Son dəqiqə
17-07-2020, 13:07
1 408

Sərtləşdirilmiş karantin rejimi tətbiq olunan bölgələrdə buraxılış və qəbul imtahanları keçiriləcək

Sərtləşdirilmiş karantin rejimi tətbiq olunan bölgələrdə buraxılış və qəbul imtahanları keçiriləcək


Dövlət İmtahan Mərkəzi tərəfindən 23-24 iyul 2020-ci il tarixlərində növbəti buraxılış (qəbul) imtahanları keçiriləcək.

DİM-dən verilən məlumata görə, 23-24 iyul tarixlərində imtahan keçiriləcək rayon və şəhərlər, imtahanda iştirak etməli olan şəxslər və imtahanların növləri barədə yaxın 2 gün ərzində məlumat veriləcək.

Xatırladaq ki, sərtləşdirilmiş karantin rejimi tətbiq olunan şəhər və rayonlarda imtahanların keçirilməsi ilə bağlı Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının müraciətinə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müsbət cavab verilib və imtahanlar pandemiya şəraiti və xüsusi karantin rejimi tələblərinə uyğun olaraq təşkil ediləcək.

Bu imtahanlarda iştirakçıların kütləviliyinin azaldılması məqsədilə kolleclərə (və ya hərbi liseylərə) ərizə verməyən 9-cu sinif şagirdləri iştirak etməyəcəklər. Bu şagirdlər üçün buraxılış imtahanı sentyabr ayında keçiriləcək.

Bundan əlavə, ictimai sağlamlığın qorunması ilə bağlı həyata keçirilən tədbirlərə uyğun olaraq 11 illik orta təhsil bazasında kolleclərə, eləcə də ali təhsil müəssisələrinə sənəd verməyən şagirdlər hazırda keçirilən buraxılış imtahanlarında iştirak etməyə bilərlər. Həmin şagirdlər üçün də buraxılış imtahanının sentyabr ayında keçirilməsi nəzərdə tutulur.

"İmtahana buraxılış vərəqəsi" hər imtahan günündən 5 gün əvvəl DİM-in saytında yerləşdiriləcək.

23-24 iyul tarixlərində imtahan keçiriləcək rayon və şəhərlər, imtahanda iştirak etməli olan şəxslər və imtahanların növləri barədə yaxın 2 gün ərzində məlumat veriləcək.

Xatırladaq ki, qeyd olunan tarixlərində:

• 11-ci sinif üzrə buraxılış imtahanları;

• Əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsi, V ixtisas qrupu və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanları;

• Azərbaycan dilindən fərqli dildə təhsil alan və kollecə sənəd verən 9-cu sinif (cari və əvvəlki illər) və 11-ci sinif (cari və əvvəlki illər) məzunları üçün Azərbaycan dili (dövlət dili) imtahanları;

• Ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən cari və əvvəlki illərin məzunları üçün qəbul imtahanları keçiriləcək.

İmtahan keçiriləcək tarixlərdə rayon və şəhərlərdə sərtləşdirilmiş karantin rejimi tətbiq olunarsa, həmin bölgələrdəki imtahan iştirakçıları haqqında məlumat bazası aidiyyəti qurumlara təqdim ediləcək, imtahan iştirakçılarının və ehtiyac olarsa, iştirakçını müşayiət edən bir nəfərin imtahan binasına gedib və imtahandan sonra qayıtmasına icazə veriləcək.(apa.az)

XeberTv.info

Digər xəbərlər

Həbsdən çıxan prodüser Təranədən ŞOK SÖZLƏR: "Məni axtarmayın, çünki..." - FOTO
Rayon sakinləri Bakıya nə vaxt buraxılacaq? (AÇIQLAMA)
ABŞ-da ümumi seçkilər başa çatdı
Mirsaleh Seyidovla Behbudovların arasında nələr baş verib?
Tanınmış vəkil koronavirusdan vəfat edib
Sabahın hava proqnozu açıqlanıb
XİN Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü ilə bağlı bəyanat yayıb
Prezident Ələt Azad İqtisadi Zonasının təməlini qoydu
Bir ünvanda yüzlərlə şirkət açıb tenderlərin qalibi olurlar
TƏBİB-dən bütün şagirdlərin vaksinasiyası ilə bağlı - XƏBƏRDARLIQ - VİDEO
Qondarma rejim muzduların döyüşlərdə iştirak etməsini qanuniləşdirdi
Ermənilər daha bir mülki vətəndaşımızın ölümünə səbəb oldu
Nazir bağçalarla bağlı məsələyə aydınlıq gətirdi
Tahir İmanov arzusuna çatdı: Mərkəzi küçəyə babasının adı verildi
Ilk addımı o atdi.
Səfirlik: “İranın məlumatları Ermənistana ötürməsi iddiaları yalandır”
Düşmənin atəş nöqtəsi və şəxsi heyəti məhv edildi - VİDEO
Paşinyan parlamentə güllə keçirməyən jiletdə gəlib - FOTO
“ASG Helicopter Services”in helikopteri vasitəsilə ilk dəfə “Formula-1”in çəkilişi aparılıb -
Daha 21 erməni hərbçi MƏHV EDİLDİ
Bakıda qadın sürücülərin ŞOK DAVASI - VİDEO
Prezident: “Ermənistanın cəsarəti çatacaq ki, Rusiya prezidentinin imzasına bu cür yanaşsın?!”
"Radiolarda məqsədi və məramı məlum olmayan, əyalət səviyyəli proqramlar kifayət qədərdir"-DJ Teymur
Türkiyə hərbçiləri Bakıda Qələbə paradında iştirak edəcək
Prezident: Ermənistana silah ötürülməsində erməni mənşəli rusiyalı məşhur silah alverçilərinin əli var
Səmimi olun, Ləman xanım!...
“Digər ölkələrlə müqayisədə Azərbaycanda vəziyyət yaxşıdır” - Baş Nazir
“Eurovision” mahnı müsabiqəsi ləğv edilir
Hərbi vəzifəli əsgər intihar etdi
Prezident 30 yaşlı gənci başçı təyin etdi – Tərcümeyi-hal
{sape_links}{sape_article}