Son dəqiqə
7-11-2020, 12:07
6 122

Bu gün onların dəfnindən 10 il ötür

Bu gün onların dəfnindən 10 il ötür


Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov və Fərid Əhmədovun dəfn olunduğu gündən 10 il ötür.

M. İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 2006-cı ilin mart ayında Biləsuvar Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Müddətli hərbi xidmətini Daxili Qoşunlarda atıcı əsgər kimi başlayan Mübariz İbrahimov 2007-ci il noyabrın 20-də yarımqrup komandiri kimi həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb. 2009-cu il sentyabrın 18-də öz arzusu ilə könüllü surətdə yenidən həqiqi hərbi xidmətə qəbul edilərək, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin gizir hazırlığı kursunu bitirmiş, motoatıcı taborun motoatıcı tağım komandirinin müavini kimi cəbhə bölgəsində əsgəri borcunu şərəflə və vicdanla yerinə yetirib.

Gizir Mübariz İbrahimov 2010-cu il iyunun 19-da gecə təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz həmlə ilə tərkisilah edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşur. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olur.

Bu gün onların dəfnindən 10 il ötür


Ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adının verilməsi barədə Sərəncam imzalayıb.

Qeyd edək ki, oktyabrın 4-də Mübariz İbrahimovun düşmən qüvvəsini məhv etdiyi posta Azərbaycan Bayrağı sancılıb.

Fərid Əhmədov 1986-cı il fevralın 13-də Cəlilabad rayonunda anadan olub, 2003-cü ildə Nizami adına 1 nömrəli Cəlilabad şəhər orta məktəbini başa vurduqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş və 2007-ci ildə oranı müvəffəqiyyətlə bitirib. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində birillik ixtisas kursunu keçmiş və cəbhə bölgəsindəki hərbi hissədə kəşfiyyat tağımının və kəşfiyyat bölüyünün komandiri vəzifələrində xidmət edib, baş leytenant hərbi rütbəsinə yüksəlib.

2010-cu il sentyabrın 3-dən 4-nə keçən gecə Tərtərin Çiləbürt kəndi yaxınlığındakı döyüşdə şəhid olub. Birbaşa döyüş xəttində həlak olduğu üçün Fərid Əhmədovun meyiti düşmən tərəfdə qalıb və yalnız noyabrın 6-da Ermənistan və Azərbaycan tərəflərinin razılaşmaları nəticəsində qaytarılıb.

Bu gün onların dəfnindən 10 il ötür


2010-cu il noyabrın 7-də Prezident İlham Əliyev baş leytenant Fərid Güloğlan oğlu Əhmədovun "İgidliyə görə" medalı ilə təltif edilməsi (ölümündən sonra) haqqında sərəncam imzalayıb.

Bu gün onların dəfnindən 10 il ötür

Bu gün onların dəfnindən 10 il ötür

Bu gün onların dəfnindən 10 il ötür

Bu gün onların dəfnindən 10 il ötür

Bu gün onların dəfnindən 10 il ötür


XeberTv.info

Digər xəbərlər

Deputat: “Ermənistanın etdikləri onun KTMT-dan çıxarılmasını aktuallaşdırır”
Ömrü uzadan 6 sadə vərdiş
Metronun fəaliyyətinə qoyulan qadağa müddəti uzadıldı
Sabah Bakıda 39 dərəcəyədək isti olacaq
Futbol millimiz özü kimi xalsız olan rəqibinə qarşı
Düşmən bu rayonlarımızı atəşə tutur
Repetitor xidmətlərinə bu şərtlə icazə veriləcək
Günün qoroskopu - 29.11.2019
Qarabağda daha 29 erməni hərbçinin meyiti tapıldı
10 yaşlı Nərminin qətlində təqsirləndirilən İlkin Süleymanovun şikayəti təmin edilməyib
İlham Əliyev: “Üç daimi üzv kiçik, yoxsullaşmış Ermənistana təsir edə bilmir? Sadəcə, istəmədilər”
Şəkidə 23 yaşlı qadın intihar edib
Baş Prokurorluq Gəncədən son təxribatla bağlı fotolar yaydı
Dünya bazarında neft qiymətləri necə dəyişib?
“BAKI METROPOLİTENİ”NİN İŞÇİLƏRİ “HƏYƏCAN TƏBİLİ” ÇALIR - “Xahiş edirik ki, müvafiq qurumlar tədbir görsün, əks halda, metroda böyük faciə yaşanacaq”
Ananın məşqçi ilə yaxın münasibəti oğlunun ölümü ilə sonlandı: Dəhşətli hadisənin PƏRDƏARXASI - VİDEO
Ərəb turistləri ov etmək üçün Azərbaycana kim gətirib?- Ərəbləri Qarabağda investora çevirməliyik...
Teledərslərin sabaha olan cədvəli açıqlandı
İmtahana mobil telefon gətirənlər, köçürənlər xaric olunub - DİM
Vilyam Hacıyev həbs edildi
Dövlət başçısının mesajı bütün yerli icra hakimiyyəti orqanlarına aiddir -
Sabah hava necə olacaq?
Cahangir Əsgərova şok ittiham: - “Xalqın pulu ilə Moskvada qumar oynayır“
Xalq artisti Ramiz Əzizbəyli vəfat edib
Xırdalanda parkda 36 yaşlı qadının ölümünün əsl səbəbi nədir? -
Gürcüstanda hüzr yerindən qayıdan iki azərbaycanlı güllələndi
Bu gün 2 997 nəfər MİQ imtahanında iştirak edəcək
Aytən Səfərova ilə bağlı yeni xəbər
Rusiyada ağır yol qəzası: 10 ölü, 14 yaralı
"Çopur Ramiz" saxlanıldı - FOTO
{sape_links}{sape_article}