Son dəqiqə
23-10-2020, 09:24
749

DTX və DİN-in terror xəbərdarlığı: düşmən içimizə necə sıza bilər? - GƏLİŞMƏ

DTX və DİN-in terror xəbərdarlığı: düşmən içimizə necə sıza bilər? - GƏLİŞMƏ


Düşməndən hər cür xainlik, cinayətkarlıq, vandallıq gözləmək olar. Ələlxüsus, ermənilərin itki verə-verə geri çəkildikləri zamanda terror aktları planlaşdırdığı istisna deyil. Elə Gəncəyə iki dəfə raket atılması, insanların gecə yatdığı yerdə qətlə yetirilməsi bariz sübutdur ki, qarşımızda alçaq xislətli düşmən var.

Ona görə Azərbaycanın hüquq-mühafizə orqanları qabaqlayıcı tədbirlər görür, təhlükəsizliyi gücləndirir, vətəndaşları ayıq-sayıq olmağa çağırır. Çünki erməni terroru riski var və Dövlət Təhükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi tez-tez əhalini xəbərdar edirlər, şübhəli şəxs gördükdə məlumat verməyə çağırırlar. Əslində komendant saatının tətbiq olunması, o cümlədən metronun fəaliyyətinin dayandırılması, vətəndaşlara kütləvi yerlərdə çox toplaşmamaq çağırışları da məhz önləyici tədbirlərin tərkib hissəsi kimi qiymətləndirilə bilər. Amma qeyri-ixtiyarı suallar meydana çıxır ki, düşmən içimizə necə sıza bilər, pandemiya ilə əlaqədar sərhədlər bağlı olduğu halda terrorçular ölkəmizə necə həmlə edə bilər? Ümumiyyətə, sayıqlığımızı necə qorumalıyıq?

Azad Demokratlar Partiyasının sədri, təhlükəsizlik məsələləri üzrə siyasi ekspert Sülhəddin Əkbərin fikrincə, kəşfiyyat-təxribat xarakterli əməlləri, terroru təkcə Ermənistandan və Qarabağdakı qondarma rejimdən gözləmək lazım deyil. AzDP sədrinin “Yeni Müsavat”a bildirdiyinə görə, işğalçıların arxasında olan dövlətlərin, qurumların, hətta üçüncü başqa güclərin əli ilə terror törədilə bilər. S.Əkbər hesab edir ki, müharibə tamamilə başa çatdıqdan sonra rəsmi və qeyri-rəsmi mənbələr bu haqda geniş danışmağa başlayacaqlar: “Bilirsiniz ki, içimizdə düşmənin havadarlarının gizli mənbələri var. Hətta onların bəziləri aşkara çıxarılıb və yeri gələndə bütün məsələlər aydınlaşacaq. Təəssüf ki, bu məsələlər barəsində vaxtında tədbirlər görülməyib, indi bu problemlər meydana çıxıb. Ona görə biz Dövlət Təhlükəsizlik Xidmətinin və Daxili İşlər Nazirliyinin yanında olmalıyıq, onlara kömək etməliyik, bu, həm də vətəndaş borcumuzdur. Çünki müharibə aparırıq, Ordumuz irəliləyir, bu da düşməni qəzəbləndirir və qeyri-insani addımlara sövq edir. Əhalimiz də görür ki, ermənilər harada imkan varsa, fərqinə baxmadan ora vururlar. Odur ki, terror da savaşın assimetrik bir növüdür və əhalinin sıx toplaşdığı yerlərdə, strateji obyektlərdə sayıqlığı itirməməliyik”.

