Son dəqiqə
9-06-2020, 11:30
984

Korrupsiyaya yol verən daha bir şirkət rəhbəri həbs edilib

Korrupsiyaya yol verən daha bir şirkət rəhbəri həbs edilib


Ölkəmizdə həyata keçirilən davamlı iqtisadi inkişaf siyasətinin mühüm şərtlərindən biri kimi şəffaflığın və maliyyə intizamının təmin edilməsi, aparılan iqtisadi islahatların korrupsiyaya qarşı mübarizə tədbirləri ilə dəstəklənməsi prokurorluq orqanları tərəfindən qanunla ona həvalə edilmiş səlahiyyətləri çərçivəsində daim diqqət mərkəzində saxlanılmaqla aidiyyəti dövlət qurumları ilə əlaqəli şəkildə korrupsiya hüquqpozmaları törətmiş vəzifəli şəxslərə qarşı ardıcıl mübarizə tədbirləri davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, həyata keçirilməkdə olan belə tədbirlərdən biri kimi Ağcabədi rayonunun Ağabəyli kəndində fəaliyyət göstərən “BMS AQRO” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyinin qanunsuz əməlləri nəticəsində Kənd Təsərrüfatı Nazirliyinin “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə külli miqdarda ziyan vurulması barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş material araşdırılıb.

Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd olunan MMC-nin təsisçisi və direktoru Mülhazil Balakişiyevin digər şəxslərlə qabaqcadan əlbir olaraq 5200 baş müxtəlif cins damazlıq xırda buynuzlu mal-qaranın lizinq yolu ilə alınması ilə bağlı 24 iyul 2014-cü il tarixdə “Aqrolizinq” ASC tərəfindən elan edilmiş tenderin qalibi olduqdan sonra ümumilikdə 3 milyon 692 min avro (həmin dövrün məzənnnəsi ilə 3 milyon 581 min manat) məbləğində pul vəsaitinin köçürülməsinə nail olaraq müqavilə öhdəliyi üzrə 2 milyon 583 min avro (həmin dövrün məzənnəsi ilə 2 milyon 505 min manat) dəyərində olan 3600 baş xırda buynuzlu mal-qaranın gömrük rəsmiləşdirilməsindən keçirməklə ölkəyə gətirərək qeyd olunan müqavilə üzrə ASC tərəfindən ona etibar edilmiş 1 milyon 109 min avro (həmin dövrün məzənnəsi ilə 1 milyon 76 min manat) məbləğində pul vəsaitini nağdlaşdırmaqla mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

M.Balakişiyevin əməllərində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsinin əlamətləri oluduğundan ona həmin maddə ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam, hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. (apa.az)

XeberTv.info

Digər xəbərlər

Ermənilərin sıradan çıxarılan texnikası
Vaqif Xaçatryanın ilkin dindirilməsi keçirilib
Fatih Terimin Bakıda keçirəcəyi mətbuat konfransının vaxtı açıqlandı
Paşinyan: “Azərbaycan tərəfindən təsdiqlənmiş əsirləri geri qaytaracağıq”
Vüqar İskəndərov: “Füzuli Limanı Qarabağın HAVA QAPISIDIR, vətəndaşlarımız ZƏFƏR SƏFƏRİ edəcək”
İtaliya Prezidenti Azərbaycan dövlət başçısını təbrik edib
Tbilisidə parlament binası qarşısında aksiya bərpa edildi
Xəzərdə dalğanın hündürlüyü 7.5 metrə çata bilər
Bakıda itkin düşən 4 nəfər tapıldı
Yəməndə jurnalistin maşını partladıldı - Özü öldü, əri yaralandı
Nazirin kadrının adı 1,5 milyonluq mənimsəmədə: Aynur Sabitova ilə şirkət arasında skandal –
Sahibə Qafarova Pakistan prezidenti ilə görüşdü - FOTO
Naxçıvanda yenidən zəlzələ oldu
İlham Əliyev Oljas Süleymenovu qəbul etdi - FOTO
Azərbaycanda film kimi OLAY: Qadın evini təmir etdirdiyi ustası tərəfindən aldadıldı - VİDEO
Azərbaycan polisi yeni avtomobillərlə xidmətə başlayıb
Uşaq bağçasının ərzağını belə oğurladılar - FOTOFAKT
5 nəfərə general rütbəsi verildi — SİYAHI
Əliyar Ağayev UEFA Millətlər Liqasının oyununa təyinat alıb
Gömrük Hospitalı: Bəhram Bağırzadə evə buraxılıb
Kamran Əliyev Naxçıvanda hərbi qulluqçularla görüşüb -
Krım körpüsündə hərəkət dayandırıldı
Leyla Abdullayeva: "Paşinyan getsə belə razılaşma dəyişməyəcək”
Sabirabadın baş həkimi COVİD-ə yoluxanlardan pul tələb edir? İDDİA
Paşinyan Hərbi Sənaye Komitəsinin sədrini işdən çıxardı
Tanınmış seysmoloq: "Böyük zəlzələ fəlakəti ilə qarşılaşa bilərik"
MN “Düşmən yalan məlumatlar yaymaqla öz xalqını sakitləşdirir”
Təcili yardım maşını piyadanı vuraraq öldürdü
İntim videosu yayılan direktorla bağlı yeni detallar -
Cəlil Nəzərovla Eşqin Əliyevi kim(lər) və niyə tutdurub? -
{sape_links}{sape_article}