Son dəqiqə
8-04-2024, 14:57
91

“Məni azadlığa buraxın, əks halda buradan meyitim çıxacaq”

“Məni azadlığa buraxın, əks halda buradan meyitim çıxacaq”
Məhkəmədən gizləndiyi üçün həbs edilən 1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri Sümbülə Əliyeva yenidən hakim qarşısına çıxarılıb.

200 min manatlıq mənimsəmədə ittiham olunan Əliyeva konvoy vasitəsilə Bakı Ağır Cinayətlər Məhkəməsinə gətirilib.

Tanınmış vəkilin şüşə qəfəs içindən ilk sözü yenidən azadlığa buraxılmasını istəməsi olub.

Hakimlər heyətində dəyişiklik olduğu üçün məhkəmə istintaqı yenilənib.

Xanım müttəhim və vəkili ilk olaraq vəsatət qaldıraraq həbs qətimkan tədbirinin ləğv edilməsini istəyib. S. Əliyeva səhhəti ilə bağlı təcridxanada çətinlik çəkdiyini, bu səbəbdən yenidən ev dustaqlığına buraxılmasını xahiş edib:

"Mən bilərəkdən məhkəmədən yayınmırdım. İstəyirdim ki, işimə düzgün baxsınlar. Sadəcə səhhətim imkan vermir. Hər dəfə məhkəməyə arayış göndərmişəm ki, xəstəyəm. İstintaqdan yayınmağın heç bir əhəmiyyəti yoxdur. İnanmırdızsa, ekspertiza keçirərdiz. Niyə məhkəmədən qaçım? Mən təcridxanada boğuluram. Xahiş edirəm, məni yenidən azadlığa buraxın, əks halda təcridxanadan meyitim çıxacaq".

Prokuror təqsirləndirilən şəxsin məhkəmə istintaqının aparılmasına mane olduğunu, gizləndiyini xatırladaraq həbsdə qalmasının uyğun görüldüyünü deyib.

Mahmud Ağalarovun sədrlik etdiyi hakimlər heyəti təqsirləndirilən şəxsin yenidən gizlənmə ehtimalını göz önünə gətirərək vəsatəti rədd edib.

S. Əliyeva qərardan narazı qalıb. Hakimlərə etiraz edəcəyini deyib. Etiraz ərizəsini hazırlaması üçün ona aprelin 22-nə kimi vaxt verilib.

Qeyd edək ki, 70 yaşlı Sümbülə Əliyevanın vəkillik fəaliyyəti barəsində elan olunacaq hökm qanuni qüvvəyə minənədək dayandırılıb.

Xebertv.info

Digər xəbərlər

Azərbaycanla bu ölkə arasında viza tələbi LƏĞV EDİLDİ
Keçmiş millət vəkilinə cinayət işi açıldı
Dünya bazarında neft qiymətləri necə dəyişib?
MN: "Olmayanı məhv etmək mümkün deyil"
Məhkəmə sistemimizə göydən zənbillə düşən Vidadi Cəfərov
“Neftçi” bu 3 futbolçu ilə yollarını ayırdı
Statistika Komitəsinin 5 minlik məhəccərləri oğurlandı
“Deyirdi ana, ermənilər nə qorxaqdı, bizi görən kimi silahlarını atıb qaçırlar... “
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Bakıda Prezidentin iştirakı ilə konfrans keçirilir
Qarabağda daha 5 humanitar mərkəz yaradıldı
QHT Şurası getdi, Agentlik gəldi, nə dəyişdi?
Günün qoroskopu - 17.03.2020
Alimlərdən şok: Yadplanetlilər artıq aramızdadır
Putin “Mercedes”in sükanı arxasına keçib Lukaşenkonun dalınca getdi
DİN əməliyyat keçirib: Dolları rəsmi məzənnədən baha satan şəxs tutulub - VİDEO
Messi və Suares Bekhemin klubunda birlikdə oynaya bilər
İlham Əliyev Bakıda yol açılışında
Bayramov Gəncəni necə kəndə çevirib... -
Rəsmi iş yeri olmayanlar ömürlük kirayədə qalacaq? -
Baş bankir: "Zəif banklar ölkənin imici üçün problemdir"
Azərbaycan Futzal Federasiyasının rəhbərliyində dəyişiklik edilib
Leyla Abdullayeva: "Paşinyan getsə belə razılaşma dəyişməyəcək”
Avropada qazın qiyməti sürətlə artır
Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub - RƏSMİ
UEFA-nın Nurlan İbrahimova verdiyi cəza ədalətlidirmi? – ARAŞDIRMA
Putin, Əliyev, Ərdoğan - dəyişikliklər ərəfəsində unikal ittifaq
“Azəriqaz”ın səhvinə görə abonent pul ödəməlidir?
“İgid oğullar böyüdüb tərbiyə etmiş valideynlərə təşəkkür edirəm”-Mehriban Əliyeva
Hüseynbala Mirələmovun əxlaqsızlığı - VİDEO
{sape_links}{sape_article}