Son dəqiqə
Siyasət
23-10-2020, 09:05
909
Pompeonun Ceyhun Bayramovla görüşünün vaxtı açıqlandı
ABŞ Dövlət katibi Mayk Pompeo bu gün Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə ayrı-ayrılıqda görüşəcək.
Bununla bağlı ABŞ Dövlət Departamenti məlumat yayıb.
Bildirilir ki, Pompeonun Ceyhun Bayramovla görüşü Vaşinqton vaxtı ilə 09:30-da (Bakı vaxtı ilə 17:30-da), Zöhrab Mnatsakanyanla isə bir saat sonra başlayacaq.
XeberTv.info