Son dəqiqə
Manset / Ölkə
14-11-2020, 17:11
5 852
Ermənistan Səhiyyə Nazirliyi döyüşlərdə 2300-dən çox hərbçilərinin öldüyünü təsdiqləyib
Ermənistan Dağlıq Qarabağdakı döyüşlər zamanı azı 2,317 hərbçi itirdiyini təsdiq edib.
XeberTv.info-nun erməni KİV-nə istinadən məlumatına görə, bu barədə Ermənistan Səhiyyə Nazirliyindən bildirilib.
Qeyd olunur ki, bu günədək 2,317 hərbçinin ekspertizası həyata keçirilib, onların arasında şəxsiyyəti müəyyənləşdirilməyənlər də var.
Bu rəqəmin artacağı istisna olunmur.
Qeyd edək ki, indiyədək Ermənistan 1,382 hərbçinin həlak olduğunu elan etmişdi. Lakin Ermənistan Müdafiə Nazirliyi real vəziyyəti ictimaiyyətdən gizlətməyə çalışır.