Son dəqiqə
27-01-2021, 10:08
5 074

“Bayram Səfərov dedi ki, mən sizin Şuşada icra başçınızam, Bakıda yox” - GİLEY

“Bayram Səfərov dedi ki, mən sizin Şuşada icra başçınızam, Bakıda yox” - GİLEY


“Evimiz yanıb kül olub. Bütün əşyalarımız yanıb, heç nəyi çıxara bilməmişik. Qışın ortasında günlərdir ki, çadırda yaşayırıq. Bizə yardım edən yoxdur”.

XeberTv.info bildirir ki, bu şikayətlə “Qafqazinfo”ya Yasamal rayonu, Şərifzadə küçəsi: 111 a ünvanında yaşayan Zahid Məmmədov müraciət edib.

Onun sözlərinə görə, ailə Şuşa şəhərindən məcburi köçkündür. Atası, anası və qardaşı ilə birlikdə 1996-cı ildən bu ünvanda tikdikləri iki otaqlı evdə yaşayıblar. Yanvar ayının 21-i evlərində qısaqapanmadan yanğın hadisəsi baş verib: “Biz hamımız işdə olmuşuq, yalnız atam evdə olub. FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinə zəng edib, lakin onlar gəlincə ev yanıb külə dönüb. Bütün əşyalarımız da yanıb, heç nə çıxara bilməmişik”.

Z. Məmmədov iddia edir ki, aidiyyatı orqanlara müraciət olunsa da, vəziyyətləri ilə bağlı yardım edən olmayıb: “Atam Şuşa şəhər icra hakimiyyətinin başçısı Bayram Səfərovun qəbulunda olub. Ona deyib ki, mən sizin Şuşada icra başçınızam, Bakıda yox. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə də müraciət etmişik. Dedilər bazar ertəsindən sizin problemlə məşğul olacağıq, amma heç bir köməklik edən yoxdur. Həm atam, həm də anam yaşlı insanlardır, xəstədirlər. O gündən bu vəziyyətdə çadırda yaşayırıq ”.

Şikayətçinin sözlərinə görə, ötən gün ailəyə universitetlərin birinin yataqxanasında yaşamaq təklif olunub, lakin razılaşmayıblar: “Biz öz evimizi istəyirik, xahiş edirik, evimizin təmirinə köməklik olunsun”.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən isə bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq məcburi köçkünlərin mənzil-məişət problemlərinin həllinə, onların müvəqqəti yaşayış yerlərində üzləşdikləri çətinliklərin aradan qaldırılmasına diqqət göstərilir: “Bakı şəhərinin Yasamal rayonu ərazisində müvəqqəti məskunlaşmış Laçın rayon sakini Qafarov Sərvan Arif oğlu və Şuşa şəhər sakini Məmmədov Vahid Allahyar oğlu bir müddət bundan əvvəl elektrik naqilindəki qısaqapanma nəticəsində yaranan yanğında yararsız hala düşmüş yaşayış yerlərinin bərpasına kömək gəstərilməsi xahişi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət ediblər. Hazırda Dövlət Komitəsində bu müraciətlərə baxılır və doğma yurda qayıdışı gözləyən vətəndaşlara, mövcud qanunvericilik çərçivəsində, müvafiq köməklik göstərilməsi imkanları nəzərdən keçirilir”.

Digər xəbərlər

Hacıbala Abutalıbova da növbə çatdı
Prezident: "Şuşada erməni əhalisi demək olar ki, yox idi"
Məşhur şahmatçı seçki ilə bağlı İlham Əliyevə müraciət etdi - FOTO
İcra başçısı qudası ilə birgə OĞUZU QARƏT EDİR...
Ziyad Səmədzadə seçki qanununu vecinə almır
Son sutkada vaksin olunanların sayı açıqlandı
SOCAR-a məxsus torpaqlar vətəndaşlara necə satılır?
13 saylı cəzaçəkmə müsəssəsində dözülməz durum yaranıb
Yoluxanların sayı yenidən artdı
Azərbaycanda federasiya vitse-prezidentinin istefası ilə bağlı RƏSMİ AÇIQLAMA
I sinfə qəbul üçün məktəb seçiminə start verilir
Ermənistan kişilərinə ölkəni tərk etmək qadağan edildi
“Qarabağ” pley-offda bu cütün qalibi ilə qarşılaşacaq
Azərbaycanda koronavirusa yoluxmuş 3749 nəfərdən 2340-ı sağalıb, 44 nəfər vəfat edib
Daha 3 rayon qazlaşdırılacaq
Kəmaləddin Heydərovun oğlundan bu kluba milyonluq jest
Deputat Könül Nurullayevaya töhmət verildi
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Benzinin qiymətinin ucuzlaşması ilə bağlı SOCAR-dan açıqlama
Karantin postunu qırıb keçən Milli Məclisin işçisi imiş
İcra başçısının Prezidentə dedikləri yalan çıxdı – VİDEO
Dünya bazarında neft qiymətləri necə dəyişib?
 Sumqayıtda “yoxa çıxan” 13 milyon, Mehdiyevin vədi və Zakir Fərəcovun borc skandalı
Paşinyan Qarabağın qaytarılması mövzusunda olan suala cavab verməkdən çəkindi
Ölülərin fotoşəkillərini evdə saxlamayın, yoxsa...
Rusiya XİN: “Moskvadakı görüşdən sonra ümidlərimiz doğrulmadı”
Təhsil naziri İslam Universiteti məzunlarının diplom ala bilməməsindən danışdı
Türkiyədə koronavirus xəstəxanasında baş verən yanğın nəticəsində 12 nəfər həlak oldu
Ukrayna Prezident Aparatı: “Zelenski Putinlə danışıqlar masasına oturmağa hazırdır”
Bakı bulvarında intihara cəhd
{sape_links}{sape_article}