Son dəqiqə
22-09-2021, 15:30
2341

Əfqanıstandakı iflasın ardınca Bayden postsovet məkanına yönələ bilər

Əfqanıstandakı iflasın ardınca Bayden postsovet məkanına yönələ bilər


ABŞ prezidenti Cozef Bayden Əfqanıstandakı fiaskonun ardınca keçmiş sovet məkanına diqqət yönəltməyə hazırlaşır. virtualaz.org xəbər verir ki, ABŞ-ın “RAND Corporation” hərbi-analitik şirkətinin saytında dərc edilmiş məqalədə Bayden administrasiyasına keçmiş sovet məkanına diqqət yönəltmək çağırışı edilir. Məqalənin müəllifləri ABŞ-ın Qazaxıstan və Gürcüstandakı keçmiş səfiri, “RAND Corporation” şirkətinin baş elmi əməkdaşı Uilyam Kortni (William Courtney) ABŞ-ın Belarus və Gürcüstanda səfiri olmuş, hazırda Vaşinqtondakı Uilson Mərkəzinin qlobal məsələlər üzrə analitiki olan Kennet Yaloviçdir (Kenneth Yalowitz).

Analitiklər qeyd edirlər ki, dekabr ayında keçiriləcək “Demokratiya sammiti” postsovet ölkələrini demokratiyaya yönəltmək üçün Baydenə şans yaradır. Bu sammit Baydenin təşəbbüsü ilə dekabrın 9-10-da videokonfrans rejimində keçiriləcək.

“Əfqanıstandan qoşunların xaotik şəkildə çıxarılmasından sonra prezident Bayden öz diqqətini təqvimindəki daha ruhlandırıcı hadisəyə-“demokratiya sammitinə” yönəltməyə hazırdır”-müəlliflər belə yazırlar.

Müəlliflərə görə “Demokratiya sammiti” Cozef Bayden üçün mühüm rol oynayır, çünki ABŞ prezidenti Əfqanıstanda baş verənlərdən sonra güclü tənqidlərlə üzləşib. Bildirilir ki, Ağ evin əsas diqqəti Baltik respublikalarına yönələcək. Lakin “RAND Corportation” Vaşinqtona tövsiyə edir ki, postsovet regionunun mükəmməl demokratiyadan uzaq başqa ölkələrinə də diqqət yetirsin. Ona görə də keçmiş səfirlər məsləhət görürlər ki, sammitə Ukraynanı, Ermənistanı, Moldovanı və Gürcüstanı da dəvət etmək lazımdır. Bununla belə müəlliflər həmin ölkələrin sammitə dəvət olunmaması üçün əsasların olduğunu da təsdiq edirlər. Çünki Gürcüstanda ötən il keçirilən seçkilərdə ATƏT ciddi pozuntular qeydə alıb, Kiyev hələ də korrupsiyaya qalib gələ və bir sıra islahatları həyata keçirə bilmir. Ermənistanda isə “demokratik hadisələri” Qarabağ müharibəsi ləngidib.

Müəlliflər qeyd edirlər ki, demokratiya baxımından “orta səviyyəli” bu ölkələri sammitə dəvət etməklə yanaşı ABŞ və Qərb onlardan yeni irəliləyişlər gözlədiyi barədə xəbərdarlıq da edə bilər.

Digər xəbərlər

Azərbaycanla bu ölkə arasında viza tələbi LƏĞV EDİLDİ
Keçmiş millət vəkilinə cinayət işi açıldı
Dünya bazarında neft qiymətləri necə dəyişib?
MN: "Olmayanı məhv etmək mümkün deyil"
Məhkəmə sistemimizə göydən zənbillə düşən Vidadi Cəfərov
“Neftçi” bu 3 futbolçu ilə yollarını ayırdı
Statistika Komitəsinin 5 minlik məhəccərləri oğurlandı
“Deyirdi ana, ermənilər nə qorxaqdı, bizi görən kimi silahlarını atıb qaçırlar... “
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Bakıda Prezidentin iştirakı ilə konfrans keçirilir
Qarabağda daha 5 humanitar mərkəz yaradıldı
QHT Şurası getdi, Agentlik gəldi, nə dəyişdi?
Günün qoroskopu - 17.03.2020
Alimlərdən şok: Yadplanetlilər artıq aramızdadır
Putin “Mercedes”in sükanı arxasına keçib Lukaşenkonun dalınca getdi
DİN əməliyyat keçirib: Dolları rəsmi məzənnədən baha satan şəxs tutulub - VİDEO
Messi və Suares Bekhemin klubunda birlikdə oynaya bilər
İlham Əliyev Bakıda yol açılışında
Bayramov Gəncəni necə kəndə çevirib... -
Rəsmi iş yeri olmayanlar ömürlük kirayədə qalacaq? -
Baş bankir: "Zəif banklar ölkənin imici üçün problemdir"
Azərbaycan Futzal Federasiyasının rəhbərliyində dəyişiklik edilib
Leyla Abdullayeva: "Paşinyan getsə belə razılaşma dəyişməyəcək”
Avropada qazın qiyməti sürətlə artır
Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub - RƏSMİ
UEFA-nın Nurlan İbrahimova verdiyi cəza ədalətlidirmi? – ARAŞDIRMA
Putin, Əliyev, Ərdoğan - dəyişikliklər ərəfəsində unikal ittifaq
“Azəriqaz”ın səhvinə görə abonent pul ödəməlidir?
“İgid oğullar böyüdüb tərbiyə etmiş valideynlərə təşəkkür edirəm”-Mehriban Əliyeva
Hüseynbala Mirələmovun əxlaqsızlığı - VİDEO
{sape_links}{sape_article}