücüsü tutuldu
Ağdamda su hövzəsindən qadın meyiti çıxarıldı
Prezident İlham Əliyev: “Ermənistan Azərbaycana qarşı soyqırımı törədib”
Sabiq nazirin həbs müddəti üç ay uzadılıb
Samuxun icra başçısı YOLA SALINIR...
Gəncədə 24 yaşlı gənc çinar ağacından özünü asıb
İşğaldan azad olunan Cəbrayıl şəhəri - VİDEO
Prezident: “Onların dərsini verməsək, Moskvaya danışıqlara qaçardımı?”
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Saleh Məmmədovun işçisindən ŞOK AÇIQLAMA
Sumqayıt sakinini avtomobil vurub öldürüb
Moskvada DƏHŞƏT yaşanacaqdı - Son anda qarşısı alındı
Ermənilər Gəncəyə məhz bu səbəbdən “Skad” atdı
Sabahın hava proqnozu AÇIQLANDI
Baş Prokurorluqda yeni təyinatlar
Sevda Yahyayeva Haqqında Şok ittiham,,
Metro fevralın 15-dən fəaliyyətə başlayacaq? - AÇIQLAMA
Binəqədi İcra başçısı göz görə görə qos qoca bağı məhv edir... -
Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin artdı: 15 nəfər vəfat edib - FOTO
“Lukoil” müştəri ilə “zakon” söhbəti edir: “Sən nepravsan”
Gömrük Komitəsinin milyonçu sədri Səfər Mehdiyevin QARANLIQ ƏMƏLLƏRİ  -
Vətən müharibəsində itən 2 generalın sirri...
Gəncədə ticarət mərkəzi yanıb -
İran nüvə silahını sınaqdan keçirməyə hazırlaşır? -
Ermənistan itki sayını açıqladı
Bu gün 12 minə yaxın şəxs imtahan verəcək
DİN-dən “Nida”çı gəncin saxlanılması ilə bağlı açıqlama
Bu şəhərə hansı adla qayıdacaqsan