Son dəqiqə
4-02-2021, 18:12
5 036

İki oğlunun itkin düşdüyünü deyən qadının övladı yox imiş

İki oğlunun itkin düşdüyünü deyən qadının övladı yox imiş


Bu gün bir sıra sosial şəbəkələrdə və mediada Vətən müharibəsində iki oğlu itkin düşən ana ilə bağlı reportaj yayımlanıb. Reportajda Rəna Kazımova adlı qadın oğlanları Valid və Azər Kazımovun müharibədə itkin düşdüyünü və bu günə kimi onlardan xəbər ala bilmədiyini vurğulayıb. Maraqlısı budur ki, Müdafiə Nazirliyinin açıqladığı itkin siyahısında Valid və Azər Kazımov qardaşlarının adı yoxdur.

XeberTv.info bildirir ki, bu səbəbdən də "Qafqazinfo" məsələni araşdırıb. Məlum olub ki, R. Kazımovanın ümumiyyətlə övladı yoxdur. O, əslən Lənkəranın Osaküçə kəndindəndir. 1 il yarımdır ki, Suraxanı rayonu Hövsan qəsəbəsində kirayədə yaşayır. Suraxanı Rayon Səfərbərlik Xidməti də sözügedən adda olan şəxsləri xidmətə çağırmayıb.

Lənkəran rayonu Osaküçə kəndinin bələdiyyə sədri Həkət Cavadova da “Qafqazinfo”ya bildirib ki, Rəna Kazımovanın ruhi problemləri var. Onun hərbi xidmətə gedəcək yaşda övladı yoxdur: “Mən elə indi onun qardaşı ilə danışdım. Məlum oldu ki, həmin qadının dediyi Valid onun özünün yox, qardaşının oğludur. Özü də illər əvvəl Rusiyaya gedib və orada yaşayır. Onun ümumiyyətlə, övladının olması ilə bağlı məlumat yoxdur”.

H. Cavadova bildirib ki, qardaşının dediyinə görə, bir neçə il əvvəl doğulduğu kəndə gəlib və yanında Azər adında azyaşlı oğlan olub. Lakin bu uşağın onun özünün oğlu olub-olmadığı da bilinmir: “Qardaşının dediyinə görə, bacısının psixoloji problemləri var. Bir dəfə 2015-ci ildə kəndə gəlib və yanında 7-ci sinifdə oxuyan Azər adında uşaq olub. Onun sənədlərini hazırlayıblar və müalicə etdiriblər. Lakin uşağın onun oğlu olub-olmadığı, hazırda söhbətin həmin Azərdən getdiyi də bilinmir. Amma o dəqiqdir ki, onun Valid adında oğlu yoxdur”.

İki oğlunun itkin düşdüyünü deyən qadının övladı yox imiş

İki oğlunun itkin düşdüyünü deyən qadının övladı yox imiş


XeberTv.info

Digər xəbərlər

İlham Əliyev Bakıda yol açılışında
Ceyhun Bayramov kadr islahatlarına başladı
İbad Hüseynov: "Bu adı alacağım günü həmişə gözləmişəm”
Hərbçinin özünü güllələməsi ilə bağlı cinayət işi açıldı
İki yarıtmaz qurumun yaratdığı problemlər... - GİLEY
“Azəriqaz” əməkdaşlarına hücum edildi - VİDEO
Bakıda İran vətəndaşlarının narkokuryerliyə cəlb etdiyi şəxslər saxlanıldı -
İki oğlunun itkin düşdüyünü deyən qadının övladı yox imiş
Düşmən növbəti itkilərini açıqladı
Susuzluğa etiraz edən sakinlərin qarşısı polislə kəsildi VİDEO
Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər keçirilib, 25 Nepal vətəndaşı saxlanılıb -
Azərbaycanda dini liderlərin görüşü keçiriləcək
Lənkəranda tanınmış iş adamı özünə qəsd etdi
DİN-dən həbs edilən polkovniklə bağlı - Açıqlama
Azərbaycanda partiya sədri koronavirudan öldü - FOTO
OPEC+ 9 aprel iclasına ABŞ, Kanada və Britaniyanı da dəvət etdi
İcra başçısı və vəzifəli şəxslər koronavirusun ağır sindiromuna yoluxdu
Azərbaycanda yeni su anbarları inşa ediləcək
Şeyxin ailəsində TOY - VİDEO
Düşmənin Tərtəri atəşə tutması nəticəsində yaralanan səkkiz nəfərin ikisi vəzifəli şəxsdir
17 yaşlı fiziki məhdudiyyətli qız məcburi ərə verilib? - RƏSMİ AÇIQLAMA
Rusiyada ağır yol qəzası: 10 ölü, 14 yaralı
Öz təşəbbüsü ilə namizəd olan YAP-çılar partiyadan qovulacaq? (AÇIQLAMA)
Xocalı soyqırımının törədilməsindən 29 il ötür
Hikmət Hacıyev: “Cəbhədən obyektiv reportaj hazırlayanı təhqir edənlər “Charlie Hebdo”nun təxribatına susur”
Bakıda 30 yaşlı kişinin başına küt alətlə vurub öldürdülər
Sentyabrın 15-dən ənənəvi tədrisə qayıtmağın şərtləri açıqlandı
Son sutkada Azərbaycanda COVID-19 əleyhinə peyvənd vurulmayıb
Milli Məclisin ömürlük deputatının qanunsuz təhsil biznesinə havadarlıq edir - VİDEO
BMT-dən Krımla bağlı qərar