Son dəqiqə
Kriminal
7-09-2021, 09:18
2316
Samux sakini qonşusunu biçaqladı
Samuxda bıçaqlanma hadisəsi baş verib. Hadisə rayonun Kolayır kəndində qeydə alınıb. 2000-ci il təvəllüdlü kənd sakini Raqif Balakişiyev bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Yaralı dərhal cərrahi əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.
İlkin məlumata görə, 21 yaşlı gənc qonşusu tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.
XəbərTv.info