Son dəqiqə
17-03-2020, 19:36
856

Yol polisindən Bakıya giriş qadağası haqda açıqlama

Yol polisindən Bakıya giriş qadağası haqda açıqlama

Bakı, Sumqayıt və Abşeron rayonuna nəqliyyat vasitələrinin girişinin məhdudlaşdırılması ilə əlaqədar DİN Baş DYP (Dövlət Yol Polisi) İdarəsi açıqlama yayıb.

Açıqlamaya əsasən, koronavirus infeksiyasının yayılması hallarının qarşısını almaq məqsədilə Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən qəbul edilmiş qərara əsasən martın 19-da saat 00.00-dan etibarən xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılması martın 29-dək dayandırılacaq, yalnız Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı şəhərinə sərbəst giriş-çıxışına icazə veriləcək:

“Təhlükəsizlik tədbirləri ilə əlaqədar DİN Baş DYP İdarəsi hərəkət iştirakçılarının nəzərinə çatdırır ki, Bakı-Ələt yolunun 65-ci, Bakı-Şamaxı yolunun 26-cı və Bakı-Quba yolunun 45-ci kilometrindən paytaxt və Sumqayıt şəhəri istiqamətinə bütün növ nəqliyyat vasitələrinin girişi, habelə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda qeydiyyatda olan sərnişindaşıma nəqliyyat vasitələrinin (avtobus, mikroavtobus, taksi və s.) ölkənin başqa şəhər və rayonlarından Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna sərnişin daşımaları qadağan olunacaq.

Qeyd olunanlar nəzərə alınaraq, sürücülərdən xahiş olunur ki, yollarda, xüsusilə də keçid postları təşkil edilmiş ərazilərdə sıxlıq yaranamaması üçün xüsusi rejimə riayət edilməsi məqsədilə 18 mart tarixində günorta saatlarından sonra paytaxt istiqamətinə hərəkət etməsinlər.

Həmçinin sürücülərin diqqətinə çatdırılır ki, xüsusi buraxılış rejimi qaydalarını pozan, eləcə də polisin qanuni tələblərinə tabe olmayan şəxslər haqqında ciddi məsuliyyət tədbirləri tətbiq olunacaq”.

XeberTv.info


Digər xəbərlər

Ermənilərin sıradan çıxarılan texnikası
Vaqif Xaçatryanın ilkin dindirilməsi keçirilib
Fatih Terimin Bakıda keçirəcəyi mətbuat konfransının vaxtı açıqlandı
Paşinyan: “Azərbaycan tərəfindən təsdiqlənmiş əsirləri geri qaytaracağıq”
Vüqar İskəndərov: “Füzuli Limanı Qarabağın HAVA QAPISIDIR, vətəndaşlarımız ZƏFƏR SƏFƏRİ edəcək”
İtaliya Prezidenti Azərbaycan dövlət başçısını təbrik edib
Tbilisidə parlament binası qarşısında aksiya bərpa edildi
Xəzərdə dalğanın hündürlüyü 7.5 metrə çata bilər
Bakıda itkin düşən 4 nəfər tapıldı
Yəməndə jurnalistin maşını partladıldı - Özü öldü, əri yaralandı
Nazirin kadrının adı 1,5 milyonluq mənimsəmədə: Aynur Sabitova ilə şirkət arasında skandal –
Sahibə Qafarova Pakistan prezidenti ilə görüşdü - FOTO
Naxçıvanda yenidən zəlzələ oldu
İlham Əliyev Oljas Süleymenovu qəbul etdi - FOTO
Azərbaycanda film kimi OLAY: Qadın evini təmir etdirdiyi ustası tərəfindən aldadıldı - VİDEO
Azərbaycan polisi yeni avtomobillərlə xidmətə başlayıb
Uşaq bağçasının ərzağını belə oğurladılar - FOTOFAKT
5 nəfərə general rütbəsi verildi — SİYAHI
Əliyar Ağayev UEFA Millətlər Liqasının oyununa təyinat alıb
Gömrük Hospitalı: Bəhram Bağırzadə evə buraxılıb
Kamran Əliyev Naxçıvanda hərbi qulluqçularla görüşüb -
Krım körpüsündə hərəkət dayandırıldı
Leyla Abdullayeva: "Paşinyan getsə belə razılaşma dəyişməyəcək”
Sabirabadın baş həkimi COVİD-ə yoluxanlardan pul tələb edir? İDDİA
Paşinyan Hərbi Sənaye Komitəsinin sədrini işdən çıxardı
Tanınmış seysmoloq: "Böyük zəlzələ fəlakəti ilə qarşılaşa bilərik"
MN “Düşmən yalan məlumatlar yaymaqla öz xalqını sakitləşdirir”
Təcili yardım maşını piyadanı vuraraq öldürdü
İntim videosu yayılan direktorla bağlı yeni detallar -
Cəlil Nəzərovla Eşqin Əliyevi kim(lər) və niyə tutdurub? -
{sape_links}{sape_article}