Partiya sədri əhalini ayıq-sayıq olmağa çağırdı və nüansları açıqladı: “Vətəndaşlarımız yaşadığı ərazidə heç vaxt görmədiyi adam görürsə, həmin şəxs həyəcanlıdırsa, qeyri-adekvat davranırsa, diqqəti cəlb edir, dərhal məlumat verməlidirlər. Sadəcə, diqqətli olmalıyıq, panikaya düşmək lazım deyil, müvafiq orqanlara məlumat vermək lazımdır. Amma həmin qurumlar da vətəndaşlara yuvarlaq nömrə verməlidirlər ki, insanların yadında qalsın, tez-tez reklam olunmalıdır ki, vətəndaşların beynində yenilənsin. Yeri gəlmişkən, metronun bağlanmasının tərəfdarı idim və bu təkliflə çıxış etmişdim”.

Politoloq Qabil Hüseynli isə qeyd etdi ki, birinci Qarabağ savaşında düşmənin terrorçu mahiyyətini görmüşük. Onun sözlərinə görə, o zaman metronun, daha sonra Bakı-Şəmkir avtobusunun partladılması erməni terroru idi. “O zaman düşmən bəzi vətəndaşlarımızı ”verbovka" edir və terror aktı törədirdi. Bu barbar xislətli ermənilər hər zaman terror törədə bilirlər. Bu gün də Gəncəyə, Tərtərə, Kürdəmirə atılan raketlər terrorun bir formasıdır. Onların niyyəti cəmiyyətdə panika yaratmaq, əhalidə ruh düşkünlüyü formalaşdırmaqdır. Nəzərə alsaq ki, Bakıda 30 mindən çox erməni yaşayır, üstəlik, “beşinci kolon”un nümayəndələri azərbaycanlı olsalar da, yanıqlıdırlar, var-dövlətlərini qorumaq üçün həvəslə düşmənin tapşırıqlarını yerinə yetirə bilərlər. Bu baxımdan hüquq-mühafizə orqanlarının xəbərdarlığı sıradan deyil", - deyə ekspert vurğuladı.

Q.Hüseynlinin fikrincə, Azərbaycan dilini bilən və Rusiya vətəndaşlığı adı altında saxta pasportla ölkəmizə terrorçu göndərilə bilər: “Bu xəbərdarlıqlar əsaslıdır, kifayət qədər yoxlanılmış məlumatlara əsaslanır. Bizim onların tərəfində olan agentlərimiz, bizə xəbər daşıyanlar var və bu xəbərdarlıqlara ciddi yanaşmalıyıq. Ehtimal edilən təhlükəni qorumaq üçün ayıq-sayıq olmalıyıq. Şübhəli bağlama, çanta görəndə belə diqqətdən yayınmamalıdır. Həmin əşyanın qeyri-adekvat bir yerdə qoyulması insanı düşündürməlidir. Odur ki, hamılıqla bugünlərdə ayıq-sayıq olmalıyıq, dövlətə kömək etməliyik”.

Yeri gəlmişkən, 1994-cü ildə milliyyətcə ləzgi olan Azərbaycan vətəndaşı Azər Aslanov erməni terrorbaşı Zori Balayanla görüşmüş, onun təlimatı əsasında Bakı metropoliteninin “28 May” və “Gənclik” stansiyaları arasında elektrik qatarında partlayış törətmişdi. Nəticədə 13 nəfər həlak olub, 42 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Həmçinin eyni ildə Bakı metropolitenin “20 Yanvar” stansiyasında törədilmiş partlayış nəticəsində 14 nəfər həlak olub, 49 nəfər yaralanıb. Məhkəmə sübut edib ki, terror Ermənistan xüsusi xidmət orqanları tərəfindən hazırlanıb, separatçı “Sadval” ləzgi təşkilatının üzvləri tərəfindən həyata keçirilib.

