Son dəqiqə
21-04-2021, 18:23
4 569

“İcra başçısının qardaşı korrupsiya şəbəkəsi yaradıb” - Kəndinin sakinləri

“İcra başçısının qardaşı korrupsiya şəbəkəsi yaradıb” - Kəndinin sakinləri


Ucar rayonu Şilyan kənd sakinləri Əhmədov Behbud Abbas oğlu və Əhmədov Yaşar Bəhlul oğlunun adından Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılova ünvanlanmış məktubda Ucar rayon Suvarma Sistemləri İdarəsinin müdiri Müşfiq Məmmədovdan şikayət olunur.


Bir nüsxəsi də "AzPolitika.info”-ya göndərilən məktubda M.Məmmədovun özbaşınalığı ucbatından kəndin əkin sahələrinin susuz qaldığı iddia edilir: "Ucar rayon İcra Hakimiyyəti başçısı Mənsur Məmmədovun qardaşı, Ucar rayon Suvarma Sistemləri İdarəsinin müdiri Müşfiq Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, qanunsuzluqla, özbaşınalıqla məşğul olur ki, nəticədə də biz kənd sakinləri susuzluqdan əziyyət çəkirik, həyatımız məhv olur. Yuxarı Şilyan kənd sakinlərinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır. Payızda əkdiyimiz əkini hələ də suvara bilməmişik. Çünki Müşfiq Məmmədov suyu pulla satır. Biz vaxtında su pulunu veririk. Ancaq Müşfiq Məmmədovun yaratdığı "bazar”ın özəl qiymətlərini ödəməyə pulumuz olmadığı üçün su üzünə həsrət qalmışıq. Rayon ərazisində çəltik əkənlər hər hektar üçün Müşfiq Məmmədova 500 manat pul ödəyir deyə onlar daim su ilə təmin olunurlar.”

Sakinlər iddia edirlər ki, M.Məmmədov rayonda korrupsiya şəbəkəsi yaradıb: "Taxılın suvarılması üçün hər hektara 15 manat pul ödəməlisən. Yuxarı Şilyan kəndində minlərlə hektar əkin altında torpaq sahəsi var. Bu minvalla Müşfiq Məmmədovun taladığı pullar külli miqdardadır. Yuxarı Şilyan kənd icra nümayəndəsi Sabir Hacıyev və bələdiyyə sədri Vilayət Məmmədov isə kəndin bu problemləri ilə qətiyyən maraqlanmırlar. Ucar rayon İcra başçısı Mənsur Məmmədovun qardaşı olan Müşfiq Məmmədovun yaratdığı korrupsiya şəbəkəsinin əməlləri nəticəsində əkinlərimiz məhv olur.”

Sonda Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılova müraciət edən sakinlər şikayətlərinin araşdırılmasını və müvafiq tədbirlər görülməsini xahiş edirlər.

XəbərTv.info

Digər xəbərlər

Ermənistan itki sayını açıqladı
Məşhur futbol klubunun təyyarəsinin içi heyrətə gətirdi -
İranda daha dörd deputat koronavirusa yoluxdu
Ermənistan XİN sədri Moskva razılaşması barədə danışdı - DÜŞMƏN MƏMNUNDUR...
İlham Əliyev Təhsil Nazirliyinə 10 milyon manat ayırdı - SƏRƏNCAM
Gənc nazirimizin buralardan XƏBƏRİ VARMI? - VİDEO
MN: “Su-25 təyyarəmiz vurulmayıb”
Bankların valyutadəyişmə BARYERİ - PROBLEM
Azərbaycan güləşçisi erməniyə qalib gəlib yarımfinala çıxdı
Düşmənin qənimət kimi götürülmüş hərbi texnikası Bakıda nümayiş etdiriləcək
Ermənistanda nazir jurnalisti döydü
Madagiz ətrafındakı hakim yüksəkliklər azad edildi, Ordumuz Cəbrayıl-Füzuli istiqamətində irəliləyir - RƏSMİ
Molla rejimindən növbəti SƏRSƏM BƏYANAT - Bakıya açıq şəkildə xəbərdarlıq edildi ki, ...
Ermənilər Moskvada Paşinyanın istefasını tələb edir
Vəziyyəti ağır olduğu deyilən Ağsunun icra başçısı vəfat etdi
Azərbaycanda dəhşətli yol qəzası - 10 nəfər xəsarət aldı
Ovannisyan: “Azərbaycandan çox geri qalmışıq”
Sakinlərin nəzərinə: Bu gün su olmayacaq
Bahəddin Həziyev Mətbuat Şurasından istefa verdi
Məhkəmə icraçısı Vüqar Qasımov qərarları rüşvətlə icra edir ?
Fransa Güləş Federasiyası Azərbaycandan üzr istədi - FOTO
Dərslərin həftə ərzində neçə dəfə əyani formada keçiriləcəyi açıqlandı
Azərbaycan çempionatının yeni tarixi açıqlandı
Milyonlarla pulu mənimsəyən icra başçısı
Abşeronda toyda qan töküldü
İlham Əliyev: "Hanı o şərt? Cəhənnəmə getdi"
Lənkəran MERO-sunda rəisin min oyunu var... -
Bakıda havada tozun miqdarı normadan artıqdır
Ali Məhkəmə mandatını girov qoyan deputatla bağlı qərar verdi
Bu yazını oxuyana 2 min avro mükafat veriləcək - FOTO
{sape_links}{sape_article}