Son dəqiqə
11-02-2022, 12:18
426

"Uşaqdan heç bir yaxma götürülmədən onun xəstə olduğunu bildirdilər..."

"Uşaqdan heç bir yaxma götürülmədən onun xəstə olduğunu bildirdilər..."


Bakıda koronavirus testlərinin götürülməsi ilə bağlı kuryoz hadisə yaşanıb. Belə ki, övladlarının özünü narahat hiss etdiyini görən ana - Arzu Muradova koronavirus testi vermək üçün yaxınlıqdakı poliklinikaya müraciət edib.

Məsələ ilə bağlı “Qafqazinfo”ya danışan Arzu Muradova bildirib ki, hər iki övladından test götürülməsini istəsə də, maraqlı cavabla qarşılaşıb: “Poliklinikadan mənə hər ailədən yalnız bir nəfərdən test götürə biləcəklərini qeyd etdilər və kiçik övladımın adını-Nihat Muradovu qeyd etdilər. Lakin özünü daha çox böyük övladım pis hiss edirdi. Poliklinika ilə danışan zaman mənə bildirdilər ki, əgər kiçik övladında koronavirus aşkarlanarsa, onda böyük övladında da koronavirus çıxacaq. Problem məhz buradan başladı”.

Ana əlavə edib ki, evlərinə gəlib testi götürən şəxs valideynin heç bir sualını cavablamayıb: “Kiçik övladımdan yaxmanı götürüb getdi. 3-4 gün sonra poliklinikadan Kəmalə xanım zəng edərək qeyd etdi ki, böyük övladınız Muradov Murad xəstədir. Mən böyük oğlumdan yaxma götürülmədiyini dedikdən sonra kiçik oğlum Nihatın xəstə olduğunu bildirdilər.

Baş verənlərdən sonra mənə mesaj gəldi ki, Muradov Nihatda koronavirus aşkarlanmayıb. Mən yenidən həkimlə əlaqə saxladım. Bu dəfə isə mənə Muradın xəstə olduğunu dedilər. Muraddan test, yaxma götürülmədiyini vurğulayanda isə onlar konkret heç bir cavab verə bilmədilər, sadəcə məsələni araşdıracaqlarını qeyd etdilər. Növbəti gün İcbari Tibbi Sığortadan mənə başqa bir mesaj gəldi ki, oğlum Murad koronavirusa yoluxub. Halbuki yenə deyirəm Muraddan yaxma belə götürülməyib. Hazırda vəziyyət belədir ki, Nihatın xəstə olub-olmadığı bilinmir, Muradı da yaxma götürülmədən xəstə ediblər, onun evdən çıxmasına məhdudiyyət qoyulub.

Məsələ ilə bağlı İcbari Tibbi Sığorta Agentliyinə sorğu ünvanladıq. Qurumdan belə bir hadisənin baş verdiyini təsdiqlədilər və bizim vasitəmizlə şikayətçi Arzu Muradova ilə əlaqə yaratdıqlarını bildirdilər: “Məsələ ilə bağlı araşdırmalar başlayıb. Adətən prosedur belədir ki, yaxma götürülən şəxsin adı tibb müəssisəsi tərəfindən sistemə salındıqdan sonra onun İT həlli, (SMS göndərilməsi –red.) qurumumuz tərəfindən həyata keçirilir. Biz hadisə ilə bağlı 19 saylı Uşaq Poliklinikasının rəhbərliyi ilə əlaqə saxlamışıq. Hazırda uşaqdan heç bir yaxma götürülmədən onun adının necə sistemə salındığı araşdırılır”.



XəbərTv.info

Digər xəbərlər

Füzulinin Aşağı Aybasanlı kəndindən görüntülər - VİDEO
Azərbaycanda daha bir həkim koronavirusdan öldü - FOTO
Türkiyəli aktrisanın əri öldürüldü
İzmiri zəlzələdən sonra su basdı - VİDEO
Baş Prokurorluq Gəncədən son təxribatla bağlı fotolar yaydı
İzmirdə zəlzələ nəticəsində ölənlərin sayı 80-i ötüb - YENILƏNİB
Qurban bayramında neçə gün iş olmayacaq?
Ermənistanda deputatlar arasında dava düşdü - VİDEO
Qarabağa köçmək istəyənlərə ŞAD XƏBƏR
Messi “İnter Mayami”yə 7 milyon abunəçi gətirdi
Düşmən Gəncə şəhərinə 7 raket atıb - RƏSMİ
Kapital Bank məcburi köçkünlərdən 5 manat “tutub”…
Yuxarı siniflər və universitetlərdə ənənəvi tədris qismən bərpa olunur
Nazir müəllimlərin sertifikasiyası haqda
"Neftçi"nin vurduğu möhtəşəm qol -
Yağın qiymətinin artmaması üçün qərar qəbul edilib
İlham Əliyev Rusiyanın baş nazirinin müavinini qəbul etdi
Mənzil alınarkən ƏDV-nin geri qaytarılması bütün MTK-lara şamil olunur?
Qonaqlıqdan sonra tanışını ürəyindən bıçaqlayıb öldürdü
Olimpiadada rekord vuran Kamilla Vəliyevada dopinq aşkarlandı
Mehriban Əliyeva Xalq artistinin müalicəsini öz üzərinə götürdü
Ölkədə bu gün peyvənd olunanların sayı açıqlandı
Azərbaycan nefti 2%-dək ucuzlaşıb
Məktəblərdə koronavirusla bağlı bugünkü vəziyyət açıqlandı
Biləcəri bazarının tikintisi niyə yarımçıq qalıb: Mərhum bələdiyyə sədri pulları kiminlə mənimsəyib?
Heydərovun "Gilan"ı TƏNƏZZÜLDƏ...
Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşdü - VİDEO
Ermənistan təxribat xarakterli dezinformasiyalar yaymaqda davam edir
Xoşqədəmin verilişində təəccüblü anlar: -
Baş nazir yeni QƏRAR İMZALADI
{sape_links}{sape_article}