Son dəqiqə
23-11-2021, 16:27
451

Leonel Messi: ”Barsa”ya xeyrim dəyəcəksə, sevə-sevə qayıdaram"

Leonel Messi: ”Barsa”ya xeyrim dəyəcəksə, sevə-sevə qayıdaram"


"Xavi "Barsa”da böyük işlər görəcək. O, uşaqlıqdan klubdadır və "Barsa”nı çox yaxşı tanıyır. Xavi "Barsa”nı yenidən ən böyük klub edəcək. O, "Barsa”ya olan inamı yenidən artırıb, çünki azarkeşlər və oyunçular ona çox hörmət edirlər. Xavi gənc oyunçular üçün də vacib biri olacaq, onları öyrədəcək. Xavi ilə komanda çox inkişaf edəcək. Buna şübhəm yoxdur”.

XəbərTv.info FCB AZE-yə istinadən bildirir ki, bu sözləri Leonel Messi "Marca”ya verdiyi müsahibə deyib. O, Xavi ilə tez-tez danışdığını bildirib:

"Klubdan getdiyi gündən onunla əlaqəm kəsilməyib. Qayıtması ilə bağlı yazdığım mesajda ona nə dedim, xatırlamıram. Sadəcə yadımdadır ki, təbrik və yeni mərhələdə uğurlar arzu etdim. Əlbəttə, onda hər şey alınacaq, çünki o, çox şey bilir və çalışqandır.

Məşqçilərə həmişə çox haqsız davranırlar. Bu, Kuman və Valverdenin də başına gəldi. Nəticələr pis olan kimi məşqçini günahlandırmaq, oyunçuları deyil, məşqçini dəyişmək çox asandır. Kuman kluba çox çətin və vacib oyunçular gedən dövrdə gəldi, amma buna baxmayaraq, gənc oyunçuları üzə çıxardı. Dediyim kimi, məşqçiləri günahlandırmaq çox rahatdır. Onlar da buna öyrəşiblər, çünki bu onların peşəsidir.

Sözün düzünü desəm, Alveşin geri qayıtmasına təəccübləndim, üstəlik, belə bir vaxtda. Düşünürəm ki, o, komandaya çox böyük xeyir verəcək və Xavi kimi gənclərə çox kömək edəcək. O, gənclərə inkişaf etməyin yollarını başa salacaq, çünki Alveş ruhən qalibdir, ehtirası, enerjisi və daima çalışması ilə həm meydanda, həm də ondan kənarda klub üçün böyük işlər görəcək.

Əlbəttə, "Barsa”nın riskli yerlərdə olmasına üzülürəm. Mən hər zaman klub üçün ən yaxşısını istəyirəm, çünki orada olmasam da, klubun azarkeşiyəm. Hələ də orada dostlarım var və buna görə "Barsa”nın hər zaman uğur qazanmasını istəyirəm. Düzdür, La Ligada "Barsa” çox xal itirdi, amma qarşıda uzun bir yol var və onların yenidən yuxarı pillələlərə qalxacağına şübhə etmirəm.

Klubdan getməyimin arxasında başqa səbəblər var, ya yox, bilmirəm. Getdim və hər şey geridə qaldı. Onlar mənə dedilər ki, müqaviləni yeniləyə bilmirlər və qala bilməyəcəm. Günahkar axtarmağa və keçmişə baxmağa ehtiyac yoxdur.

Laportanın İnyesta və mənim haqqımda dediklərinə qalanda, hər zaman demişəm ki, "Barselona” mənim evimdir, gələcəkdə orada yaşayacam və buna görə bir gün "Barsa”ya qayıdacağam. Əlbəttə, əgər kluba xeyrim dəyəcəksə, sevə-sevə qayıdaram".

Digər xəbərlər

ADA Universitetində Diplomatiya həftəsi keçirilir -
Gürcüstanda vətəndaşların kommunal xərclərini hökumət ödəyəcək
Quş qripi ilə bağlı vətəndaşlara xəbərdarlıq edildi
"Kürd Elnur"un həbs müddəti uzadıldı
Türkiyəli general koronavirusdan öldü
Azərbaycanda son sutkada 2206 nəfər COVID-19-a yoluxub, 35 nəfər vəfat edib
Sosial şəbəkədə virus təxribatçıları peyda olub - onları cəza gözləyir
Nazirlər Kabineti Aparatının rəhbəri təyin edilib
Yaşar Əliyev TŞ-nın iclasında Ermənistan tərəfinin əsassız ittihamlarına cavab verib – TAM MƏTN
"Hoffenhaym"ın futbolçusu millimizdə
Prezident: Bu gün mənfəət neftinin 75-80 faizi Azərbaycana çatır
Əhaliyə TƏCİLİ XƏBƏRDARLIQ! – Bazar günü günortaya qədər...
Cavid Qurbanovun “sağ əli” Qubadlıda nə axtarır?
Siniflərdə şagirdlərin sayına limit qoyulacaqmı?
“MƏRCAN” toyuq fabrikində ağlagəlməz fırıldaqlar...
Ermənistanda dövlət qurumlarını və vəzifəli şəxsləri tənqid etmək qadağan edildi
Azərbaycanda qeydiyyatda olan QİÇS xəsətələrinin sayı AÇIQLANDI
Azərbaycan vətəndaşları Gürcüstana bu tarixdən gedə biləcəklər
Xüsusi təyinatlıların döyüş təlimi davam edir
Düşmənin sıradan çıxarılan texnikaları - SİYAHI
“Microsoft” vəfat etmiş şəxslərlə ünsiyyətə imkan verən cihaz yaradacaq
Rusiyada "Twitter" də bloklandı
Lavrov: “Dağlıq Qarabağda atəş 10 oktyabr 12:00-dan dayandırılacaq”
Mağazadan qovulan qadınla bağlı QORXUNC AÇIQLAMA: “Onu zorla...”
Cəbhənin Xocavənd istiqamətində düşmən topları məhv edilib - VİDEO
AzTV-nin binasında bədbəxt hadisə: Bir nəfər öldü - FOTO
Bu gün neçə şagirddə koronavirus aşkarlanıb?
Yüksək peşə təhsili alanların universitetə daxil olmaq hüququ olacaq
Prezident: "44 gün ərzində bir gün də olmadı ki, biz haradasa geriyə çəkilək"
Ömər aşırımında hərbi maşın qəzaya düşdü - 2 hərbçimiz həlak oldu