Son dəqiqə
21-04-2020, 17:05
548

Bakıda saxta spirt hazırlayanlar tutulub - VİDEO

Bakıda saxta spirt hazırlayanlar tutulub - VİDEO

Koronavirus (COVID-19) pandemiyası ilə bağlı əhali arasında tibbi spirtə tələbat kəskin artdığından bəzi “işbazlar” tərəfindən bu məhsulun saxta və insan orqanizmi üçün olduqca mənfi təsir göstərən nümünələrinin hazırlanaraq satışa çıxarılması cəhdlərinə rast gəlinir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə tibbi spirt adı altında tərkibində sənayedə istifadə olunan zəhərli metil, izopropil və sair spirtlərin qablaşdırılaraq tibbi spirt adı ilə apteklərə satışa çıxarılması ilə bağlı əməliyyat məlumatları daxil olub. Bu şəxslərin ifşa olunması məqsədi ilə həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində paytaxt sakinləri - Alen Məhərrəmov və Ramil Hüseynov tutularaq istintaqa təqdim ediliblər.

Araşdırma zamanı bu şəxslərin Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən sexdə 95%-lik tibbi antiseptik məhlul hazırlayan avadanlıqlar quraşdıraraq üzərinə "Tibbi spirt 95%" sözləri yazılmış qablarda standartlara uyğun olmayan metil və izopropil spirtini qablaşdırdıqları müəyyən olunub. Saxlanılan şəxslər ifadələrində bu spirtlərin Bakı şəhərində fəaliyyət göstərən müxtəlif apteklərdə satışını təşkil etdiklərini etiraf ediblər.

Polis əməkdaşları tərəfindən sexə baxış zamanı eyni üsulla hazırlanmış 672 ədəd 1 litrlik və 420 ədəd 100 ml-lik qablarda hazır spirt, qablaşdırma üçün nəzərdə tutulmuş 5 ton spirt nümunələri və digər maddi sübutlar aşkar olunaraq götürülüb.

Aparılmış laborator analizlər nəticəsində qablaşdırılmış antiseptik məhlulun sənayedə istifadə olunan, zəhərli metil və izopropil spirti olduğu təsdiq edilib.

Qeyd edilən faktla bağlı Baş İdarədə zəruri istintaq hərəkətləri və əməliyyat tədbirləri davam etdirilir.


XeberTv.info



Bakıda saxta spirt hazırlayanlar tutulub - VİDEO
Bakıda saxta spirt hazırlayanlar tutulub - VİDEO
Bakıda saxta spirt hazırlayanlar tutulub - VİDEO
Bakıda saxta spirt hazırlayanlar tutulub - VİDEO
Bakıda saxta spirt hazırlayanlar tutulub - VİDEO

Digər xəbərlər

Qazi atası icra başçısından Prezidentə şikayət etdi: “Bir dəfə də olsun...” - Fotolar
Ali Baş Komandan: "Biz bu illər ərzində güc toplayırdıq"
Əkbərin toy görüntüləri ilk dəfə efirdə - VİDEO
Baş infeksionist vaksinasiyadan danışdı
“Çelsi” Frenk Lempardı istefaya göndərdi
Vilayət Eyvazov əfsanəvi partizanın nəvəsinə yeni
Fransa ilk hipersəs silahını sınaqdan keçirib
Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilib
Ordumuz ermənilərin dayaq məntəqəsini belə vurdu - VİDEO
Ərdoğanın Azərbaycan səfərinin proqramı AÇIQLANDI
Millət vəkillərinin övladları harada işləyir? - NAZİR MÜAVİNİ, GÖMRÜK SƏDRİ, FOND RƏHBƏRİ
Abdin Fərzəliyev qanunsuz tikintiyə niyə göz yumdu? -
Bakıda çimərliyi insanların üzünə bağladılar - FOTO
Ermənilər Ağdamda daha bir mülkini yaraladı
"BakuBus"da dezinfeksiya kabinası quraşdırılıb
OPEC+ 9 aprel iclasına ABŞ, Kanada və Britaniyanı da dəvət etdi
Putin Mi-24 helikopteri vurularkən həlak olan heyət üzvlərinin adını açıqlayıb
Ağır atletika Olimpiya Oyunlarından çıxarıla bilər
"Bakcell" abunəçiləri üçün Qarabağ Dirçəliş Fonduna SMS-lə ianə etmək imkanı yaradılıb
SON DƏQİQƏ: Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ - 3 ölü, 7 yaralı
Bakıda “BakuBus” yandı
Elşən Xəzərlə Orxan Lökbatanlı polis idarəsinə çağrılaraq cərimələndi
İstirahətə gələn dostlar cərimələndi - Foto
Prezident atəşkəsin pozulmasından danışdı
Düşmənə sarsıdıcı artilleriya zərbələri endirildi - VİDEO
Cəlilabad İcra Hakimiyyətində əməliyyat keçirilir
İran XİN: "Heç kimə silah daşımağa icazə verməmişik"
Bakıda nənə və nəvəni maşın vurdu
Azərbaycan badmintonçuları Serbiyada üç medal qazanıblar
AZAL sədri Cahangir Əsgərov 47 min manatlıq gül kompozisiyası alıb
{sape_links}{sape_article}