Son dəqiqə
16-06-2020, 13:30
949

Müdafiə naziri yeni hərbi şəhərcik kompleksinin açılışında iştirak edib

Müdafiə naziri yeni hərbi şəhərcik kompleksinin açılışında iştirak edib


Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar göstərişinə əsasən yeni inşa edilən hərbi hissənin açılışı olub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun və nazirliyin digər rəhbər heyətinin iştirakı ilə hərbi şəhərcik ərazisindəki qərargah, yeməkxana, tibb məntəqəsi, əsgər yataqxanası, avtomobil parkı, müxtəlif təyinatlı döyüş silah və sursatlarının saxlanması üçün anbarlar, eləcə də digər infrastruktur obyektlərinə baxış keçirilib.

Hərbi şəhərcik ərazisində hərbi qulluqçuların ailələri üçün nəzərdə tutulmuş yeni binanın açılış mərasimi olub.

Ailələri təbrik edən Müdafiə naziri bu yaxınlarda Hövsan qəsəbəsində hərbi qulluqçular üçün istifadəyə verilən daimi mənzillərin və “Qobu Park-3” yaşayış kompleksinin açılışında Ali Baş Komandanın iştirakını qeyd edərək bu istiqamətdə görülən kompleks tədbirlərin ölkə başçısının Azərbaycan Ordusuna göstərdiyi diqqət və qayğının bariz nümunəsi olduğunu xüsusi vurğulayıb. Nazir bu hərbi hissənin açılışını Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması istiqamətində atılan növbəti addım olduğunu qeyd edib.

Silahlı Qüvvələrin Ali Baş Komandanının qayğısı nəticəsində son illərdə planlı şəkildə hərbi qulluqçuların daimi və xidməti mənzillərlə təmin olunduğunu bildirən Müdafiə naziri bu işlərin davamlı olacağını diqqətə çatdırıb.

Nazir bildirib ki, cari ildə müxtəlif bölgələrdə, xüsusilə cəbhəboyu zonada yerləşən bir sıra hərbi hissədə 250-dən artıq xidməti mənzil istifadəyə verilib. Bu ilin sonunadək isə daha 200-dək xidməti mənzilin tikintisinin sona çatdırılması planlaşdırılır.

Yeni bina ilə tanışlıq zamanı məlumat verilib ki, beş mərtəbəli bina tam təmirli 3 otaqlı 60 mənzildən ibarətdir və bütün kommunikasiya xətləri ilə təchiz olunub.

Bildirilib ki, bina üçün nasosxana, hovuz, yarımstansiya tikilib, qaz, su, işıq sayğacları qoyulub, mənzillər mətbəx və digər mebel dəsti ilə təmin edilib. Ərazi hasara alınıb, asfalt döşənib, uşaqlar üçün şəhərcik salınıb, idman qurğuları ilə təmin olunub, avtodayanacaq üçün yer ayrılıb, su təmizləyici qurğu quraşdırılıb və yaşıllaşdırma işləri görülüb. Hərbi qulluqçuların ailə üzvlərinin səmərəli istirahəti üçün lazımi şərait yaradılıb.

Mənzillə təmin olunan hərbi qulluqçular göstərilən qayğıya görə Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Mənzillərin açarları hərbi qulluqçulara təqdim edildikdən sonra Müdafiə Nazirliyinin rəhbərliyi yaradılan şəraitlə tanış olub və ailələrin qayğıları ilə maraqlanıb.(apa.az)

XeberTv.info


Müdafiə naziri yeni hərbi şəhərcik kompleksinin açılışında iştirak edib
Müdafiə naziri yeni hərbi şəhərcik kompleksinin açılışında iştirak edib
Müdafiə naziri yeni hərbi şəhərcik kompleksinin açılışında iştirak edib
Müdafiə naziri yeni hərbi şəhərcik kompleksinin açılışında iştirak edib
Müdafiə naziri yeni hərbi şəhərcik kompleksinin açılışında iştirak edib
Müdafiə naziri yeni hərbi şəhərcik kompleksinin açılışında iştirak edib
Müdafiə naziri yeni hərbi şəhərcik kompleksinin açılışında iştirak edib

Digər xəbərlər

Şəhid anası itkin düşüb
“İrşad Electronics” mağazalar şəbəkəsində Bakı sakininə qarşı dələduzluq edilib.
“Sədərək” və “Binə” ticarət mərkəzləri, “Mall”lar açılır - RƏSMİ
FHN-in sabiq şöbə rəisinin həbs müddəti artırıldı
Şuşada hərbçilər qəzaya düşüb, 1-i ölüb, 2-si yaralanıb
İcra başçısı: "Kənddə wifi-olsa uşaqlarınız pis işlə məşğul olar" - İDDİA
Popkorn satan gənc özünə yeni iş tapdı
Sabaha olan hava proqnozu
Rusiyada iri bazar yanır - VİDEO
Daha bir kəndimiz işğaldan azad edildi
Prezident nazir müavinini təqaüdə göndərdi
Rəmiş dəfn edilib
Zakir Həsənov göstəriş verdi: "Ordu tam hazır olmalıdır"
Azercell-dən müəllimlərə dəstək!
Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsindən azad edildi
Sağalanların sayı bu gün də yoluxanları keçdi
Moskva vilayətində güclü partlayış: Yaralıların sayı 49-a çatdı -
Qarabağdakı Rusiya sülhməramlılarının peyvənd edilməsinə başlanıldı
“Erməni maşınları rədd olur gedir, bizi saxlıyırlar...”
Nəcməddin Sadıkovun bacısı oğlu “Tərtər işi” üzrə dindirildi
Prezident İlham Əliyev tunisli həmkarını təbrik edib
“Doktor.az” klinikası adlı QƏSSABXANA...
Bir ailədən müharibəyə gedən 5 nəfər mayor - FOTOLAR
"Həmin yazıda mənim haqqımda olmazın, vicdana, namusa sığmayan sözlər yazılıb" - Deputat köməkçisi ittihamlara CAVAB VERDİ
Bakcell-dən kütləvi NARAZILIQ - Abonentlərin cibinə girən şirkət minlərlə vətəndaşı dövlətdən narazı salır
Rafael Dadaşov II Fəxri Xiyabanda dəfn olunacaq
Avstraliya COVID-19 peyvəndi olmayan əcnəbilərin ölkəyə girişinə icazə verdi
“Formula-1” üzrə Azərbaycan Qran-Prisinin ilkin tarixi açıqlanıb
Rusiyada 32 təqaüdçü qadını öldürən şəxs həbs edildi
Azərbaycan Futzal Federasiyasının rəhbərliyində dəyişiklik edilib
{sape_links}{sape_article}