Son dəqiqə
Kriminal
20-09-2020, 18:21
789
Sumqayıtda dayı bacısı oğlunu bıçaqladı
Sumqayıtda dayı bacısı oğlunu bıçaqlayıb.
Hadisə şəhərin 41-ci məhəlləsində baş verib.
Belə ki, 29 yaşlı İsmayıl Həsənovla dayısı 60 yaşlı Xəqani Məmmədov arasında mübahisə düşüb.
Tərəflər arasında düşən münaqişə zamanı X.Məmmədov bacısı oğlunu bıçaqlayıb. Bıçaqlanan şəxs xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib və cərrahi əməliyyat olunub.
Hadisəni törədən X.Məmmədov saxlanılıb. İlkin ehtimala görə, hadisə pul üstündə olub.
Faktla bağlı araşdırma aparılır.
XeberTv.info