Qeyd edək ki, oktyabrın 21-də DİN yenidən vətəndaşlara müraciət edib: “Vətəndaşlar tərəfindən daxili işlər orqanlarına edilən bütün müraciətlər operativ şəkildə araşdırılır və nəticəsindən asılı olaraq müvafiq tədbirlər görülür. Əhalinin nəzərinə bir daha çatdırırıq ki, qanunvericiliyə uyğun olaraq, təhlükəsizlik tələblərinin pozulması, insanların həyatına və sağlamlığına, ictimai asayişə təhlükə yarada biləcək və ya terror şübhəsi halları ilə bağlı dərhal Daxili İşlər Nazirliyinin “102" Xidməti Zəng mərkəzinə məlumat verilməlidir. Bununla yanaşı, xatırladırıq ki, bilərəkdən yalan məlumatlar verməklə insanlar arasında təşvişə və süni ajiotaja səbəb olacaq hərəkətlərə yol verən şəxslər barəsində ən ciddi məsuliyyət tədbirləri görüləcəkdir”.

XeberTv.info

Digər xəbərlər

Coğrafiya İnstitutunun baş direktoru Zakir Eminov bəzi rayonların ləğv edilməsini təklif edib
Alman jurnalistlər ermənilərin Bərdə ilə bağlı yalanlarını ifşa etdi
Bakıda sürüşməyə meyilli ərazilərin SİYAHISI
Zeynəb Xanlarova ilə oxumaqdan imtina etdi, yoldaşı ilə 55 il nikahsız yaşadı, qızının dəfninə getmədi – Xalq artistindən maraqlı faktlar
Ermənilərin saxta səhifələrini müəyyən etmək üçün fake.az saytı yaradıldı
İki dəfə eyni yerə çıxaraq intihar etmək istədi: Səbəbi şok etdi - FOTOLAR
Prezident onu Şuşaya xüsusi nümayəndə təyin etdi
Bazar gününə olan hava proqnozu açıqlandı
Çindən təxliyyə edilən azərbaycanlılarda koronavirus aşkarlanmadı
"Sevgi nədir deyirlər? Aldı, saldı, daldı..." - Elza Seyidcahan yeni şeir yazdı
Ölkə üzrə neçə nəfər COVID-19 əleyhinə peyvənd olunub?
Pulsuz verilməli olan dərman paketi 53 manata satılır? - AÇIQLAMA
Vətən müharibəsinin başlanğıcı hesab olunan Tovuz döyüşləri - VİDEO
Məktəblərdəki tətil günləri açıqlandı
DTX yaralı qazilərə yardım vəsaitlərini ələ keçirəni saxladı
TƏBİB-dən qurumun paketləri ilə satışa çıxarılan koronavirus dərmanları ilə bağlı RƏSMİ AÇIQLAMA - FOTO
Yol kənarındakı binaların sakinlərinə şad xəbər - Pulsuz parklanma icazəsi
Ermənistanın keçmiş baş naziri Azərbaycan ordusunun Köhnə Tağlar və Çaylaqqala kəndlərinə daxil olduğunu bildirir
İbad Hüseynov: "Bu adı alacağım günü həmişə gözləmişəm”
Bakıda iki qadın evə basqın edib - VİDEO
"Toppuş bacı"dan ÜZÜCÜ XƏBƏR: "xəstəlik aktrisanın orqanlarına yayıldı"
Eldəniz Quliyev Milli Şuradan istefa verdi
İki şəhər AVRO-2020-nin keçirməyə təminat verməyib
“Ermənistana silah göndərən bütün ölkələri…” – Əliyevdən sərt xəbərdarlıq
İran rejiminin müxalif ruhanini susdurmaq cəhdi -
Ölmüş insanlar geri qayıdacaq - Gələcəkdən xəbər verən serial gerçək olur
Azərbaycan Prezidenti: "Biz xalq üçün yaşayırıq, dövlət xalqı qorumalıdır"
Bakıdakı dəhşətli qətlin təfərrüatı: Valideynləri qızlarının Türkiyədə yaşadığını düşünüblər
Gədəbəydə yeni körpülərin tikintisinin başa çatdırılmasına 2,7 milyon manat ayrıldı - SƏRƏNCAM
Pakistan Azərbaycana humanitar yardım göndərib
{sape_links}{sape_article}