Son dəqiqə
2-03-2020, 20:46
867

Fərhad Qəribovun villasına görə qalmaqal - GƏLİŞMƏ

Fərhad Qəribovun villasına görə qalmaqal - GƏLİŞMƏ

Sabiq deputat – oliqarx Fərhad Qəribovun “Gənclik” metrostansiyası yaxınlığındakı villası vaxtilə Mərkəzi Banka 3 milyon manatın əvəzi kimi girov qoyulub. Borc ödənilməmiş 2-mərtəbəli, 10-otaqlı, 224 kvadratmetr yaşayış, 303 kvadratmetr də köməkçi sahəsi olan həmin evi tikiblər. Mərkəzi Bank da nə pulu ödətdirə bilir, nə də satışa çıxarmaq üçün əlində girov qalıb.

Mərkəzi Bank 2007-ci ilin dekabrında F.Qəribovun rəhbərlik etdiyi “Debütbank” ASC-yə illik 13 faizlə 3 milyon manat kredit verib. İpoteka müqaviləsinə əsasən, sabiq deputatın oğlu Elnur Qəribovun mülkiyyətində olan sözügedən ev girov qoyulub. 2010-cu ilin dekabrında 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin qərarıyla “Debütbank” müflis elan olunub. Müəssisənin iflas prosesinin başlanmasına qərar verilib. “Debütbank”ın ləğvedicisi qismində isə “AZE Financial Consulting”» MMC təyin edilib.

O da məlum olub ki, Qəribovlar ipoteka ilə yüklü olan həmin evi 2014-cü ilin iyununda satıblar, aralarında alqı-satqı müqaviləsi bağlanıb. Amma Mərkəzi Bank bundan xəbərsiz olmayıb, çünki materiallar arasında Mərkəzi Bankın Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə göndərdiyi razılıq məktubu var. Məktubda yazılıb ki, evin satılmasına etiraz etmir. Amma bir şərtlə ki, ev yenə ipotekada qalır. Məktubda o da qeyd olunub ki, “Debütbank”ın borc öhdəliyinin 2 milyon manatlıq hissəsi ödəniləndən sonra sözügedən əmlak ipoteka yüklülüyündən azad ediləcək. Beləliklə, ev İsmayıl Şirinova satılıb, onun mülkiyyətinə keçib.

Bundan sonra evin yeni mülkiyyətçiləri həmin ərazidə olan başqa əmlakları ilə birlikdə bunu da söküb, onların yerində qeyri-yaşayış obyekti tikmək qərarına gəliblər. Bakı şəhər İcra Hakimiyyəti də buna etiraz etməyib. Qurumun keçmiş rəhbəri Hacıbala Abutalıbovun bu məsələ ilə bağlı 2016-cı ilin avqustunda imzaladığı məktub var. O məktubla icazə verilib ki, Şirinovlar Atatürk prospekti 30, 32 və 42 ünvanlarında yerləşən əmlakları söküb, yerində istədikləri layihəyə uyğun tikinti aparsınlar. Beləliklə, Mərkəzi Bankda girov olan ev də sökülüb.

Mərkəzi Bank bu məsələ ilə əlaqədar öncə “Debütbank”ın ləğvedicisi qismində “AZE Financial Consulting” MMC-yə qarşı iddia qaldırıb. Bu girov müqabilində verilmiş 3 milyon manatlıq kreditin ödənilməyən hissəsini tələb edib. Evin hərracda satılması da iddia tələbi olub. Amma bu iddia təmin edilməyib.

Sonradan Mərkəzi Bank evin əvvəlki mülkiyyətçisi olan E.Qəribova və əmlakı alıb, onu sökmüş İ.Şirinova qarşı məhkəmədə iddia qaldırıb. Nərimanov rayon Məhkəməsində qaldırılan iddia ərizəsində yazılıb ki, 3 milyonluq kreditdən hələ də 1 milyon 470 min 65 manat əsas, 365 min 214 manat da faiz borcu var. Mərkəzi Bank iddia edib ki, cavabdehlərin əməli – evin sökülməsi nəticəsində “Debütbank”a verilmiş kredit təminatsız qalıb. Ona görə də dəymiş ziyanın əvəzinin - ümumilikdə 1 milyon 835 min 279 manatın adları çəkilən şəxslərdən tutulub Mərkəzi Banka ödənilməsini tələb edib.

Nərimanov rayon Məhkəməsi iddianı təmin etməyib. Apellyasiya Məhkəməsi də birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Nəhayət, ötən ay fevralın 27-də Ali Məhkəmə aşağı instansiya məhkəmələrinin qərarlarını ləğv edib və iş yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

Digər xəbərlər

Məzahir Pənahov: “Kişi namizədlərin hamısı haqqında bunu demək olmaz”
"Baku Medical Plaza”da tüstülənmə olub - VİDEO
Beşqat dünya çempionu Bakıda zəhərlənib -
Ərdoğan: “Makron siyasəti öyrənə bilməyib”
Ermənistanın keçmiş müdafiə naziri döyüşlərdə ağır yaralandı
Cəbhəyanı ərazilərdə partlamamış hərbi sursat, minalar aşkarlandı - FOTOLAR
Təhsil Nazirliyi: "Virtual məktəb" layihəsinə qoşulmayan müəllimlərə maaş verilməyəcəyinə dair məlumatlar yanlışdır
"İTV-nin fantastik qiymətləri namizədlərin əksəriyyəti üçün əlçatan deyil" - ETİRAZ
Çay həvəskarları üçün faydalı məsləhətlər
Ermənilər mövqelərimizi atəşə tutdu
Ötən gün general rütbəsi verilən erməni hərbçi məhv edildi
Putin Serbiya prezidentindən üzr istədi - SƏBƏB
Cəbrayılın daha bir kəndindən görüntülər - VİDEO
Bakıda avtomobil evakuatorla toqquşdu
İlham Əliyev: “Peyvəndi gözləyirik, ondan sonra normal həyat bərpa ediləcək”
Zakir Həsənovla Rusiyanın Müdafiə naziri arasında telefon danışığı olub
Ekvador həbsxanalarında qiyam: 50-dən çox məhkum öldü
Qonşuların davası qanla bitdi
“Yüz min manatdan çox olan pullar vergiyə cəlb edilməlidir” – Millət vəkili
Daha bir Qazimiz ədalətsizliyin QURBANIDIR... - VIDEO
Müharibə Ukraynaya nə qədər zərər vurub?
Paşinyan xarici işlər naziri Ara Ayvazyanı vəzifəsindən azad etmək istəyir
Fateh Terim Bakıda mətbuat konfransı keçirdi - Video
Nobel mükafatçısı dünyasını dəyişdi
Azərbaycan yığmasının Rusiya ilə oyunlarının nəticələri ləğv olunub
Metro stansiyalarının sayı 25-dən 51-ə çatdırılacaq
ATV Şuşa, Laçın və Kəlbəcərdə yayım üçün MTRŞ-yə müraciət etdi
ADU Gülnarə Cəfərovanın vergi borcu olan şirkətini tenderində qalib elan etdi
Dünyanı mat qoyan kadrlar – VİDEO
“Bayraktar” niyə rus HHM sistemləri tərəfindən yaxalana bilmir? - Bir uğurun iki sirri
{sape_links}{sape_article}