Son dəqiqə
Aktual / Manset
10-11-2020, 20:52
5 167
Putin Mi-24 helikopteri vurularkən həlak olan heyət üzvlərinin adını açıqlayıb
Rusiya Prezidenti Vladimir Putin Ermənistan ərazisində Azərbaycan hərbçiləri tərəfindən vurulan Mi-24 helikopterinin heyət üzvlərinin adlarını açıqlayıb.
XeberTv.info bildirir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
“Bilirsiniz ki, dünən baş vermiş faciəvi insident nəticəsində iki yoldaşımız – Ermənistandakı Rusiya hərbi bazasında xidmət aparan pilotlarımız həlak olub. Bunlar mayor Yuri İşuk və baş leytenant Roman Fedindir”, - deyə V.Putin bildirib.
Putin həmçinin hadisə nəticəsində yaralanan pilot-operatorunda tezliklə sağalmasını arzu edib.