Son dəqiqə
21-07-2020, 12:33
1 733

Qurban bayramı günlərində komendant saatı tətbiq edilə bilərmi? — AÇIQLAMA

Qurban bayramı günlərində komendant saatı tətbiq edilə bilərmi? — AÇIQLAMA


Xəbər verdiyimiz kimi, iyulun 31 və avqustun 1-i Azərbaycanda Qurban bayramıdır. Daha çox insanlar bayram günləri bir-birinin evinə gedir edir, məclislər təşkil edirlər. Təbii ki, kültəvi toplaşma koronavirusun yayılma sürətini daha da artırır. İnsanların kütləvi məclislər təşkil etməsinin qarşısını almaq üçün Qurban bayramı günlərində ölkədə komendant saatı tədbiq edilə bilərmi?

Bununla bağlı KONKRET.az-a danışan deputat Cavanşir Paşazadə bildirib ki, İslam dininin müqqədəs bayramlarından biri də Qurban bayramıdır: “Bu il Qurban bayramı günləri iyulun 31-nə və avqustun 1-nə təsadüf edir. Təəssüf ki, bu il koronavirus pandemiyasına görə müqqədəs Qurban bayramını sərt karantin rejimində qeyd etməli olacağıq. Düşünürəm ki, ilk öncə önəmli olan dövlətimizin və bütün bəşəriyyətin bu bəladan tezliklə canını qurtarmasınıdır. Qaldı ki, Qurban bayramı günlərində komendant saatının tətbiqinə düşünürəm ki, buna ehtiyac yoxdu. Hazırda tətbiq edilən karantin rejimi kifayət qədər sərtdir.

Əlbəttə, karantin rejimi ilə bağlı bütün qərarları Operativ Qərargah verir. Qurban bayramına bir həftədən çox vaxt var. Hesab edirəm ki, Operativ Qərargah yoluxanların, sağalanların artma-azalma dinamikasını və pandemiyanın ölkə ərazisində yayılma sürətini analiz edərək bayram günləri ilə bağlı ən düzgün qərarı verəcəkdir”.

Deputat qeyd edib ki, son günlərin statistikasına baxsaq, sərt karantin rejiminin müsbət nəticələrini artıq görərik: “Hətta sağalanların sayı yoluxanların sayından 2 dəfə çoxdur. Belə ki, iyulun 20-də 369 nəfər koronavirusa yoluxub, 523 nəfər isə sağalaraq evə buraxılıb. Bu azalma onu göstərir ki, artıq insanlarımız koronavirusun nə qədər təhlükəli xəstəlik olduğunu anlayır, qoyulan qaydalara əməl edirlər. Əlbəttə azalma var deyə arxayın olmamalıyıq. Xatırladım ki, aprel ayındakı yumşalmadan sonra gündəlik yoluxanların sayı 3 dəfə çoxaldı. Ona görə də bir-iki gündə yoluxan azaldı deyə arxayınlaşıb, qoyulan qaydalara məsuliyyətsiz yanaşmaq olmaz”.

XeberTv.info

Digər xəbərlər

Şəhid anası itkin düşüb
“İrşad Electronics” mağazalar şəbəkəsində Bakı sakininə qarşı dələduzluq edilib.
“Sədərək” və “Binə” ticarət mərkəzləri, “Mall”lar açılır - RƏSMİ
FHN-in sabiq şöbə rəisinin həbs müddəti artırıldı
Şuşada hərbçilər qəzaya düşüb, 1-i ölüb, 2-si yaralanıb
İcra başçısı: "Kənddə wifi-olsa uşaqlarınız pis işlə məşğul olar" - İDDİA
Popkorn satan gənc özünə yeni iş tapdı
Sabaha olan hava proqnozu
Rusiyada iri bazar yanır - VİDEO
Daha bir kəndimiz işğaldan azad edildi
Prezident nazir müavinini təqaüdə göndərdi
Rəmiş dəfn edilib
Zakir Həsənov göstəriş verdi: "Ordu tam hazır olmalıdır"
Azercell-dən müəllimlərə dəstək!
Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsindən azad edildi
Sağalanların sayı bu gün də yoluxanları keçdi
Moskva vilayətində güclü partlayış: Yaralıların sayı 49-a çatdı -
Qarabağdakı Rusiya sülhməramlılarının peyvənd edilməsinə başlanıldı
“Erməni maşınları rədd olur gedir, bizi saxlıyırlar...”
Nəcməddin Sadıkovun bacısı oğlu “Tərtər işi” üzrə dindirildi
Prezident İlham Əliyev tunisli həmkarını təbrik edib
“Doktor.az” klinikası adlı QƏSSABXANA...
Bir ailədən müharibəyə gedən 5 nəfər mayor - FOTOLAR
"Həmin yazıda mənim haqqımda olmazın, vicdana, namusa sığmayan sözlər yazılıb" - Deputat köməkçisi ittihamlara CAVAB VERDİ
Bakcell-dən kütləvi NARAZILIQ - Abonentlərin cibinə girən şirkət minlərlə vətəndaşı dövlətdən narazı salır
Rafael Dadaşov II Fəxri Xiyabanda dəfn olunacaq
Avstraliya COVID-19 peyvəndi olmayan əcnəbilərin ölkəyə girişinə icazə verdi
“Formula-1” üzrə Azərbaycan Qran-Prisinin ilkin tarixi açıqlanıb
Rusiyada 32 təqaüdçü qadını öldürən şəxs həbs edildi
Azərbaycan Futzal Federasiyasının rəhbərliyində dəyişiklik edilib
{sape_links}{sape_article}