Son dəqiqə
27-03-2020, 18:48
1 145

Azərbaycanda biabırçılıq: 40 manata rayondan Bakıya baqajda adam keçirmək istədilər

Azərbaycanda biabırçılıq: 40 manata rayondan Bakıya baqajda adam keçirmək istədilər























Xüsusi karantin rejimini pozaraq evakuator və avtomobilin yük yerində paytaxta rayon qeydiyyatında olan şəxsləri keçirmək istəyən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, bəzi şəxslər xüsusi karantin rejiminin tələblərini pozaraq müxtəlif yollarla paytaxt və ya əks istiqamətdə getməyə cəhdlər göstərirlər. Bu kimi neqativ halların qarşınının alınması məqsədi ilə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun əməkdaşları tərəfindən birgə tədbirlər həyata keçirilib.

Belə ki, daxil olan əməliyyat məlumatı əsasında yük daşıma xidmətlərindən birində sürücü işləyən Sabirabad rayon sakini Samit Qədirov saxlanılıb. Araşdırma zamanı müəyyən olunub ki, S.Qədirov Bərdə rayonunda qeydiyyatda olan və paytaxta gəlmək istəyən sürücülərdən biri ilə razılığa gələrək 40 manat müqabilində ona məxsus “VAZ-21074” markalı avtomobili idarə etdiyi evakuatorun yük yerində özünü isə evakuatorun salonunda gizlədərək xüsusi buraxılış rejimi qaydalarına riayət etmədən Bakı-Ələt yolunun 65-ci kilometrliyindəki xüsusi keçid postundan keçirib.

Keçirilən daha bir tədbir zamanı xüsusi karantin rejimi qaydalarına əməl etməyək paytaxt sakini Tufan Qəmbərov və Sabirabad rayon sakini Əflatun Babalıyev tutulublar. Araşdırma zamanı müəyyən edilib ki, T.Qəmbərov pul müqabilində idarə etdiyi “Lada Vesta” markalı avtomobilin yük yerində Ə.Babalıyevi gizli olaraq Bakı-Ələt yolundakı xüsusi postdan keçirərək paytaxta gətirəcəyi barədə əvvəlcədən razılaşıb. T.Qəmbərov həmin şəxsi postdan keçirəndən bir neçə kilometr sonra polis əməkdaşları tərəfindən saxlanılıb.

Hər iki faktla bağlı Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi vətəndaşları koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, virus infeksiyasının ölkədə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə elan edilən xüsusi karantin rejiminə əməl etməyə çağırır.



XeberTv.info

Digər xəbərlər

Sabiq nazirin oğlu da döyüşlərdə könüllü iştirak edib - FOTO
"Damarlarımı doğrayacam" deyən Kərimdən yarıçılpaq FOTOSESSİYA
Vahid Əhmədov müalicəsinin uğurla davam etdiyini söyləyib
"SHAURMA №1"-i saxta imza ilə adına keçirmək istəyən ŞƏXSİN KİMLİYİ BƏLLİ OLDU -
“Kurtlar Vadisi”nin aktyoru koronavirusdan öldü
DTX nümayəndələrinin maaşı ilə bağlı QƏRAR
Ramin Bayramlının atasından açıqlama: "Sübut göstərsinlər ki, rüşvətlə iş görüb"
Bu gün Su çərşənbəsidir
Marketdə məhsulları əzən Rüstəm Orucov general oğludur
Samir Şərifov yola salınır... - Onun yerinə sürpriz namizəd!
Tələbəni təhqir etdiyi deyilən direktor: “O sözün mənasını indi öyrənirəm” - VİDEO
Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində növbəti təxribata əl atdı
Prezident: “Rusiya neytral mövqedə olmalıdır”
Kamerunda qəza 53 nəfərin ölümü ilə nəticələndi
Murad Dadaşov onları “Xəzər”dən kənarlaşdırdı
Terimdən TFF-yə irad - “Heç Allahdan qorxmursunuz?”
Bu ədviyyatlar orqanizmdəki yağları yandırır
Təhsil naziri yaz imtahan sessiyası ilə bağlı əmr imzaladı
164 SAYLI MƏKTƏBDƏ “TƏTILLƏR” UZANA BILƏR DIREKTOR MÜƏLLIMLƏRI ETIRAZ AKSIYASINA VADAR EDIR.. -
Azərbaycanda insanların xəbəri olmadan adlarına şirkətlər açıb milyonlarla borca salırlar -
“Azərsu”nun idarə rəisi İlqar Tağıyevin 10 milyonluq villası, bahalı saat və avtomobil kolleksiyası
Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub
Qorxmaz Hüseynovun 1 milyardlıq mülkləri
Röya Dubayda belə əyləndi
Alpout kəndindən olan milyarder qardaşların maxinasiyaları - ABDULLAYEVLƏRİN BİZNESİ NECƏ ÇÖKDÜ...
Daxili İşlər naziri Elşad Hacıyevə yüksək vəzifə verdi
Çoban işlədiyi fermadan 65 qoyun oğurladı
MƏNİ 9 AYDIR YURDUMA HƏSRƏT QOYAN "QANUNLARINIZA" ETİRAZ EDİRƏM! VİDEO
Teledərslərin sabaha olan cədvəli açıqlandı
Kəlbəcərin “mantyor” icra başçıları- Bəs sən nəyin uğrunda vuruşmusan, Azər Qocayev ?
{sape_links}{sape_article}