Son dəqiqə
Aktual
10-11-2020, 11:37
5 113
Sülhməramlılardan ibarət 9 təyyarə Qarabağa uçub
Rusiya Müdafiə Nazirliyi sülhməramlılardan ibarət ilk 4 təyyarənin Dağlıq Qarabağa yola düşdüyünü açıqlayıb.
Açıqlamada deyilir:
“Rus sülhməramlılarını Dağlıq Qarabağ münaqişəsi zonasındakı missiya bölgəsinə aparan ilk dörd İl-76 təyyarəsi Ulyanovsk-Vostoçnıy aerodromundan havaya qalxdı. Göyərtədə sülhməramlı hissənin şəxsi heyəti, nəqliyyat vasitələri, zirehli texnika var”.
Bundan sonra daha 5 təyyarənin yola düşdüyü bildirilib.
Rusiya MN Dağlıq Qarabağ münaqişəsi zonasında ümumilikdə 1960 hərbi qulluqçu, 90 zirehli personal daşıyıcısı, 380 ədəd avtomobil və xüsusi texnikanın yerləşdiriləcəyini xatırladıb.
XeberTv.info