Son dəqiqə
Dünya
30-10-2020, 06:35
1 246
Bu ölkədə 5 min nəfərlik kütləvi məzarlıq aşkarlandı
Ruandanın şərqində təxminən 5 min nəfərin soyqırımı qurbanı olduğu kütləvi məzarlıq tapılıb.
XeberTv.info xarici mətbuata istinadən məlumat verir ki, məzarlar təxminən 30 metr dərinlikdə olub.
Qazıntıların daha 3 həftə davam edəcəyi bildirilir.
Soyqırımının törədilməsində şübhəli bilinən Jan Batist Qatet 1987-1993-cü illərdə Murambi bölgəsinin başçısı olub. O, Ruanda Beynəlxalq Cəza Məhkəməsinin qərarı ilə 40 il həbs cəzasına məhkum edilib.
Onun əmrinə əsasən kilsəyə sığınan insanlar soyqırıma məruz qoyulub.
Rəsmi rəqəmlərə görə, 2018-2019-cu illərdə ölkədə təxminən 118 min soyqırımı qurbanının qalıqları tapılıb.